Avtoreferat – müəllifin özü tərəfindən yazılan hər hansı elmi araşdırmanın nəticəsi. Adli təQAÜD



Yüklə 227,59 Kb.
səhifə1/4
tarix14.01.2017
ölçüsü227,59 Kb.
#354
  1   2   3   4
LÜĞƏT
A
ABİTURİYENT – ali və ya orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün təhsil haqqında müvafiq dövlət sənədi təqdim edən şəxs.

AVTOREFERAT – müəllifin özü tərəfindən yazılan hər hansı elmi araşdırmanın nəticəsi.
ADLI TƏQAÜD - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd.
ADYUNKTURA - hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forması.
AĞIL - insanın dərketmə bacarığının ümumiləşmiş xüsusiyyəti. Dar mənada düşüncə ilə bağlı beyində gedən əməliyyatlar. Ağlın xüsusiyyətləri: cəldlik,dəqiqlik, dərinlik, genişliyi, yaradıcılığı.
AçIq tİplİ alİ təhsİl müəssİsəsİ – yaş məhdudiyyəti və qəbul olunanların minimal bilik səviyyəsi tələb olunmadan dinləyicilərin qəbul olunduğu ali təhsil müəssisəsi. A.t. t.m.-də qrafiki kifayət qədər sərbəstdir, yəni təhsil müddəti sərhədsizdir. Dinləyicilər stipediya ala, qrant üzrə oxuya və müəyyən təminatlar üzrə ödənişsiz oxuya bilərlər. Bu tip ali təhsil müəssisələrinə Britaniya Açıq universiteti, Almaniyanın açıq universitetləri aid edilə bilər.
AÇIQ TİPLİ TƏHSİL NÖVÜ – təhsilin genişlənməsi barədə müasir doktrina. Əsas ideyalardan biri – insanın faktiki və formal ixtisasını bərabərləşdirmək. Böyük həyat təcrübəsinə və xüsusən iş təcrübəsin malik olan insanlar öz bilikl səviyyələrini rəsmi təsdiqini istəyirlər. Adətən bu xüsusi növ diplom alınması yolu iləöz təsdiqini tapır.Diplomun alınması aşağıdakı üsullarla ola bilər. a) dəslərdə iştirak etmədən bütün kursun imtahanını vermək; b) dinləyicilərin real səviyyəsinə uyğun olan ısamüddətli kurs keçmək; c) təhsil müəssisənin tələbəsi olmadan tam tədris kursunda iştirak etmək.
AKADEMİYA - müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarının həyata keçirildiyi, fundamental və tətbiqi elmi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi.
AKKREDİTASİYA - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur.
ALİ TƏHSİL MÜƏSSİSƏSİ – orta təhsil bazası əsasında təsərrüfat, elm və mədəniyyətin müxtəlif sahələri üçün ali təhsilli mütəxəsislər yaradır, əksəriyyəti həmçinin, nəzərivə tətbiqi xarakterli elmi-tədqiqat işləri aparır, orta və ali məktəb müəlimlərinin və diplomlu mütəxəssislərin ixtisasartımını həyata keçirir. Ali məktəblərə universitetlər, institutlar, ali kolleclər, konservatoriya aiddir. Təhsil müddəti 4-7 ildir.
ALİ TƏHSİL- mütəxəssisin tam orta təhsil bazasında aldığı və uyğun diplomla təsdiq olunan ali təhsil müəssisələrində aldığı ixtisas səviyyəsi

ALİ MƏKTƏBİN ELMİ ŞURASI - rektorun yanında çağırılan məşvərətçi orqan olub təhsil müəsissəsinin əsas fəaliyyətini; təlim-tədris işlərinin, elmi tədqiqatların aparılmasını, müəllim- professor heyətinin işi barədə danışılır.A.m.e.ş. seçkili orqan olub, 5 il müddətinə seçilir. E.ş.-ya vaxtından əvvəl seçkilər isə onun üzvlərinin yarısının tələbi ilə keçirilə bilər. Şuranın tərkibinə təhsil müəssisəsinin bütün növ işçiləri seçilə bilər. Elmi şuraya seçki qaydası müəllimlərin ümumi iclasında keçirilir.

ALQORİTM – əməliyyatların yerinə yetirilmə ardıcıllığını, daha doğrusu, müəyyən sinfə aid olan məsələləri həll etməyə imkan yaradan təlimat. Alqoritmin əsasında müəllim tərəfindən şagirdlər üçün müxtəlif yaddaş məsələləri, öyrənilən hadisə və faktların təhlili sxemləri tərtib edilir.
ASPİRANTURA – (lat. dilindən Aspiro cəhd edirəm, yaxınlaşmağa çalışıram), elmi işçilərin hazırlanması forması. Əksər xarici ölkələrdə aspiranturaya uyğun olan hazırlıq universitetlərin daxilində xüsusi mərkəzlərdə həyata keçirilir. Elmi tədqiqat işinin müdafiəsi və ən yüksək elmi dərəcənin (adətən doktor) alınması ilə yekunlaşır.
ATTESTAT – təhsil müəssisəsini bitirənə hər hansı rütbənin verilməsini bildirən rəsmi sənəd.
ATTESTASİYA – (lat. dilindən attestatio – şəhadətnamə) - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təlim nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru.
AUDİOVİZUAL TƏDRİS VƏSAİTLƏRİ – tədris prosesində çox geniş yayılmış, ekran və səs avadanlıqlarından ibarət olan xüsusi qrup texniki tədris vəsaitləridir. Bu diaproeksiyalar (diafilm və diapozitivlər), epiproeksiyalar (episkoplar vasitəsilə kağızda yazılmış və ya çəkilmiş şəkil, çertyoj və s. ekranda nümayiş olunması), kodproeksiyaları, tədris kinofilmləri, tədris televiziya filmləri, səs ləvazimatı.
AXŞAM TƏHSİLİ – təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.

B
BAZA TƏHSİL – gələcək artımı və zənginləşməsi üçün qaydalar, bilik və bacarıqlar toplusudur. Termin iki mənada işlədilir:1) cəmiyyətdə yaşaya bilmək üçün qaydalar, bilik və bacarıqların öyrənilməsinə yönəlmiş təhsil;

2) ödənişli əmək sahəsinə qədəm qoymazdan əvvəl alınmış və yetkin yaşda təhsilin davam etdirilməsinə istiqamətlənmiş təhsil.


BAKALAVR (qədim lat. Baccalaureus), bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi.
BAKALAVRİAT - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını təmin edən ali peşə-ixtisas təhsilinin birinci səviyyəsi.
BAL – təhsil alanların (tələbə) təhsil müvəffəqiyyətinin qiymətləndirilməsi üçün biliklərin yoxlanmasından sonra müəllim tərəfindən qoyulan şərti rəqəmli qiymət. Bizim ölkəmizdə təhsil alanların (tələbə) müvəffəqiyyəti beşballıq qiymət sistemi ilə qiymətləndirilir: «5», «4», «3», «2», «1».
BİLİK (geniş mənada) – praktikada təsdiq olunmuş reallığın dərki, onun insan təfəkküründə düzgün əksi; anlayış, qanun, prinsip, mühakimə formasında çıxış edir, empirik olur, təcrübə, praktika, nəzəriyyə və s. formada olur; (ped.)- anlamaq, elmi faktların yadda saxlanılması, qaydalar,qanunlar, nəzəriyyə.

BİLİK DAİRƏSİ – insanın maraq və biliklərinin əhatəsi.

BƏDƏN TƏRBİYƏSİ - insanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir.

D
DAHİLİK (lat. genius - ruh) – bacarıqların ümumi inkişaf səviyyəsi, həm ümumi (intellektual), həm də xüsusi. D. olması barədə o zaman danışmaq olar ki, şəxsiyyət tərəfindən yaradıcılıq fəaliyyətində elə nəticələr əldə edir ki, onlar cəmiyyət həyatında, mədəniyyətin inkişafında xüsusi dövr təşkil edir. Qeyri - adi bacarıqları ilə fərqlənən uşağın öz potensialını reallaşdıra bilməsi onun müəllimindən asılıdır.

DAVRANIŞ MƏDƏNİYYƏTİ - insan birgə yaşayışının ümumi tələb və qaydalarının müəyyənləşməsi, əhatə edənlərlə düzgün münasibət qurmaq bacarığı.

DEKANAT – dekanın rəhbərlik etdiyi fakültənin idarə edilməsi.
DEKAN (lat. Decanus, ilkin mənada on nəfərin rəhbəri), ali təhsil müəssisəsində fakültə rəhbəri. Bir qayda olaraq, professorlar, müəllimlər və fakültənin elmi işçiləri tərəfindən seçilir.

DƏRS – a) məktəbdə təlim, öyrətmə və öyrənmə prosesi, tədris işi. Bu fəaliyyət zamanı müəllimkonkret zaman daxilində siniflə konkret fənn üzrə məşqul olur. Bu və ya digər vasitələrin istifadəsi ilə əlaqədar olaraq dərsin müxtəlif növləri ola bilər. Məs. açıq, izahlı, mühazirə dərs, virtual dərs.

DƏRS CƏDVƏLİ – siniflər üzrə hər dərs gününə uyğun olan dərslərin keçirilmə yeri, vaxtı və ardıcıllığı haqqında məlumata malik qrafik. Bu cədvəldə hər dərs saatını keçirən müəllimin adı və fənnni qeyd olunur. Dərs cədvəli təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunur.

DƏRSİN KONSPEKTİ mövzunun, tapşırığın, dərs mərhələsinin xülasəsindən, müəllimin nitqinin hissələrindən və yeni mövzunun tam mətnindən ibarətdir.

DƏRSİN PLANI- dərs zamanı dərs vaxtını düzgün bölüşdürə bilmək üçün müəllim və şagird arasında qarşılıqlı ünasibətin planlanması. Dərsin planlanmasının əsası kimi müəllimin tədris materialını şagirdlərə çatdıra bilmək üçün məqsədlər, tapşırıqlar, prinsiplər, metodlar düzgün istifadə edilməsi çıxış edir. Dərsin planı konspekt şəklində çıxış edir.

DƏRSİN STRUKTURU- dərsin bütövlüyünə və onun müxtəlif variantlarda əsas xüsusiyyətlərini saxlayan elementlərinin cəmi. Bu elementlərə aiddir: dərsin əvvəlinin təşkili, dərsin məqsəd və vəzifələrinin təyini, izahat, möhkəmləndirmə, təkrarlama,ev tapşırığı, dərsin nəticəsinin keçirilməsi. Dərsin növü struktur hissələrin müəyyənləşməsi və ardıcıllığı üzrə müəyyən edilir.

DƏRSİN EFFEKTİVLİYİ - qoyulmuş məqsədə çatmaq üçün müəllimdən başqa digər faktorların neytrallaşması halında verilmiş və ya mümkün olan tədris məqsədlərinin (məsələn, şagirdin savadsızlıqdan savadlılığa keçməsi) həyata keçirilmə dərəcəsi.

DƏRSDƏ QRUP İŞİ-dərs zamanı müxtəlif kiçik qrupların müəllim tərəfindən verilmiş eyni, özünəməxsus tapşırığının və elmi idrakının inkişafı işinin təşkili.
DƏRS HİSSƏ MÜDİRİ – məktəb direktorunun təlim-tədris işləri üzrə əvəzləyicisi.
DİDAKTİKA (yun. didaktikos alan, tədrisə aid) – təlim-tədris nəzəriyyəsi, pedaqogikanın sahəsi. D. predmeti tədris insanın təlim və təhsil vasitəsi kimi, yəni tədris və təlimin vahid qarşılıqlı əlaqəsi. D.-nın funksiyaları: nəzəri (diaqnostik və proqnostik) və praktiki (normativ, alət).
DİDAKTİK BACARIQLAR – öyrətmək bacarığı.
DİDAKTİK VƏ ƏQLİ İNKİŞAF ÜÇÜN KOMPÜTER OYUNLAR–tədris və inkişaf xarakterli fərdi kompüterlər üçün oyun proqramları. Bir neçə növdə olur – abstrakt-məntiqi, süjet, rol), kompüter oyunları şagirdlərin dünyagörüşünü artırır, onların maraqlarını stimullaşdırır, bilik və bacarıqlarını formalaşdırır, psixofiziki inkişafına səbəb olur. Lakin həddən artıq oyunla maralanmaq uşağın sağlamlığına zərər verə bilər.
DİDAKTİK PRİNSİPLƏR –ümumi məqsəd və qanunauyğunluqlara əsasən təhsil prosesinin məzmununu, tədris metod və formalarının təşkilinin əsas məqamları.
DİDAKTİK QAYDALAR – tədrisin bu və ya digər prinsipinin tətbiqinin müxtəlif cəhətlərinin açılmasında aparıcı mövqe. Məs.əyaniliyin əsas prinsiplərindən biri belədir: müxtəlif növ əyani vəsait işlətmək, amma onların həddini keçməmək şərtilə.
DƏRSİN DİDAKTİKASI – dərsin hazırlanması, keçirilməsi və dərsin nəticələrinin sistemi
DİPLOM (fr. Diplôme, yun. Díplōma – ikiqatlanmış sənəd, diplóō – iki yerə qatlayıram), 1) ali və ya ali-ixtisas təhsil müəssisəsini bitirmək barəsində, elmi dərəcə və ya ad verilməsi barədə sənəd. 2) Müəssisə, təşkilat və ya vətəndaşın müəyyən fəaliyyəti həyata keçirtmək üçün verilən sənəd (məs. ticarət).3) Müxtəlif məzmunlu müsabiqə,yarış, sərgi və s. nailiyyətlər üçün mükafat.
DİPLOM İŞİ – ali təhsil müəssisəsinin məzunlarınınelmi-tədqiqat xarakterli yekunlaşdırıcı işi. D.i. bir qayda olaraq tələbə tərəfindən seçilmiş sahə üzrə aktual mövzunun tədqiqi, məzunların nəzəri biliklərinin və praktiki bacıqlarının ümumiləşmiş bütöv sistemidir. D.i. tədqiqat mövzusu ilə bağlı ədəbiyyatlardan,qaynaqlardan istifadə etməklə nəzəri hissənin, nəticənin hazırlanmasıdır. D.i. dövlət imtahan komissiyası və dövlət ixtisas komisssiyası iclaslarında müdafiə olunur. İctimai-siyasi fənlər üzrə D.i. müdafiə edən və dövlət imtahanını verən məzunlara uyğun ixtisasın verilməsini bildirən diplom verilir.
DİPLOM İŞİNİN MÜDAFİƏSİ – tədris müəssisəsini bitirən mütəxəssislərin hazırlıq səviyyəsinin yoxlanması. Müdafiə Dövlət Komissiyasının açıq iclasında keçirilir və müdafiənin nəticəsində məzunlara uyğun ixtisas verilir.
DİREKTOR (lat. Director – rəhbər).

  1. Hər hansı müəssisənin, təşkilatın rəhbəri məs. Fabrik direktoru, məktəb direktoru və s.

2. Bəzi tarixi dövrlərdə kollegiya üzvlərinin adı, dövlət, direktoriya rəhbəri.
DİSSERTASİYA - müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi-tədqiqat işi.
DİSSERTANT - dissertasiya işi yerinə yetirən şəxs.
DİSTANT (MƏSAFƏDƏN) TƏHSİL – tədris prosesinin elektron, telekommunikasiya, proqram - texniki vasitələrlə yazışmalar əsasında təşkil olunduğu təhsil forması.
DOKTORANT – doktoranturada təhsil alan şəxs.
DOKTORANTURA – ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını təmin edən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı forması.
DOSENT (lat. Docens öyrədən), ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə.
E
ELİTAR TƏHSİL - xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil.
ELMİ EV İŞİ – tədris prosesinin təşkili forması, müəllimin birbaşa deyil, dolayısı idarəsi ilə şagirdlərin tapşırığı yerinə yetirməsi. E.e.i.-nin növləri: tədris fəaliyyətinin xüsusiyyətinə əsasən – reproduktiv və yaradıcı; tədris hərəkətinə əsasən – məsələ və tapşırıqların yerinə yetirilməsi, dərsliklə iş, əlavə ədəbiyyatın oxusu, hesabat və məlumatların hazırlanması.

ELMİ DƏRƏCƏ VƏ ADLAR – ali təhsilli mütəxəsislərə verilir, onların elmi kvalifikasiyasını, elm və texnikanın inkişafında, mütəxəsis hazırlığında əldə etdikləri nailiyyyətlərinə görə təqdim edilir. Hər bir ölkədə elmi kadrların özünəməxsus attestasiya qaydası, özünəməxsus adlandırılması və terminologiyası var. AR-də aşağıdakı elmi adlar vardır: elmlər namizədi, elmlər dokroru, professor və s. Elmi dərəcələr: baş elmi işçi, dosent, baş müəllim, baş laborant. Akademik adlar: mübir-üzv və həqiqi-üzv.

ELMİ-METODİKİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ- yeni tipli təhsil müəssisələrində bilavasitə elmi və metodiki işlərin rəhbər və təşkilatçısı. Bir qayda olaraq, məhz ixtisası üzrə 5 ildən artıq müddətə staja malik olan yüksək ixtisaslaşmış işçilərdən seçilir.
ELMİ- İSTEHSALAT İŞİ ÜZRƏ DİREKTOR MÜAVİNİ- peşə-ixtisas məktəblərində elmi-istehsalat və metodiki işlərin təşkilatçısı hesab olunur. O, tədris və elmi –istehsalat fəaliyyətinə, tədris plan və proqramının icrasına, qabaqcıl elm və istehsalat nailiyyətlərinin elmə tətbiq edilməsinə birbaşa nəzarət edir və cavabdehdir.
ELMLƏR DOKTORU - elm sahələri üzrə doktoranturanın ikinci pilləsində verilən ən yüksək elmi dərəcə.
EVDƏ TƏHSİL - müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması.
Ə

ƏLAVƏ TƏHSİL - vətəndaşların hərtərəfli təhsil tələblərini ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil.

ƏYANİ VƏSAİTLƏR- tədrisdə əyani vəsaitlər. Tədris prosesində ə.v. iki əsas funksiyanı yerinə yetirir: əyani görüntü vasitəsi və məlumat mənbəyi. Ə.v. təbii və təsviri , yəni məxsusi tədris məqsədilə yaradılmış vəsaitlərə bölünür. Natural obyektləri və təsviri birləşdirən kombinə edilmiş Ə.v. xüsusi növ təşkil edir.
F

FAKÜLTƏ (alm. Fakultat, lat. Facultas bacarıq), müəyyən ixtisas üzrə tələbə və aspirant hazırlayan ali təhsil müəssisəsinin elmi-tədris və inzibati bölməsi, həmçinin onların birləşdirdiyi kafedraların rəhbərlərinin elmi-tədqiqat və təlim tədris fəaliyyəti. Fakultəyə dekan rəhbərlik edir.

FAKULTATİVLƏR – şagirdlərin elmi-nəzəri və praktiki biliklərinin genişlənməsinə, onların idrakı maraqlarının, yaradıcılıq qabiliyyətinin və ixtisasa istiqamətlənməsinə yönəlmiş təhsil forması. F. məcburi fənlərin proqramlarına uyğun xüsusi proqramlar əsasında keçirilir, tədris planında onlara ayrılmış saatlara uyğun olaraq şagirdlərin seçim və istəklərinə uyğun keçirilir.

FASİLƏSİZ TƏHSİL- ümumi qəbul edilmiş ərifi yoxdur. Bu termin təhsilin sosial effektivliyini artırmaq üçün mövcud təhsil səviyyəsinin müsbət istiqamətdə dəyişilməsinə bildirir. F.t. insanın bütün ömrü boyu bir şəxsiyyət kimi formalaşması üçün fasiləsiz təhsil almasını nəzərdə tutur. F.t.-nin əsas mərhələləri: a) insanın müstəqil həyata daxil olması üçün təlim, tərbiyə və təhsili-uşaq-gənc təhsili; b) insanın müxtəlif praktiki fəaliyyəti ilə bağlı olan yetkin yaşda tədris fəaliyyəti.
FƏLSƏFƏ DOKTORU - elm sahələri üzrə doktoranturanın birinci pilləsində verilən elmi dərəcə.

FƏNN- hər hansı elmin və ya elmlər toplusunun didaktik əsaslandırılmış sistemi. F. Elmə xas olan materialın konkret təqdim edilməsini göstərir. F-in məzmunu təlim, tərbiyə, təhsil ilə birbaşa bağlıdır.

FƏRZİYYƏ – səbəblərin izah edilməsi məqsədilə irəli sürülən əsaslar, ehtimallar. Ped. araşdırmalarda fərziyyənin ifadəsi, bir qayda olaraq, bu və ya digər ped. proseslərin və halların müəyyənləşməsinə yönəlmişdir.
FƏRD - 1) insan vahid təbiət varlığı, Homo sapiens növünün nümayəndəsi kimi. Fərd anlayışı özü verilmiş insanın insan növü ilə əlaqəsini göstərir; 2) insan cəmiyyətinin ayrı nümayəndəsi götürülür.
FƏRDİ TƏHSİL - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması.

FƏXRİ PROFESSOR (DOKTOR) - elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professor və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkələrin alim və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada verilən akademik fəxri ad/dərəcə.
FORMAL TƏHSİL - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil.
G
GİMNAZİYA – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi.

G. fənlərin daha dərin öyrənməyə şərait yaradır ki, bu da təhsil konkret istiqamətindən asılı olaraq variasiyalılığını, həm də şagirdin ixtisası üzrə seçdiyi ümumtəhsil fənlərinin və əsas kursların mənımsəməsini təmin edir.



H
HƏKİM – ali baza tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi.
HƏKİM MÜTƏXƏSSİS – müvafiq təhsil proqramlarına əsasən rezidentura təhsilini bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi
HUMANİTAR– insan cəmiyyətinə, insana və onun mədəniyyətinə aid olan.
HUMANİTAR TƏHSİL- təhsilin məzmununda təhsil alanların şəxsi yetkinliyinin formalaşmasına yönəlmiş ümummədəni komponentlərin inkişafıdır

İ

İDRAK –obyektiv qanunauyğunluqların şüur vasitəsilə dərk edilməsi. İdrak təlim-tədris prosesinin əsasını təşkil edir

İLKİN PEŞƏ-İXTİSAS TƏHSİLİ - əsas orta təhsil bazasında ixtisaslaşmış mütəxəsislərin hazırlanması. İ.p-i.t. peşə-ixtisas məktəblərində alına bilər (ixtisas kollecləri, peşə-ixtisas və s. təhsil müəssisələrində).

İLKİN İBTİDAİ ORTA TƏHSİL –ana dili, riyaziyyat, təbiət və cəmiyyət elmləri barədə, əsas elemetar tədris bacarıq və biliklərini öyrədən ilk təhsil pilləsi.

İLKİN İXTİSAS HAZIRLIĞI – bu termin inistitut hazırlığı olmadan müəyyən ixtisaslar üzrə xüsusi hazırlığı bildirir. O ixtisas (politenik, ümumi texniki, ümumi ixtisas) almaq üçün nəzəri bilikləri fundamental əsas kimi qəbul edir; müxtəlif fəaliyyət növlərinə aid olan və onun ümumi xüsusiyyətlərini əks etdirən təcrübi və politexnik bilik və bacarıqları; müxtəlif mütəxəssis qruplarının əlamət və xüsusiyyətlərini; fəaliyyətin (layihələşdirmə, texnoloji prosesə nəzarət, fəaliyyətin qeydiyyat uçotu və s) əks etdirir; fərdin şəxsi keyfiyyətləri - əməksevərlik, intizamlılığı, fəaliyyətinin dəqiqiliyi, düşüncələrində sistemlilik, işdəki səliqəliliyi, təcrübi, yaradıcı fəaliyyətə can atması; ixtisas məktəbinə girməzdən öncə praktik fəaliyətindəki təcrübə.

İMTAHAN (lat . examen - sınaq) – ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq, təhsilin müəyyən dövrünü bitirdikdən sonra (məs. məktəblərdə keçid və buraxılış imtahanları, aspirant) və aspiranturaya qəbul olunmaq üçün biliklərin yoxlanılması.

İMTAHAN BİLETİ (fr. billet, lat. billeta) – şifahi imtahanlarda təhsil alanın cavablandırmalı olduğu suallar olan bilet.
İNFORMAL TƏHSİL - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması.
İNNOVASİYA - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
İNSTİTUT (ALİ MƏKTƏB) - müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən tətbiqi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi.

İSTEHSALAT TƏHSİLİ – peşə-ixtisas təhsilinin mütləq tərkib hissəsi, təhsil alanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki təcrübəsidir.

İXTİSAS - müvafiq təhsil sənədində təsbit olunan peşə, vahid bir peşə daxilində fəaliyyət növü.

İXTİSASLAŞMA - müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası.

İXTİSASARTIRMA KURSLARI – rəhbərlərin və işçi kolektivinin ixtisasını artırmaq forması. Bu kurslar işçininfəaliyyəti ilə bilavasitə bağlı olan nazirliklərdə, müxtəlif universitetlərdə, onların filialında, müəssisələrdə, kurslarda təşkil olunur.

İXTİSAS İMTAHANLARI – buraxılış ixtisas sınaqlarının tərkib hissəsidir; tədris zamanı təhsil alanların aldığı xüsusi nəzəri biliklərin yoxlanılması məqsədilə keçirilir; təhsil ocaqlarında və müəssisələrdə keçirilir. İxtisas imtahanlarının keçirilməsi üçün tərkibində müdriyyət nümayəndəsi (məsələn, müəssisənin baş mühəndisi), komissiya sədri-məktəb direktoru, sədr müavini-bəzi sexlərin rəhbərləri, istehsal-texniki tədris bölmələrinin nümayəndələri, texniki, əmək və əmək haqqı nəzarətçiləri, təhlükəsizlik texnikləri, istehsal tədrisin müəllim və təlimçiləri və ictimai təşkilat nümayəndələri olan ixtisas komissiyası yaradılır. Hər bir ixtisas üzrə istehsal tədris və xüsusi fənlərin bütün proqram mövzularına dair əsas sual və tapşırıqları əks etdirən imtahan biletləri hazırlanır.

K
KABİNET- LABORATORİYA SİSTEMİ – təhsilin təşkili sisteminə görə tədris prosesi fənlər üzrə tədris kabinetlərində və laboratoriyalarda keçirilir; tədris kabinetlərində humanitar dərslər, laboratoriyalarda isə təbiət və riyaziyyat, texniki və digər fənlər keçirilir. Kabinet və laboratoriyalar müvafiq tədris ədəbiyyatı, lüğət və soraqçalarla, əyani vəsaitlər və laboratoriya avadanlıqları ilə təchiz olunur ki, bu da öz növbəsində şagirdləri aktiv fəaliyyətə cəlb etməyə, onlarda müsbət tədris motivasiyasının formalaşmasına dəstək olur.
KAFEDRA (yunanca Kathédra, hərfi mənada - oturacaq, stul), 1) Qədim Yunanıstan və Romada ritor və fəlsəfəçilərin çıxış etdikləri yer 2) Xristian kilsəsində moizələrin oxunduğu yer 3) İbadət zamanı yepiskopun (arxiyereya) oturacağı, məcazi mənada isə yeparxiya (yepiskop dairəsi). 4) Təhsil müəssisələrində, lektoriya və akt zallarında müəllim, məruzəçilərin çıxış etdikləri yer. 5) Ali təhsil müəssisələrində (fakültədə) kafedra bir və ya bir neçə alt fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, tələbələr arasında tərbiyəvi işi və həmçinin elmi-pedaqoji kadrların hazırlığını və mütəxəssislərin ixtisaslaşdırılmasının artırılmasını həyata keçirən əsas elmi-tədris bölməsidir. Bir qayda olaraq, kafedraya professor, elmlər doktoru başçılıq edir. Kafedranın tərkibinə professor, dosent, köməkçi, baş müəllimlər, baş və kiçik elmi əməkdaşlar, aspirantlar və digərləri daxildir. Kafedra özünün tədris laboratoriyalarına və kabinetlərinə malikdir. Kafedralara mühazirələrin, laboratoriya, praktiki, seminar və digər tədris məşğələlərin keçirilməsi, tədris və istehsalat təcrübələrə, tədqiqat işlərə, kurs və diplom layihələrə (işlərə) başçılıq etmək, kurs imtahanların və məqbulların keçirilməsi həvalə olunur.
Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin