İKİNCİ DƏRƏCƏLİ ÜZVLƏR: TƏYİN.TAMAMLIQ
Plan:
1.Tamamlıq haqqında məlumat
2.Tamamlığın ifadə vasitələri
3.Vasitəsiz və vasitəli tamamlıq
4.Təyin haqqında məlumat
5.Təyinin ifadə vasitələri
Ədəbiyyat
1.Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. Sintaksis-IV hissə, Bakı, Maarif, 2007.
2.Müasir Azərbayca dili. III cild-sintaksis, Elm, 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.
Cümlənin təşkiledici mərkəzinə-mübtəda və xəbərə aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və birləşmələr ikinci dərəcəli üzvlər adlanırılır. Ona görə “ikinci dərəcəli” üzvlər deyulir ki, onlar cümlənin nüvəsinə xidmət edir, baş üzvləri izah edib aydınlaşdırır. İkinci dərəcəli üzvlər bunlardır: tamamlıq, təyin, zərflik.
Tamamlıq-ikinci dərəcəli üzv olub, üzərində iş icra olunan və ya hərəkətlə dolayı yolla əlaqələnən əşyanı, obyekti bildirir.
Tamamlıq ismin adlıq və yiyəlik hallarından başqa, digər hallarda olan sözlər və birləşmələrlə ifadə olunur. Tamamlıq əşya məzmunlu olur, obyekt bildirir. Xəbər zonasına aid olduğu üçün xəbərlə bilavasitə, birbaşa, mübtəda ilə dolayısı yolla-xəbər vasitəsilə əlaqələnir.
Dağların gözünün yaşına baxma, şairlər çəkəni onlar çəkməyib.
-------------------------------- -------------------
Bu gücü, qüvvətli, bu cəsarəti insan haradan alır bəs birdən-birə?
Əsas xüsusiyyətləri: tamamlıq ikinci dərəcəli üzvdür, üzərində iş icra olunan və ya hərəkətlə dolayı yolla əlaqələnən əşyanı, obyekti bildirir. Yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında olan və bir sıra qoşmaların qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur. Cümlədə xəbər zonasına daxil olub, xəbərlə bir başa bağlı olur. Adətən xəbərlə mübtəda arasında, aktuallaşma məqamında cümlənin sonunda işlənir. Əksərən xəbərlə idarə, bəzən yanaşma əlaqəsində olur.
Kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə?kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? nə barədə? nə haqda? kimə qarşı? və s suallara cavab verir.
Tamamlıqlar quruluşuca sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan tamamlıqlar sadə, qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələrlə, məsdər tərkibləri, isimləşmiş feli sifət tərkibləri ilə ifadə olunan tamamlıqlar isə mürəkkəb tamamlıqlar adlanır.
Dərd əlindən qocalmış körpə ürəklər gördüm-sadə
Dostları ilə paylaş: |