Avtoreferat – müəllifin özü tərəfindən yazılan hər hansı elmi araşdırmanın nəticəsi. Adli təQAÜD



Yüklə 227,59 Kb.
səhifə4/4
tarix14.01.2017
ölçüsü227,59 Kb.
#354
1   2   3   4

TƏHSİL MÜƏSSİSƏNİN MUXTARİYYƏTİ - müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət və bələdiyyə təhsil müəssisəsinə verilən müstəqillik.
TƏHSİL MƏHSULU - təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri.
TƏHSİLDƏ MƏRKƏZLƏŞDİRMƏ- şəxsiyyətdə idrakı proses mexanizmlərindən biri, onun mənəvi yetkinliyinin və ünsiyyət bacarığının inkişafı; başqa insanların nəzər nöqəsini qəbul etmək əsasında fəaliyyət göstərir. Müstəqil yaradıcı düşüncənin formalaşması və inkişafında mühüm rol oynayır.
TƏHSİLİN MƏQSƏDLƏRİ- adətən, T.m. təhsil alanda elm, bilik və bacarıqların yaranması, insanda mədəniyyətin formalaşması, onun əməyə hazırlanması ilə müəyyən olunur. T.m-də başlıca yeri şəxsiyyətin individual yaradıcı potensialının açılması tutur. Məktəbdə son zamanlar üstün mövqe əsasən təlim və tədrisdən daha çox şəxsiyyəti formalaşdıra bilən tərbiyəyə, yeni dövrün tələblərinə cavab verən ekzistensional dəyərlərə keçmişdir. Lakin burada tərbiyə anlayışı altında elə şərtlərin yaranması nəzərdə tutulur ki, təhsil alanın şəxsiyyətinin üstünlük və bacarıqlarını açmağa yardım etsin. Beləliklə, T.m. individual üstünlük və bacarıqların açılması prosesi kimi çox mürəkkəb və çoxşaxəlidir. T.m-nin 2: təhsil alana və təhsil müəssisəsinə, təhsil siteminə münasibət cəhətdən öyrənəmək lazımdır. Təhsil sistemlərinin fəaliyyətinin ən mühüm məqsədi müasir istehsalatda xidmət edə bilən sosial öhdəlik daşıyanicilarının hazırlanmasıdır. Təhsil alanın şəxsiyyətinə nəzərən aşağıdakı T.m-i qeyd etmək lazımdır:


  • şəxsiyyətin individual keyfiyyətlərinin açılması;

  • elm və mədiyyətin əsası barəd sistemləşmiş biliklər əldə etdikdən sonra təhsil alanın düyəvi və milli mədəniyyətə uyğunlaşması;

  • maddi tərbiyə və dünyaya maddi baxış sistemi , insanın dünyadakı yeri barədə tərbiyə;

  • fiziki və valeoloji tərbiyə;

  • əmək hazırlığına ümumi və peşəkar hazırlıq;

  • şəxsiyyətin özünütərbiyə və özünüinkişaf səviyyəsinə çatması, tədris və peşəkar fəaliyyətin yaradıcı və əxlaqi azadlığın əsası kimi qəbul edilməsi.

TƏHSİL NƏZƏRİYYƏSİ – təhsil fenomeni, onun cəmiyyətdəki rolu, inkişaf qanunauyğunluqları, inkişaf effektivliyi barədə nəzəriyyə. Hər birinin xüsusi predmeti olan 4 tədqiqat sahəsi əsasında formalaşır: a) fəlsəfi- təhsilin mahiyyəti,onun taksonomiyası; b) sosial – iqtisadi- təhsilin cəmiyyət həyatının müxtəlif sahələri ilə qarşılıqlı əlaqəsi; c) pedaqoji- təhsil fəaliyyətinin məzmunu və texnologiyası; d) sosial- psixoloji- fərdlər və qrupların təhsil fəaliyyətinin subyekti kimi.

TƏHSİL PİLLƏLƏRİ –təhsil sisteminin müstəqil tərkib hissəsi ( məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbi, ibtidai, əsas orta təhsil müəssisələri). T.p. bib-birilə üzvi şəkildə bağlıdır və bu, təhsildə inkişçafa səbəb olur.

TƏHSİL PROQRAMMI (KURİKULUM) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi.

TƏHSİLİN STANDARLAŞDIRILMASI- eynitipli təhsil müəssisələrinin fəaliyyətinə dair vahid tələblərin müəyyənləşməsi

TƏHSİL STANDARTLARI - 1) tədris fənni üzrə son nəticələrin göstərildiyi əsas sənəd. Hər bir təhsil pilləsi üzrə tərtib edilir. Standartın strukturuna daxildir: təhsilin məqsəd və vəzifələri, termin və qanunauyğunluqları, bilik və düşüncələri, bilik və bacarıqları, təhsilin nəticələrinin yoxlanması texnologiyası. 2) tədrisin demək olar ki nüvəsi- tərkibinə daxildir orta məktəb təhsilində nəticə əldə etmək üçün olur. Təhsilin məzmununun optimal minimumunu göstərir.

TƏHSİL SİSTEMİ- müxtəlif istiqamətli təhsil proqramlarının və dövlət standartlarının qarşılıqlı əlaqəsini cəmi; onları həyata keçirən müxtəlif hüquqi bazaya, növə, tipə malik olan təhsil müəssisələrini şəbəkəsi; təhsil idarəetmə orqanları sistemi. T.s-nin növü ölkənin sos-iq inkişaf səviyyəsindən, siyasi rejimindən, mədəni-tarixi və milli-xüsusiyyətləri ilə müəyyən olunur.

TƏHSİL SİSTEMİNDƏ İNNOVATİV PROSESLƏR- ped. yeniliklərin yaranma, qəbul edilmə, dəyərləndirmə, mənimsəmə, tətbiq və s. prosesləri.

TƏHSİL FƏALİYYƏTİNİN SUBYEKTLƏRİ - təhsil sisteminin fəaliyyət və inkişaf məsələləri ilə məğul olan şəxslər və ya şəxs qrupu. 5 növə bölünür: a) təhsil siyasətinin yaradıcıları; b) təhsilin məzmunu, istiqamətləri, həyata keçirilmə üsulları barədə qərar qəbul edən subyektlər; c) təhsilin milli, regional, lokal səviyyədə təşkilatçıları; d) təhsil müəsisələri; д) tədris və digər pedaqoji fəaliyyətlə məşğul olan şəxslər

TƏKRAR –şagirdlərin biliklərini möhkəmləndirmək cə sistemləşdirmək üçün dərs prosesi zamanı keçilmiş mpvzulara yanidən müraciət edilməsi. Təkrar prosesi mövzunun yanidən əzbərlənməsi demək deyildir. Keçilmiş mövzu yeni qaydada, yeni suallar toplsu ilə başqaq şəkildə keçilir.

TƏLƏBƏ (lat. studentis – səylə çalışan, fəal olan) ali mkətəbin, bəzi ölkələrdə isə orta məktəb şagirdləri. Qədim Romada T. elmi proseslə məşğul olan əksər şəxsləri adlandırırdılar. XII əsrdə universitetlərin yaradılması ilə bu ad həmin müəssisələrdə təhsil alanlara verilir. AR-də əsasən ali və orta-ixtisas məktəblərində təhsil alanlar-tələbə və dinləyici, hərbi məkətəblərdə təhsil alanlar- kursant adlanır.

TƏLİM VƏ TƏDRİSİN HUMANİSTLƏŞMƏSİ –Müəllim və şagird arasında əsasında insanlara hörmət və qayğı; uşağın maraq və problemlərinin müəllimin diqqət mərkəzinə alması; uşaqlarda insana dünyada ən yüksək dəyər vermək prinsipləri duran münasibətlərin qurulması. Uşaqların sos. müdafiəsi rol oynayır.
TƏLİM PROSESİNİN APARICI QÜVVƏLƏRİşagirdin artan, yenilənən tələblərinin müəllim tərəfindən ödənə bilmək qabiliyyəti arasında olan obyektiv ziddiyətlər.Şagirdin özünün aktivliyi hesabına bu ziddiyətlərin həlli onun inkişafına xidmət edir.

TƏLİM VƏ TƏDRİSİN MƏZMUNU – şagirdlərin hərtərəfli əqli və fiziki bacarıqlarını, onların dünyagörüşünü, mənəviyyatını, davranışını, ictimai həyata və əməyə hazırlanmasını formaaşdıran elmi biliklərin, bilik və bacarıqlarının, yaradıcı fəaliyyət münasibəti və təcrübəsi sistemidir.

TƏRBİYƏ (ped. hal kimi) - 1)uşağın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, səbəb və dəyərlər yaranmasına yönəlmiş müəllimin məqsədyönlü professional fəaliyyəti; 2) təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş ped. proses; 3) şagird və böyüklərin tərbiyəsinə yönəlmiş qarşılıqlı təsirin məqsədyönlü, idarəedilən və açıq sistemi. Bu sistemdə tərbiyəalan əsas iştirakçıdır və əgər bu sistemə şagirdin optimal inkişafına yönəlmiş dəyişikliklər etmək mümkündürsə, onda uşaq həm obyekt, həm də subyekt qismində çıxış edir. 4) şagirdə müxtəlif hallarda öz seçim yolu və seçim hüququnu verməklə uyğun davranış üsullarının təşkili; 5) şəxsiyyətin inkişafına, onun cəmiyyətdəki münasibətinin, baxışlarının, davranışına məqsədyönlü təsir edən proses və nəticələr 6) insanın mədəniyyətə yiyələnməsi üçün məqsədyönlü şərtlərin yaranması; 7) (ən dar, konkret mənada) bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə - insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. M.t.- bu insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə - şagirdlərdə dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə - uşaqlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması. Hüququ tərbiyə - hüquqi tərbiyənin və hüquqi davranışın formalaşması, ümumi məcburi ibtidai təhsilin hüquqi cəhətdən həyata keçirilməsi, qanuna tabe davranışın yaranması prosesidir. Əmək tətbiyəsi – şagirdlərdə ümümi əmək bilik və bacarıqlarının inkişafına, əməyə və əmək məhsullarına məsuliyyətli yanaşmanın psixoloji hazırlığına, şüurlu surətdə gələcək peşə seçiminə yönəlmiş tərbiyəçi və tərbiyə alanların birgə fəaliyyəti prosesidir. Əqli tərbiyə - intellektual mədəniyyətin, idrakı səbəblərin, əqli gücünün, düşüncəsinin, dünyagörüşünün və şəxsiyyətin intellektual azadlığının formalaşdırılması. Fiziki tərbiyə- insanın fiziki inkişafına, sağlamlığının möhkəmlənəsinə, yüksək əmək qabiliyyətinin və daimi fiziki inkişafına tələbat yaranmasına yönəlmiş təkmilləşmə sistemidir. Bədii tərbiyə - şagirdlərdə hiss etmək, anlamaq, dəyərləndirmək, incəsənəti sevmək, ondan həzz almaq, bədii-yaradıcılıq fəaliyyətinin inkişafına tələbat və estetik dəyərlərin yaranmasına yönəlmiş tərbiyə növü. Ekoloji tərbiyə - yeni yetişən nəsildə özündə təbiət haqda bilikləri və ona qarşı məsuliyyətli, humanist yanaşmanı ehtiva edən məqsədyönlü yüksək ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə qarşı ümummilli və ümumbəşəri dəyər kimi məsuliyyətli münasibətin yaranması. İqtisadi tərbiyə - tərbiyəçilər və tərbiyə alanlar arasında təbiət, təsərrüfat və istehsalın, maraqlarının və tələbatının təşkilinə yönəlmiş, bilik və bacarıqlarının, tələbatlarının yaranmasına yönəlmiş münasibətlər. Estetik tərbiyə - yetkinləşən insanda hissetmə, düzgün anlama, həyatda və incəsənətdə gözəlliklər yaratmağa və dəyərləndirməyə istiqamətlənmiş, yaradıcılıqda aktiv iştiraka, gözəllik qanunlarına əsasən yaratmağa istiqamətlənmiş müəllim və şagird arasında məqsədyönlü qarşılıqlı təsirdir. Etik tərbiyə - şagirdlərdə yaxşı davranış qaydalarını, davranış mədəniyyətinin və münasibətinin formalaşmasına istiqamətlənmiş müəllim və şagirdlər araında məqsədyönlü qarşılıqlı münasibət.
TƏRBİYƏLİLİK – insanın necə fikirləşib əslində necə davranması arasında olan konflikt, şəxsiyyətin böhranına gətirib çıxara bilər. T.- şəxsiyyətin bugünkü inkişaf səviyyəsi tərbiyə olunmaq - şəxsiyyətin potensial səviyyəsi, onun yaxın inkişaf zonası.

TƏRBİYƏ QAYDALARI – tərbiyənin bu və ya digər prinsipinin reallaşması üçün tətbiqi xarakterli tövsiyyələr.
TƏRBİYƏVİ İŞ – yaşlı və uşaqların həyat fəaliyyətinin təşkili üçün məqsədyönlü fəaliyyət. T. i. vasitəsilə tərbiyə prosesi reallaşır.
TƏRBİYƏ OLUNMAQ –insan üçün yeni olan idrakı, emosional və ya davranış qayda və bacarıqlarının nisbətən sürətli formalaşması.

TƏRBİYƏ METODLARI-uşaq həyatının, fəaliyyətinin, münasibətlərinin, ünsiyyətinin,davranış aktivliyinin təşkilinin, böyüklər və uşaqlar arasında ped.qarşılıqlı təsirin üsularının təşkil edilməsi. Tərbiyə metodlarının seçilməsi tərbiyə məqsədlərindən; fəaliyyətin aparıcı növündən; tərbiyə məzmunu və qanunauyğunluqlarından; konkret məqsədlərin və şərtlərin həlli; şagirdlərin yaş, fərdi, cinsi xüsusiyyətlərinin nəzərə alınması, davranış əsaslanmasından asılıdır.

TƏRBİYƏ MÜNASİBƏTLƏRİ – mənəvi, ruhi inkişafa və təkamülə istiqamətlənmiş tərbiyə prosesində insanlar arasında yaranan çoxnövlü münasibətlərdir.

TƏRBİYƏ MÜHİTİ – uşağın həyat fəaliyyəti və şəxsiyyət kimi formalaşmasa təsir edən təbii və məişət şərtlərinin cəmi. T.m. növləri: qanunauyğun olmayan, avtoritar və optimal.

TƏRBİYƏ PROSESİ – ped. qarşılıqlı təsir prosesi, şəxsiyyət və cəmiyyətin tələbi əsasında şəxsiyyətin formalaşması, tərbiyə edilənlərin sos. və mənəvi təcrübəsinin, dəyərlərinin və münasibətlərinin formalaşması.

TƏRBİYƏDƏ RƏDDETMƏ (terminoloji – ünsiyyətin perseptiv-refleksiv tərəfi) – müəllim tərəfindən şagirdin və özünün qarşılıqlı fəaliyyətinin qavranması, anlaması, dərki və s. T.r. əks informasiya, əks əlaqə mexanizmidir və tərbiyə proseslərinin şagirdə olan təsirini göstərir.

TƏRBİYƏ OLUNMAQ –insan üçün yeni olan idrakı, emosional və ya davranış qayda və bacarıqlarının nisbətən sürətli formalaşması.
TƏRBİYƏVİ TƏDRİS - şagirdin bilik, bacarıq, vərdişlərə yiyələnməsi ilə yanaşı onların dünyaya, bir-birinə, keçilən materiala olan baxışının formalaşması.

TƏRBİYƏVİ TƏSİRİN BÖHRANI – tərbiyə prosesi zamanı yaranan çətinliklər, problemlər: fəaliyyyət böhranı ( inkişaf prosesi dayanır, yəni hər şey artıq durğunlaşır), mühitin böhranı ( uşağı əhatə edən mühit ona müsbət emosiya vermir), əşyaların böhranı, sözlərin böhranı.

TƏRBİYƏDƏ YAŞ YANAŞMASI – şəxsiyyətin inkişaf qanunauyğunluqlarının (fiziki, psixi, sos. ) nəzərə alınması, həmçinin tərbiyə edilənlər qrupunun yaş tərkibinə əsasən sos-psixoloji xüsusiyyətlərinin nəzərə alınması .

TƏRBİYƏ FƏLSƏFƏSİ – tərbiyənin mahiyyətinin, prinsip və dəyərlərinin şərhi.

TƏRBİYƏNİN MƏQSƏDİ – cəmiyyətin müəyyən tip şəxsiyyətə olan tələbatının ifadəsi, onun varlığına, induviduallığına, xüsusiyyət və keyfiyyətlərinə, əqli, fiziki, mənəvi, estetik inkişafına və həyata baxışına dair ideal tələblərin nəzəri ümumiləşməsidir.

TƏRBİYƏ NƏZƏRİYYƏSİ- tərbiyənin məqsədi, qanunauyğunluqları, aparıcı qüvvələrinin, onun əsas struktur elementlərini və metodikasını açıqlayır.

TRAYNİNQ- məqsədi cəmiyyətdə şəxsiyyətlərarası və professional hazırlığı inkişaf etdirmək olan interaktiv təlim növü. Müəllimin professional hazırlığında ən mühüm metodlardan biri hesab olunur.

TYUTOR - ali təhsil müəssisəsində akademik məsləhətçi.
V
VALEOQOLİK TƏHSİL VƏ TƏRBİYƏ (lat. vale – sağlam ol) – təhsil alanlarda sağlamlığa olan tələbat, onlara sağlam həyat tərzinin elmi anlamını başa salmaq və onu həyata tətbiq etməyi öyrətmək. V.t və t-nin əsasında mənəvi, fiziki, cinsi tərbiyə vasitəsilə sağlam insanın formalaşması konsepsiyası, psixi özünüidarəetmə, gigiyenik, fizioloji, ekoloji, və tibbi biliklərin verilməsi durur.
VAHİD TƏHSİL MƏKANI- dövlət və ictimai təşkilatlar vasitəsilə vahid təhsil səviyyəsinin (standart) təmin olunduğu ərazi(region).
VUNDERKİND – qeyri-adi bacarıqları ilə fərqlənən uşaq.

Y
YAŞLILARIN TƏHSİL NÖVLƏRİ – həyata keçirilən funksiyaların oxşarlıq xüsusiyyətlərini nəzərə almaqla qruplaşdırılan proqramlar və onlara uyğun idarələr. Növlərin cəmi müxtəlif əsaslara əsasən bölünür, onlardan ən əsasları: a) təhsil fəaliyyətinin yaşlıların təhsilinin sosial funksiyalarından irəli gələn bu və ya digər məsələlərin həllinə yönəlməsi -əlavə, kompensator, uyğunlaşdırıcı, qabaqlayıcı; b) əvvəl alınmış təhsil növünün və keçdiyi təhsil pilləsinin xüsusiyyətləri – baza, modernləşdirən, “ təzələyici”, yenilənmiş. Qeyd olunan əlaqələrin formal, şərtidir. Birinci halda bilik və bacarıqların kəmiyyət artımına yönəlmiş müəssisələr qrupu nəzərdə tutulur; ikinci halda – artıq mövcud olan biliklərin artması; üçüncü halda şəxsiyyətin yaradıcı istiqamətdən bütün cəhətlərdən biliklənməsi.
YENİYETMƏLİK DÖVRÜ – insan həyatının uşaqlıqdan böyüklüyə keçid dövrünü 11- 17 yaşları əhatə edən çağı.

YOXLAMA İŞİ (yazılı) – şagirdlərin bilik və bacarıqlarının öyrənilməsi və dəyərləndirilməsi məqsədilə olan nəzarət növlərindən biri. Y.i. tədris prosesində vahid sistemin tərkib hissəsidir. Sinif, ev, məktəbdaxili, illik, imtahan yoxlamayazı işi növləri vardır.

YUXARI SİNİF ŞAGİRDLƏRİNİN ÖZÜNÜDƏRKETMƏYƏ HAZIRLIĞI- şagirdlərin öz peşəsini, profesional istiqamətini seçməyə, şəxsi maraqlarını, şəxsiyyətin fərdi xüsusiyyətlərini öyrənməyə istiqamətlənmiş hazırlıq.
U
UNİVERSİTET - ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssis hazırlığının, əlavə təhsil proqramlarının həyata keçirildiyi, fundamental və tətbiqi elmi-tədqiqatların aparıldığı çoxprofilli aparıcı ali təhsil müəssisəsi.
UŞAĞIN DAXİLİ MÜHİTİ – uşağın yüksək sinir fəaliyyətinin, xasiyyətinin xüsusiyyətləri, həyat təcrübəsi, əxlaqi şüurunun, psixi hallar, reaksiyalar və uşağın gerçəkliyə münasibəti zamanı komplekslərinin və s. toplusudur. U.d.m, uşağın fərdiliyini müəyyən edir, müəllim bütün tərbiyə addəmlarında ehtiyatlı davranmalıdır.

UŞAĞIN MƏDƏNİ MÜHİTİ- bütün tədris fənlərinin məzmunundakı mədəni komponentlərin formalaşdırdığı uşağın tədris və həyat fəaliyyəti mühiti: tədrisdə aktivliyi və özünütəhsil fəaliyyətindəki mədəniyyət; tədris müəssisəsinin mədəni səviyyəsi; uşaq və b-ci ildən nəzərdə tutulub.

UŞAĞIN MƏKTƏBƏ HAZIRLIĞI – tərkibinə şəxsi və intellektual hazırlıq və həmçinin görmə-duyma əlaqəsinin daxil olduğu kompleks anlayışdır. Şəxsi hazırlıq – tədris fəaliyyətinin motivlərinin olması ( sadəcə məktəbə getmək istəyinin olması deyil, həm də oxumaq istəyinin, təhsil vəzifəsinin irəli sürdüyü tapşırıqları yeriə yetirməkdən) xarici mühiti öyrənmək istəyi, kommunikativ vəsait və bacarıqların formalaşması, ünsiyyət istəyi, psixoloji- ruhi vəziyyətin uyğunluğu ilə göstərilir. İntellektual hazırlıq – sistemli tədris prosesinin yaranması üçün tədris prosesləri (hissetmə, yaddaş, düşüncə, təfəkkür və s.), standart uşaq bağçası bilik və bacarıqları səviyyəsində uşağın biliklərə yiyələnməsi. U.m.h. tədqiqi üçün müxtəlif metodikalar kompleksi, şəxsiyyətin dərketməsi və qavrama qabiliyyəti və s. Istifadə edilir.
UŞAQLIQ – insanın yaşlılıqdan əvvəlki inkişaf dövrü; orqanizmin sürətli inkişafı və ali psixoloji funksiyaların formalaşması dövrü xarakterizə olunur. U. BMT-nin uşaq hüquqları haqda konvensiyası, beynəlxalq normalarına əsasən insanın doğumdan yeniyetməlik dövrünə qədər inkişafı ilə xarakterizə olunur (18 yaşa qədər). Pedaqogikada təyin edilmiş yaş dövrünə uyğun olaraq uşaqlıq 11 yaşa qədər olan dövrü əhatə edir və tərkibinə daxildir: körpəlik-1 yaşa qədər; erkən uşaqlıq – 3 yaşa qədər; məktəbəqədərki dövr – 7 yaşa qədər, aşağı sinif yaşı -10-11 yaşa qədər.
Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin