Nəqli cümlə.Nəqli cümlələrdə müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında məlumat verilir. Həm də məlumat adi təsviri yolla gedir, nəql olunur. Burada müəyyən bir fikir ya təsdiq, ya da inkar olunur. Hökümlər adətən belə cümlələrdə ifadə olunur.
Günəşin əlindən yapışıb bərk-bərk, qoynuna uğurlu bir səhər gəlir.
Beləliklə, obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumatverən adi təsviri cümlələrə nəqli cümlə deyilir. (nəqli sözü ərəb mənşəli “naqil” sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındandır).
Nəqli cümlələr dildə ən çox yayılmış, ümumi qaydalar əsasında qurulur. Dilə məxsus olan söz sırası öz həqiqi və düzgün ifadəsini daha çox bu cümlələrdə tapır. Nəqli cümlələr dilin ən kütləvi ünsiyyət vasitəsi hesab olunur, həm də bunlar başqa cümlə növlərinə nisbətən daha çox işlədilir. Epik xüsusiyyət daşıyan bütün əsərlərdə nəqli cümlələr daha çox işlənir.
Nəqli cümlələrin ifadə vasitəsləri də çox genişdir. Bu cümlələrin feli xəbərləri daha çox felin forması ilə ifadə olunur. Ona görə də nəqli cümlələr felin xəbər formasının dəyişilə bildiyi bütün zamanlara aid məlumatlar ifadə edə bilir.
Nəqli cümlələrin xəbərləri felin başqa formaları ilə əmr formasından başqa məsdərlə və feli sifətlə də ifadə oluna bilir. Nəqli cümlələr adi danışıq tonu ilə ifadə edilir. Cümlənin müəyyən hissəsində ton nisbətən yüksəlir, sona yaxın isə yenə adi hala düşür, bəlkə bir qədər də zəifləyir.
Dostları ilə paylaş: |