Cümlənin modallığa görə təsnifi. İfadə etdiyi modal münasibətə görə cümlələr təsdiq və inkar olur. Təsdiq cümlələrdə fikir predmeti haqqında söylənilən əlamət təsdiq edilir, inkar cümlələrdə isə fikir predmeti haqqında deyilənlər inkar edilir.
Cümlənin məqsəd və intonasiyaya görə təsnifi. Hər bir cümlə müəyyən məqsədlə işlədilir. İnsanın normal danışıq məqsədi üç istiqamətdə olur, məlumat vermə, soruşub-öyrənmə, təkid-tələb. Bu üç cəhət şifahi nitqdə intonasiyanın köməyi ilə müəyyənləşir. Məqsəd intonasiyanı doğurur. İntonasiya isə məqəsdin göstəricisinə çevrilir.
İntonasiya cümlələrdə o qədər incə emosionalmünasibətlər yaradır ki, heç bir formal qrammatik vasitə həmin münasibətləri o şəkildə yarada bilməz.
Məqsəd və intonasiyaya görə cümlələr dörd yerə ayrılır:
1.Nəqli cümlə
2.Sual cümləsi
3.Əmir cümləsi
4.Nida cümləsi
Dostları ilə paylaş: |