Üçüncü növ təyini söz birləşmələri. I tərəfi yiyəlik hal şəkilçisi ilə, II tərəfi mənsubiyyət şəkilçiləri ilə işlənir.
Ovçunun xatirələri, şairin xəyalı, zamanın hökmü
III növ təyini söz birləşmələrinin bir sıra məna və qrammatik xüsusiyyətləri var.
1.Konkretlik, müəyyənlik bildirir. Bu da onların I tərəfinin ifadə forması ilə əlaqədardır. II növ təyini söz birləşmələrinin birinci tərəfi qeyri-müəyyənlik (şəkilçisiz) yiyəlik halda ifadə olunursa, III növ təyini söz birləşmələrinin I tərəfi müəyyən yiyəlik halda ifadə olunur.
Kənd yolu-kəndin yolu
Məktəb direktoru-məktəbin direktoru
2.Bu birləşmələrin tərəflərinin ifadə vasitələri genişdir. Onların tərəfləri xüsusi isimlərlə, substantivləşmiş sifət, say, əvəzliklərlə ifadə oluna bilir. Gəncənin havası, bağların meyvəsi, oxumağın xeyri, sənin təklifin.
3.III növ təyini söz birləşmələrinin tərəfləri eyni zamanda cəmlənə bilir. Şagirdlərin kitabları, onların dostları
4.Bu birləşmələrin tərəfləri arasına müxtəlif sözlər daxil etmək olar, həmin sözlər birləşmənin II tərəfinə aid olub, onu izah edir.
Dağların havası-dağların sərin havası
Bulağın suyu-bulağın şəffaf suyu
5.Tərəfləri arasında qarşılıqlı tabelilik əlaqəsi var: I tərəf idarə əlaqəsi ilə II tərəfə, II tərəf isə uzlaşma əlaqəsi ilə I tərəfə tabe olur.
İdarə
Sənin------------ həyatın
Uzlaşma
6.Tərəfləri birlikdə cümlənin bir mürəkkəb üzvü olur.
Mən onu bilirəm ki, sənin bütün təşəbbüslərin xalqın səadəti üçündür.
Əzəldən günəşin aşiqiyiəm mən.
Gözlərim görməsə, Göy gölü verin, Mən onun gözüylə cahana baxım
Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr
Bu ismi birləşmələr 4 yerə ayrılır
1.Bu birləşmələrdən bir qisminin əmələ gəlməsində heç bir əlavə vasitədən istifadə edilmir. Bunların birinci tərəfi ismin adlıq halında olur və həmişə substantiv xüsusiyyət daşıyır. Belə birləşmələrin I tərəfinin mənsubiyyət şəkilçili sözlərlə ifadəsi daha çox inkişaf etmişdir. II tərəf, əsasən sifətlə ifadə olunur, burada (lı-li, li-lü) şəkilçili düzəltmə sifətlərdən daha tez-tez istifadə edilir. II tərəf I tərəfin əlamətini bildirir: gözləri nəmli, sinəsi odlu, durna gözlü.
2.II qrupu müəyyən şəkli əlamətlərə malik olur. Bunlar da öz növbəsində 4 yerə ayrılır:
a)I tərəf yönlük haldakı sözlə ifadə olunur: məsələn, allaha xəyanət, insana məhəbbət.
İslama hörmətlə azad nəsillər baş əyir dünyasının xilaskarına
b)I tərəf yerlik halındakı sözlə ifadə olunur: məsələn, əlində kitab, üzündə kədər, gözlərində sevinc.
Ay girdi buluda üzündə kədər, qorxdu bir də onu şahid çəkərlər
c)I tərəf çıxışlıq halındakı sözlə ifadə olunur. Məsələn, başından yekə, dağlardan ağır, aydan arı, sudan duru, uzaqdan məktublar.
Sevda bir dənizdir göylərdən dərin
d)I tərəf çıxışlıq halında II tərəf yönlük halda olur. Məsələn, sabahdan axşama qədər. Əsrdən əsrə
3.III qismi qoşmalar vasitəsilə əmələ gəlir.
Qaya boyda dağların, günəş kimi ağ, bıçaq kimi iti
IV qismini əlavəli birləşmələr təşkil edir. Bu birləşmələr müəyyən bir sözlə ona aid əlamətin birləşmələrindən əmələ gəlir.
Mühəndis-geoloq, fəhlə-gənclər
Buraya uşaqlar-tələbələr gəlirlər
Dostları ilə paylaş: |