Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə1/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
  1   2   3   4   5   6   7   8   9   ...   58

İxtisas: İbtidai sinif müəllimliyi

Kurs: II kurs, 913-914

Fənn: Ana dili
Mövzu:
Sintaksis


Müəllim: Həsənova Samirə Zakir qızı
SİNTAKSİS HAQQINDA MƏLUMAT

Plan:

1.Sintaksis və onun predmeti

2.Sintaksisin dilçiliyin digər sahələri ilə əlaqəsi

Ədəbiyyat

1.Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. Sintaksis-IV hissə, Bakı, Maarif, 2007.

2.Müasir Azərbaycan dili. III cild-sintaksis, elm, 1981.

3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.

1. “Sintaksis” yunan mənşəli söz olub mənası tərtibat, qurulma, birləşmə deməkdir. Sintaksis sözü iki terminoloji mənada-həm dilin sintaksis quruluşu, həm də qrammatika elminin şöbəsi mənasında. Qrammatikanın bir şöbəsi kimi sintaksis sözlərin söz birləşmələri və cümlələr şəklində birləşməsi qaydalarından bəhs edir. Sintaksis dilin qrammatik quruluşu haqqında elm olmaq etibarilə sintaktik vahidlər sistemini (söz birləşmələri, sadə cümlələr, mürəkkəb cümlələr, mürəkkəb sintaktik bütövlər), sintaktik vahidlərin qurulmasını və bağlama vasitələrini öyrədir. Sintaksis iki böyük bəhsdən ibarətdir: söz birləşmələri və cümlələr.

Sintaksisin predmeti barədə rus dilçiliyində üç fikir olmuşdur.

Birinci fikrə görə, sintaksis yanlız cümlələri və cümlə üzvlərini öyrənir. Söz birləşmələri buraya daxil edilmir.

İkinci fikrə görə, sintaksis söz birləşmələrini öyrənir. Cümlələr də söz birləşmələrinə daxil edilir.

Üçüncü fikrə görə, sintaksis cümlələri və söz birləşmələrini öyrənir. Və bu ən doğru fikirdir.

Sözlər və cümlələr arasında əlaqə, sözlərin və cümlələrin birləşməsi, ümumiləşmiş şəkildə desək, bağlılıq məsələsi sintaksisin əsas məsələsidir. Sözlər arasında əlaqə, bağlılıq nəticəsində iki cür sintaktik vahid yaranır: söz birləşməsi və cümlələr. Cümlələr arasında əlaqə və bağlılıq nəticəsində mürəkkəb cümlələr və sintaksis bütövlər (mətn) əmələ gəlir. Ona görə də sintaktik vahidlər dedikdə, söz birləşməsi, sadə cümlə, mürəkkəb cümlə və sintaktik bütövlər nəzərdə tutulur. Bunlar sintaksisin tədqiq və öyrənmə obyektləridir.

Söz birləşmələrinin əsas vəzifəsi nominativlikdir.Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də əşya və hadisələri adlandırır. Söz birləşmələri əmələ gətirən sözlər əvvəlki mənalarını itirmir. Söz birləşmələri sözlərin sintaktik əlaqələr vasitəsilə birləşməsi sayəsində əmələ gəlib, bir tərəfdən sözlə, digər tərəfdən cümlə ilə bağlıdır. O, cümlədə işlənmə və dəyişmə qaydalarına görə sözə bənzəyir. Sözlərdən tərtib olunmasına və birləşmə zamanı tələb olunan sıralanmaya və sintaktik əlaqələrə görə cümlələrə bənzəyir. Lakin bənzəmək eyni olmaq demək deyildir. Çünki bunlar arasında mühüm fərqlər var.

Söz birləşmələrinin mahiyyətini, onların tiplərini və əmələ gəlmə yollarını, birləşmədə iştirak edən tərəflərin qrammatik əlamətlərini öyrənmək, söz birləşməsi ilə mürəkkəb sözün, cümlənin oxşar və fərqli cəhətlərini aşkar etmək sintaksisin ən zəruri məsələlərindəndir.

Sintaksisin məşğul olduğu problemlərdən biri də cümlə problemidir. Cümlə ünsiyyətin ilk və əsas vahididir. Söz birləşmələri ən azı iki sözün birləşməsi ilə də ifadə olunur.

Cümlənin əsas əlamətləri onun predikativ keyfiyyətə malik olması, modallıq və cümlə intonasiyası ilə müşaiət edilməlidir.

Sözlər və söz birləşmələri bu əlamətlərə malik olmasda, hər hansı bir fikrin ifadə olunmasına xidmət etməz. Onlar yanlız qrammatikanın ixtiyarına keçdikdə, struktur və və məna cəhətdən birləşdikdə, qrammatik qaydalar əsasında bir-biri ilə bağlandıqda qeyd etdiyimiz əlamətlərə malik olduqda fikirlərimizin ifadəsinə xidmət edir.

2.Morfologiyanın tədrisi həmişə sintaksislə, sintaksisin tədrisi isə morfologiya ilə əlaqəli gedir. Məlum olduğu kimi, hər hansı cümlə üzvü əksərən müəyyən bir nitq hissəsi ilə ifadə olunur. Yəni bu və ya digər nitq hissəsi çox zaman müəyyən cümlə üzvlərinin vəzifəsində işlənir.Belə ki, fellər, əsasən xəbər vəzifəsi daşıyır. İsimlər çox vaxt mübtəda və tamamlıq vəzifəsində, zərflər zərflik, sifətlər və saylar təyin vəzifəsində işlənir. Morfologiyada hər hansı nitq hissəsi öyrədilərkən, onun hansı sintaktik vəzifədə işlədiyi hökmən qeyd olunur. Sintaksisdə də hər hansı cümlə üzvünün hansı morfoloji vəzifələrlə ifadə olunduğu mütləq deyilir.

Biz morfologiyada ismin hallarından sözün morfoloji dəyişməsi kimi bəhs edirik. Bu, eyni zamanda, sintaktik əlaqələri təmin etmək üçün baş verir. Deməli isimlərin hallanmasına həm morfoloji, həm də sintaktik hadisə kimi baxmaq lazımdır.Eləcə də fellərin təsnifi morfoloji kateqoriyadır. Lakin onun sayəsində sintaksisdə zəngin uzlaşma formaları təmin edilir.

O cümlədən də mənsubiyyət kateqoriyası morfoloji kateqoriya sayılırsa, o sintaksisin söz birləşmələri bəhsində sözlər arasında qrammatik əlaqənin mühüm növü kimi öyrənilir. Həmçinin inkarlıq kateqoriyası morfologiya və sintaksisin əlaqəli öyrəndiyi sahələrdən biridir. Sintaksisdə təsdiq və inkar cümlələr məhz morfologiyanın həmin məsələlərinə əsaslanır.

Morfologiya eyni zamanda, leksika ilə əlaqədardır. Çünki hər ikisinin əsasında söz dayanır.

Nitq hissələrinin müəyyənləşdirərkən sözün leksik, morfoloji cəhətləri ilə bərabər, onun sintaktik vəzifəsi də hökmən nəzərə alınır. Müstəqil nitq hissələri cümlədə əşyaları, əşyanın əlamətini, keyfiyyətini, miqdar və sırasını, hərəkət və halını və s ifadə edir.

Cümlənin qurulmasında köməkçi nitq hissələrini rolu böyükdür. Qoşmalar halların əhatə edə bilmədiyi mənaları tamamlamağa xidmət edir. İsimlərin idarə olunmasında, fellərlə yanaşı, qoşmaların da müəyyən rolu var. Qoşmalar ayrılıqda cümlə üzvü olmasa da, qoşulduğu sözlərlə birlikdə cümlə üzvü vəzifəsi daşıyır. Feli tərkiblərin hər hansı cümlə üzvü kimi müəyyənləşməsində qoşmaların böyük rolu var. Məs. İmtahandan yüksək qiymət almaq üçün daim öz üzərində çalışmalısan.

Modal sözlər cümlədə subyektiv modallığı, nidalar isə müxtəlif emosional halları ifadə edir. Söz birləşmələrinin ismi birləşmələr və feli birləşmələr adı ilə iki yerə bölünməsi nitq hissələrinə əsaslanır.

Müxtəlif cümlə növlərinin qurulmasında morfoloji əlamətlər mühüm rol oynayır. Məsələn: əmr, sual cümlələrinin qurulmasında felin əmr şəklinin, əmr ədatlarının, sual cümlələrində sual ədatları və sual əvəzliklərinin, nəqli cümlələrdə felin xəbər şəklinin, qeyri-müəyyən şəxsli cümlələrdə felin III şəxs cəminin, ümumi şəxsli cümlələrdə felin II şəxs təkinin və III şəxs cəminin mühüm rolunu qeyd etməmək olmaz.

Cümlədə modallıq əksər hallarda sözlərlə-modal sözlər, fel şəkilləri, modal ədatlarla ifadə olunur. Morfoloji vasitələr (bağlayıcı, ədat, əvəzlik, zərf, fel və b.k), eyni zamanda, müxtəlif tabeli mürəkkəb cümlələrin qurulmasında əhəmiyyətli yer tutur.

Dilin sintaksisi onun fonetikası ilə də əlaqədardır. Məlumdur ki, cümlə sözlərdən, sözlər səsələrdən ibarətdir. Bu mənada bağlılıq olduğunu inkar etmək olmaz. Daha bir möhkəm bağlılıq isə fonetikanın prosodiya hissəsinə, cümlə intonasiyasına aiddir.

Bildiyimiz kimi, hər bir dilin ilk meydana gəlmə forması danışıq dili formasıdır ki, bu da intonasiyasız mümkün deyildir. Yazı dili isə sonrakı hadisədir. Biz yazı dilindəki cümlələri də intonasiyasız təsəvvür eləmirik.

İntonasiya cümlənin (söyləmin) əsas kommunikativ tiplərini ayıran vasitədir. Səsli dildə mövcud olan ritm, ton, durğu (pauza, fasilə), sürəklilik, avaz (melodika) və tembr kimi keyfiyyətlər məhz intonasiyanın elementləridir. Bunların hamısı birlikdə intonasiya deməkdir.

Cümlənin akustik səviyyəsi də həmin elementlərdən asılıdır. Bunlar cümlənin akustik quruluşunu müəyyənləşdirir. Bu elementlərə əsasən cümlənin ümumiləşmiş (həm də bir-birinə qarşı duran-oppozitiv) tipləri meydana çıxır. Cümlənin nəqli, sual, əmr və nida ifadə edən növləri də belə əmələ gəlir. Hər bir növün özünə görə müəyyən akustik variantları da olur. Beləliklə, aydın olur ki, dilin sintaksisi onun fonetikası ilə də üzvü surətdə bağlıdır.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin