Məntiqi-sintaktik üzvlənmə imkanlarına görə cümlənin təsnifi. Bu prinsipə əsasən bütün cümlələr iki qrupa bölünür.
1.Üzvlənən cümlələr:
2.Üzvlənməyən cümlələr.
Fikrin əsas ifadə vasitələri üzvlənən cümlələrdir. Üzvlənməyən cümlələr də yanlız üzvlənən cümlələrin köməyi ilə məna ifadə edir. Üzvlənməyən cümlələrin iki növü var: söz-cümlələr, vokativ cümlələr.
Cümlənin quruluşuna görə təsnifi. Cümlə quruluşuca sadə və mürəkkəb olur. Sadə cümlə sözlərdən, söz birləşmələrindən, mürəkkəb cümlə isə sadə cümlələrdən əmələ gəlir. Sadə cümlənin bir, mürəkkəb cümlənin isə iki və daha artıq predikativ əsası olur.
Sadə cümlə ünsiyyətin, fikir mübadiləsinin ən kütləvi vasitəsi olub, başqa növləri ilə müqayisədə dildə daha çox işlənir. Sadə cümlə tərkib etibarilə iki baş üzvün-mübtəda və xəbərin birliyi əsasında qurulur. Bəzən baş üzvlərdən biri olmur və sadə cümlə baş üzvlərdən biri əsasında formalaşır. Cümlənin qrammatik əsasını təşkil edən baş üzvlərə görə sadə cümlə iki növə ayrılır: cüttərkibli cümlələr, təktərkibli cümlələr
Həm təktərkibli, həm də cüttərkibli ikinci dərəcəli üzvlərin iştirak edib-etməməsinə görə müxtəsər və geniş ola bilir. Yanlız baş üzvlərdən ibarət olan sadə cümlələr müxtəsər, tərkibində ikinci dərəcəli üzvlər iştirak edən cümlələr isə geniş cümlələr adlanır.
Struktur-semantik tamlığına, yəni bu və ya digər üzvün buraxılıb-buraxılmamasına görə də sadə cümlələr iki növə ayrılır: bütöv cümlələr, yarımçıq cümlələr.
Mürəkkəb cümlələr də quruluş xüsusiyyətlərinə görə iki növə ayrılır: sadə quruluşlu mürəkkəb cümlələr,qarışıq tipli mürəkkəb cümlələr.
Dostları ilə paylaş: |