12. Nitq fəaliyyəti dedikdə nə başa düşürsünüz?
A) terminlərdən istifadə etməklə elmiliyin gözlənilməsi
B) nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemi
C) nitqin ədəbi tələffüz baxımından dəqiqliyi
D) obrazlılıq və məcazilikdən geniş istifadə edilməsi
E) fikrin ifadəsi üçün bilavasitə tələb olunan obrazlı dil vasitələrini tapmaq
13.Nitq mədəniyyəti fənninin hansı elmlərlə əlaqəsi vardır?
A) məntiq, dilçilik, mətnşünaslıq, antropologiya
B) ədəbiyyat, coğrafiya, tarix, psixologiya
C) psixologiya, biologiya, fizika, məntiq
D) dilçilik, ədəbiyyat, psixologiya, tarix, məntiq
E) dilçilik, ədəbiyyat, pedaqogika, estetika, riyaziyyat
14. Nitq mədəniyyəti fənni ilə dilçiliyin hansı bölmələri bağlıdır?
A) riyazi dilçilik, frazeologiya, morfologiya, üslubiyyat
B) fonetika, onomalogiya, morfologiya, leksika, sintaksis
C) qədim yazılı abidələrin dili, leksika, semantika, üslubiyyat
D) orfoepiya, orfoqrafiya, frazeologiya, antropoloji dilçilik
E) fonetika, orfoepiya, leksika, frazeologiya, qrammatika
15. Nitq mədəniyyətinin ən mühüm şərti nədir?
A) ədəbi dilin normalarına riayət etmək
B) terminlərdən istifadə etmək
C) obrazlılıq və məcazilikdən istifadə etmək
D) yığcamlıq, sadəlik tələblərinə əməl etmək
E) nitqin ədəbi tələffüz baxımından dəqiqliyinə əməl etmək
16. Yüksək nitq mədəniyyəti nümunəvi tələffüzə nail olmaq üçün hansı qaydalara riayət olunur?
A)Orfoqrafiya
B)Qrammatika
C)Orfoepiya
D)Fonetika
E)Leksika
17. Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti nədir?
A) Nitqin ifadəliliyi B) Nitqin düzgünlüyü C) Nitqin emosionallığı
D) Nitqin elmiliyi E) Nitqin dəqiqliyi
18. “O, ömrünü yelə verdi” cümləsi haqqında hansı fikir doğrudur?
A) Dəqiqdir, ancaq ifadəli deyil.
B) Düzgündür, ancaq ifadəli deyil.
C) İfadəli, düzgün və dəqiqdir.
D) Mədəni nitqin tələbinə cavab vermir.
E) Ədəbi dilin sintaktik normasına cavab vermir.
Dostları ilə paylaş: |