3. Əmək mühafizəsi üzrə tədbirlərin iqtisadi səmərəliyinin təyini.
Kənd təsərrüfatında sağlamlaşdırıcı tədbirlərin aparılmasının iqtisadi səmərəliyi-nin təyini. Kənd təsərrüfatı istehsalatının təşkilinin təkmilləşdirilməsində böyük əhə-miyyəti vardır.
İqtisadi səmərəlilik, sağlamlaşdırıcı tədbirlərin tətbiqi nəticəsində əldə edilir. Məs: heyvandarlıq binalarında ventilyasiya sisteminin qurulması ilə yanaşı digər tədbirlə-rin təşkili heyvandarlıq məhsullarının yüksəlməsi ilə böyük iqtisadi səmərə verir.
Sağlamlaşdırıcı tədbirlərin iqtisadi səmərəliyinin hesabat metodikası hələ yaxşı təkmilləşdirilməmişdir. Bu onunla əlaqədardır ki, müxtəlif növ işlərin və yaxud isteh-salat sahələrinin iqtisadi göstəriciləri müxtəlif amillərdən o cümlədən əmək şəraitin-dən də asılıdır. Bütün bu amilləri ətraflı öyrənmək mümkün deyildir.
İstehsalat şəraitinin zərərli təsirindən əmələ gələn peşə xəstəlikləri nəticəsində iş qabiliyyəti müvəqqəti olaraq itirilir və nəticədə təsərrüfata ziyan dəymiş olur. İstehsa-latda görülən sağlamlaşdırıcı tədbirlər nəticəsində peşə xəstəliklərinin aşağı düşmə göstəricisi belə təyin edilir:
.
burada B1- sağlamlaşdırıcı tədbirlər görülənə qədər itirilmiş adam - günlərin sa-
yını;
B2- sağlamlaşdırıcı tədbirlər görüldükdən sonra itirilmiş adam-günlərin
sayını göstərir.
Peşə xəstəliklərinin aşağı düşmə göstəricisi o işçilər üçün təyin edilirki, onların iş şəraitləri sağlamlaşdırma tədbirlərinin həyata keçerilməsi ilə dəyişə bilsin.
Xəstəlik göstəricisinin aşağı düşməsi ilə əlaqədar olaraq əmək məhsuldarlığının artması aşağıdakı düsturla təyin edilir:
.
F - bir fəhlənin illik iş vaxtı büdcəsidir gün hesabı ilə (244 gün).
Bədbəxt hadisədən zərərçəkmiş şəxslərə dəyən zərərin ödənilmə qaydasi və bunun hesablanmasi.
Bədbəxt hadisədən zərərçəkmiş şəxslərə dəyən zərər yalnız istehsalatla əlaqədar hadisələrdə müəssisə tərəfindən ödənilir. Maddi yardımın həcmi isə zərərçəkənin əmək qabiliyyətinin ümumi vəziyyətindən, peşə qabiliyyətinin itirilmə dərəcəsindən və müəyyən edilmiş təqaüdün məbləğindən asılı olaraq müəyyənləşdirilir.
Əgər fəhlə peşə qabiliyyətini müəyyən faiz, (ümumi əmək qabiliyyətini isə nə-zərə alınacaq dərəcədə) itirilmiş olarsa və ona müəyyən məbləğdə təqaüd müəyyən edilmişsə, onda fəhləyə (işçiyə) ödəniləcək maddi zərərin məbləği belə hesablanır:
burada Nop - fəhləyə verilən orta aylıq əmək haqqını;
n - peşə qabiliyyətini itirilmə faizini;
T - ona müəyyən edilmiş təqaüdün miqdarını göstərir.
Əgər işçi (fəhlə) peşə və ümumi əmək qabiliyyətini müəyyən faiz itirərsə, onda ödəniləcək maddi zərərin məbləği aşağıdakı kimi təyin edilir:
burada m - ümumi əmək qabiliyyətini itirmə faizini;
Nmin - zərərçəkənə verilən minimum əmək haqqıdır man.la.
Əgər peşə qabiliyyətini 100% (n-i ) itirərsə, onda ödəniləcək maddi zərərin məb-ləği belə hesablanır:
İstehsalatla əlaqədar olmayan və ya məişətlə əlaqədar bədbəxt hadisə olduqda, müəssisə nəinki zərərçəkənə dəyən zərəri ödəmir, hətta onun sıradan çıxan maşını, avadanlığı və s. zərərçəkənin şəxsi əmlakı hesabına düzəltdirmək hüququ vardır.
Dostları ilə paylaş: |