5.3. Azərbaycan Respublikasında ali və orta peşə
-
ixtisas təhsili müəssisələrinə
qəbul
zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
M a d d ə 1 3 .
Dövlət dilinin normaları
13.1. Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya
normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli
şəxslər bu normalara əməl etməlidirlər.
[9]
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili
normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.
M a d d ə 1 8 .
Dövlət dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq,
bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını
məhdudlaşdırmağa cəhd etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri
(mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar
Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2002
-ci il
№ 365
-IIQ
Hər bir xalğın dövlətçilik siyasətinin tərkib hissələrindən biri dil siyasətidir.
Azərbaycan dilinin dövlət səviyyəsində işlənmə tarixi Səfəvi dövləti ilə başlayır.
Daha
dəqiq ifadə etsək, məhz səfəvilərin hakimiyyət zamanında Azərbaycan
türkcəsi sarayda, dövlət əhəmiyyətli bəzi yazışmalarda istifadə olunur. Azərbaycan
türkcəsinin Səfəvilər dövründə aparıcı olması əhalinin böyük əksəriyyətinin
türkmənşəliyindən irəli gəlirdi. Lakin az sayda olan
sənəd və məktublar Səfəvi
dövlətinin rəsmi dilinin Azərbaycan türkcəsi olduğu anlamına gəlmir. Çünki həmin
dövrdə ərəb və fars dilləri bütün sahələrdə, xüsusən dövlət əhəmiyyətli yazışmalarda
dominantlığını davam etdirirdi.
Azərbaycan türkcəsinin ilk dəfə rəsmi dövlət dili kimi elan olunması XX əsrin
əvvəllərinə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq
Cümhuriyyəti yarandıqdan bir ay sonra 27 iyun 1918-ci ildə türk dili (Azərbaycan
türkcəsi) rəsmi dövlət dili elan edildi. Qərara əsasən Cümhuriyyət daxilində bütün
kargüzarlıq işləri türk dilində aparılmalı, bütün müəssisələrdə
dövlət dilindən
istifadə edilməli idi. Bununla yanaşı, 27.06.1918-ci il tarixli qərarda müxtəlif
vəzifələrdə çalışanlara dövlət dilini öyrənənədək rus dilindən istifadə etməyə icazə
verilirdi. Dövlət dilinin öyrənilməsi üçün dil kursları açan hökumət bu məqsədlə
budcədən 351 min manat vəsait də ayırmışdı.
AXC hökuməti dil siyasətini ardıcıl və planlı şəkildə həyata keçirirdi. 28 avqust
1918 ci ildə hökumət ibtidai və orta məktəblərdə təhsilin ana dilində aparılması ilə
bağlı qərar imzaladı. Qərarda bütün ibtidai təhsil müəssisələrində
təhsilin türk
dilində aparılması və dövlət dilinin icbari qaydada tədris olunması nəzərdə tutulurdu.
AXC dövründə dillə bağlı verilən qərarlardan biri də hərbi nazir Səməd bəy
Mehmandarovun 11fevral 1919-cu ildə orduda türk dilinin tətbiqini nəzərdə tutan
əmridir.
Göründüyü kimi, qısa zaman müddətində xalqımızın tarixində əvəzsiz rol oynamış
AXC milli dilimizin mənimsənilməsi, yaşaması üçün də mühüm qərarlar almışdır.
Sovet hakimiyyətinin ilk illərində də dillə bağlı mütərəqqi mövqenin şahidi oluruq.
30 -cu illərin ortalarına qədər ümumi mədəni dirşəliş kontekstində aparılan islahatlar
dil məsələlərindən də yan keçməmişdir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş
Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili (Azərbaycan
türkcəsi) olması ilə bağlı dekret imzalayırlar. 1924-cü ildə Mərkəzi İcraiyyə
Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul
olunur. Daha sonra 1922-ci ildən ərəb əlifbasından latın qrafikasına keçid, I
Türkoloji qurultayın keçirilməsi, ədəbi dil normaları ilə bağlı qərarların qəbul
edilməsi mədəni inqilabın tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Lakin 30-cu illərin ortalarından başlayaraq artıq
hakimiyyətini yetərincə
möhkəmlədən sovet höküməti milli respublikalara, xüsusən də türkdilli xalqlara
qarşı məkrli siyasətinə start verdi. 1937-cı ildə qəbul
edilən Azərbaycan Sovet
Sosialist Respublikasının Konstitusiyasına dövlət dili ilə bağlı maddə salınmır.
Normativ sənədlərdə türk dili ifadəsinin yerinə Azərbaycan dili işlədilir. Bütün idarə
və müəssisələrdə rus dilinin aparıcı dil statusu möhkəmlənir. Bütün SSRİ məkanında
rus dili yeganə ünsiyyət vasitəsinə çevrilir.
Dostları ilə paylaş: