Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə21/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   17   18   19   20   21   22   23   24   ...   58
Vasitəli tamamlıq-hərəkətlə bir başa deyil, dolayı yolla əlaqələnən əşyanı, obyekti bildirir.

İş və hərəkət vasitəli tamamlığın ifadə etdiyi obyekt üzərində icra edilmir, onunla zəif əlaqələnir. Ona görə də vasitəli tamamlıqlar yanlız feli xəbərlə deyil, həm də ismi xəbərlə bağlı olur.

Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olub əşya məzmunu bildirən sözlər və birləşmələrlə, eyni zamanda üçün, ötrü, ilə, qarşı, haqqında, barəsində qoşmaların qoşulduğu bir sıra sözlər və birləşmələrlə də ifadə olunur.

Yönlük halda olan sözlər və birləşmələrlə ifadə olunan vasitəli tamamlıqlar bənzətmə, oxşama, yönəlmə, istiqamət və məqsəd çalarlarına malik olur.

Aşıqlar hüsnünə dastan dedilər.

Yerlik və çıxışlıq hallarda olan vasitəli tamamlıqlarda nisbi yer çaları olur. Qorxmayın siz qarlı qışdan, yağışdan.

Qoşmaların qoşulduğu sözlər və birləşmələr əsasən vasitəli tamamlıq hallarının-yönlük, yerlik, çıxışlıq-mənalarına yaxın mənalar ifadə edir. Sənin üçün kitab aldım- sənə kitab aldım.

İlə qoşmalı tamamlıqlar vasitə, alət, birgəlik, qarşılaşdırma, seçilmə və s. məna çalarına malikdir. O yaşının çoxu ilə fərqlənirdi.

Təyin cümlədə atributiv əlaqənin yaranmasına səbəb olur. Tamamlıq və zərflik daha çox feli, qismən də ismi xəbərlə bağlı olduğu halda, təyin əşya məzmunlu üzvlə əlaqələnir.


Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin