Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Dövlət dilinin təhsil sahəsində işlənməsi



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə6/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   2   3   4   5   6   7   8   9   ...   78
Sofiya m

 
Dövlət dilinin təhsil sahəsində işlənməsi
 
5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti 
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət 
dilinin tədrisi məcburidir.


5.3. Azərbaycan Respublikasında ali və orta peşə
-
ixtisas təhsili müəssisələrinə qəbul 
zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
M a d d ə 1 3 .
 
Dövlət dilinin normaları
 
13.1. Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya 
normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli 
şəxslər bu normalara əməl etməlidirlər.
 
[9]
 
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili 
normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.
M a d d ə 1 8 .
 
Dövlət dilinin qorunması və inkişafı
 
18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, 
bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını 
məhdudlaşdırmağa cəhd etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri 
(mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar 
Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının
 Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2002
-ci il
№ 365
-IIQ
Hər bir xalğın dövlətçilik siyasətinin tərkib hissələrindən biri dil siyasətidir. 
Azərbaycan dilinin dövlət səviyyəsində işlənmə tarixi Səfəvi dövləti ilə başlayır. 
Daha dəqiq ifadə etsək, məhz səfəvilərin hakimiyyət zamanında Azərbaycan 
türkcəsi sarayda, dövlət əhəmiyyətli bəzi yazışmalarda istifadə olunur. Azərbaycan 
türkcəsinin Səfəvilər dövründə aparıcı olması əhalinin böyük əksəriyyətinin 
türkmənşəliyindən irəli gəlirdi. Lakin az sayda olan sənəd və məktublar Səfəvi 
dövlətinin rəsmi dilinin Azərbaycan türkcəsi olduğu anlamına gəlmir. Çünki həmin 
dövrdə ərəb və fars dilləri bütün sahələrdə, xüsusən dövlət əhəmiyyətli yazışmalarda 
dominantlığını davam etdirirdi. 


Azərbaycan türkcəsinin ilk dəfə rəsmi dövlət dili kimi elan olunması XX əsrin 
əvvəllərinə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq 
Cümhuriyyəti yarandıqdan bir ay sonra 27 iyun 1918-ci ildə türk dili (Azərbaycan 
türkcəsi) rəsmi dövlət dili elan edildi. Qərara əsasən Cümhuriyyət daxilində bütün 
kargüzarlıq işləri türk dilində aparılmalı, bütün müəssisələrdə dövlət dilindən 
istifadə edilməli idi. Bununla yanaşı, 27.06.1918-ci il tarixli qərarda müxtəlif 
vəzifələrdə çalışanlara dövlət dilini öyrənənədək rus dilindən istifadə etməyə icazə 
verilirdi. Dövlət dilinin öyrənilməsi üçün dil kursları açan hökumət bu məqsədlə 
budcədən 351 min manat vəsait də ayırmışdı. 
AXC hökuməti dil siyasətini ardıcıl və planlı şəkildə həyata keçirirdi. 28 avqust 
1918 ci ildə hökumət ibtidai və orta məktəblərdə təhsilin ana dilində aparılması ilə 
bağlı qərar imzaladı. Qərarda bütün ibtidai təhsil müəssisələrində təhsilin türk 
dilində aparılması və dövlət dilinin icbari qaydada tədris olunması nəzərdə tutulurdu. 
AXC dövründə dillə bağlı verilən qərarlardan biri də hərbi nazir Səməd bəy 
Mehmandarovun 11fevral 1919-cu ildə orduda türk dilinin tətbiqini nəzərdə tutan 
əmridir. 
Göründüyü kimi, qısa zaman müddətində xalqımızın tarixində əvəzsiz rol oynamış 
AXC milli dilimizin mənimsənilməsi, yaşaması üçün də mühüm qərarlar almışdır. 
Sovet hakimiyyətinin ilk illərində də dillə bağlı mütərəqqi mövqenin şahidi oluruq. 
30 -cu illərin ortalarına qədər ümumi mədəni dirşəliş kontekstində aparılan islahatlar 
dil məsələlərindən də yan keçməmişdir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş 
Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili (Azərbaycan 
türkcəsi) olması ilə bağlı dekret imzalayırlar. 1924-cü ildə Mərkəzi İcraiyyə 
Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul 
olunur. Daha sonra 1922-ci ildən ərəb əlifbasından latın qrafikasına keçid, I 
Türkoloji qurultayın keçirilməsi, ədəbi dil normaları ilə bağlı qərarların qəbul 
edilməsi mədəni inqilabın tərkib hissəsi kimi qiymətləndirilməlidir. 
Lakin 30-cu illərin ortalarından başlayaraq artıq hakimiyyətini yetərincə 
möhkəmlədən sovet höküməti milli respublikalara, xüsusən də türkdilli xalqlara 
qarşı məkrli siyasətinə start verdi. 1937-cı ildə qəbul edilən Azərbaycan Sovet 


Sosialist Respublikasının Konstitusiyasına dövlət dili ilə bağlı maddə salınmır. 
Normativ sənədlərdə türk dili ifadəsinin yerinə Azərbaycan dili işlədilir. Bütün idarə 
və müəssisələrdə rus dilinin aparıcı dil statusu möhkəmlənir. Bütün SSRİ məkanında 
rus dili yeganə ünsiyyət vasitəsinə çevrilir. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin