Qaydalar və TƏLİmatlar I. Ümumi Qaydalar

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 50.36 Kb.
tarix25.05.2018
ölçüsü50.36 Kb.

descrizione: funded eu+coe - implemented coe

Avropa İnsan Hüquqları Konvensiyası və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması”



RƏMZİ MƏHKƏMƏ MÜSABİQƏSİ

QAYDALAR VƏ TƏLİMATLAR

I. Ümumi Qaydalar

  1. Müsabiqə Avropa Şurası və Avropa İttifaqının “Avropa İnsan Hüquqları Konvensiyası və yenidən baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” Birgə Layihəsi (Layihə) çərçivəsində Avropa Şurası tərəfindən təşkil edilir.

  2. Müsabiqənin təşkilinə görə Avropa Şurası layihə tərəfdaşları (Təşkilatçı) ilə əməkdaşlıq çərçivəsində məsuliyyət daşıyır.

  3. Müsabiqə Təşkilatçının dərc etdiyi uydurulmuş işə (“İş”) əsaslanan prosedurun Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında simulyasiyasından ibarətdir. Kazus Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və ya onun Protokollarının müddəalarında təsbit edilmiş hüquq və azadlıqların iddia edilən pozuntuları ilə bağlıdır.

  4. Müsabiqə Layihəyə daxil olan altı ölkənin iştirakçıları üçün açıqdır: Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Rusiya Federasiyası və Ukrayna.

  5. Müsabiqə iki mərhələdən ibarətdir: Yazılı Mərhələ (YM) və Şifahi Çıxışlar Mərhələsi (ŞM).

  6. Müsabiqənin Yazılı Mərhələsi İştirakçı Dövlətlərin dövlət dilində keçirilir. Şifahi Çıxışlar Mərhələsi ingilis və rus dillərində keçiriləcək. Bu fakta görə iştirakçılar müsabiqədə iştirak etmək üçün rus və ya ingilis dilində danışmağı bacarmalıdırlar.

  7. Təşkilatçı İşi Qaydalar və Təlimatlar ilə birgə dərc edir.

  8. Bu Qaydaların və Əlavələrdə nəzərdə tutulan məlumatların şərhi ilə bağlı istənilən qərar vermə hüququ Təşkilatçıya aiddir.

  9. Bu Qaydaların tələblərinin hər hansı birinin yerinə yetirilməməsi Müsabiqədən kənarlaşdırılmaya gətirib çıxara bilər. Bununla əlaqədar qərar Təşkilatçı tərəfindən qəbul edilir; bu qərar qətidir və ondan şikayət verilə bilməz.

II. İştirak

  1. Müsabiqə aşağıdakı ölkələrin birindən olan praktik hüquqşünaslar və insan hüquqları müdafiəçilərinə açıqdır: Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Rusiya Federasiyası və Ukrayna.

  2. Müsabiqədə iştirak etmək istəyən fərdi hüquqşünaslar/insan hüquqları müdafiəçiləri son müraciət tarixinə qədər və Əlavə I-də (Müsabiqənin Təqvimi) nəzərdə tutulan şərtlərə əsasən Qeydiyyat Formasını (Əlavə II-də olan link) təqdim etməlidirlər.

  3. Qeydiyyat Formasında onlar iştirak etmək istədikləri İştirakçı Ölkəni göstərməlidirlər. Bu, onların hüquq dərəcələrini aldıqları və ya təcrübə keçdikləri ölkə olmalıdır. Bu təqdimat qətidir və Qeydiyyat Formasının təsdiqindən sonra dəyişdirilə bilməz.

  4. Onlar həmçinin Yazılı Təqdimatlarını hazırlayacaqları dili də göstərməlidir.

  5. Natamam və ya səhv doldurulmuş Qeydiyyat Formaları nəzərdən keçirilməyəcək.

  6. Qeydiyyat tələblərinə əməl etməyənlər və ya iştirak üçün şərtlərə uyğun gəlməyənlər Təşkilatçı tərəfindən məlumatlandırılacaq.

  7. Qeydiyyatdan sonra hüquqşünaslardan/insan hüquqları müdafiəçilərindən son müraciət tarixinə qədər və Əlavə I-də (Müsabiqənin Təqvimi) göstərilən şərtlər çərçivəsində Yazılı Təqdimatlarını göndərmələri tələb olunur.

  8. Qeydiyyatdan keçmiş şəxslər yalnız Yazılı Tədqimatlarını Əlavə I-də (Müsabiqənin Təqvimi) nəzərdə tutulan son müraciət tarixinə qədər göndərdikdən sonra Müsabiqənin İştirakçısı hesab olunacaqlar.

  9. Əlavə I-də (Müsabiqənin Təqvimi) qeyd olunan son müraciət tarixindən sonra göndərilən yazılı təqdimatlar nəzərə alınmayacaq.

  10. Şifahi Çıxışlar Mərhələsinə seçildikləri halda, İştirakçılar Əlavə I-də (Müsabiqənin Təqvimi) nəzərdə tutulduğu kimi, Şifahi Çıxışlar Mərhələsinin keçirildiyi tarixlərdə Strasburqa səfər etmək imkanını və onların iştirakına hazırlıqla əlaqədar Təşkilatçının tələblərinə əməl etməyi öz öhdələrinə götürürlər. Şifahi Çıxışlar Mərhələsində iştirakla bağlı xərclər Təşkilatçı tərəfindən ödəniləcək.

III. Yazılı Mərhələ

  1. Yalnız ayrı-ayrı iştirakçılar Müsabiqənin Yazılı Mərhələsində iştirak edə bilərlər. Hüquqşünaslar/insan hüquqları müdafiəçiləri qrupları yazılı təqdimatları birgə təqdim edə bilməzlər.

  2. Hər bir İştirakçı İşin qəbuledilənliyini və mahiyyətini mübahisələndirərək, biri Ərizəçi, digəri isə cavabdeh Hökumətin adından olmaqla, iki Yazılı Təqdimat hazırlamalıdır.

  3. Hər bir İştirakçı Avropa İnsan Hüquqları Konvensiyasına əsasən şikayətlərin kvalifikasiyası və irəli sürülən arqumentlərlə əlaqədar strategiya üzrə qərar verməkdə sərbəstdir.

  4. Yazılı Təqdimatlar İştirakçının Qeydiyyat Formasında bununla əlaqədar göstərdiyinə uyğun olaraq, altı İştirakçı Ölkənin rəsmi dillərindən birində hazırlanmalıdır.

  5. Yazılı Təqdimatların hər biri 10 səhifəni keçməməli və aşağıdakı şərtlərə uyğun olmalıdır:

Sənəd: Word formatı

Kənarların ölçüləri: Hər tərəfdə 2 sm

Mətn: Şrift - Times New Roman 12, sətirlər arası məsafə bir olmalıdır

Qeydlər: Şrift - Times New Roman 10, sətirlər arası məsafə bir olmalıdır.



  1. Hər Yazılı Təqdimatın aşağıdakılardan ibarət üz səhifəsi olmalıdır:

  • İştirakçının adı

  • yazılı təqdimatın növü (Ərizəçi və ya Cavabdeh Hökumət)

  • mündəricat

Üz səhifəsi 10 səhifə limiti baxımından nəzərə alınmır.

  1. Tətbiq olunan formal şərtlərə əməl edilməmə İştirakçının qiymətləndirməsinə təsir edə bilər.

  2. Hər Yazılı Təqdimat ayrıca sənədə daxil olmalıdır. Sənədlər aşağıdakı qaydaya əsasən adlandırılmalıdır:

Ərizəçinin adından yazılı təqdimat: Ölkə kodu_Ad_Soyad_Ə (məsələn, AZE_Əli_Əliyev_Ə)

Cavabdeh Hökumətin adından yazılı təqdimat: Ölkə kodu_Ad_Soyad_H (məsələn, AZE_Əli_Əliyev_H)

Ölkə kodu = İştirakçının ölkəsinin kodu (Qeydiyyat Formasında göstərildiyi kimi): ARM – Ermənistan, AZE – Azərbaycan, GEO – Gürcüstan, MOL – Moldova, RUS – Rusiya Federasiyası, UKR – Ukrayna.

Ad = İştirakçının adı

Soyad = İştirakçının soyadı

Ə = Ərizəçi



H = Cavabdeh Hökumət

  1. Hər İştirakçı Yazılı Təqdimatlardan ibarət bu iki sənədi e-mail vasitəsilə (bir e-maildə iki qoşma olaraq) bu Qaydaların V Bölməsində qeyd olunan İştirakçı Ölkə üzrə Əlaqələndirici Şəxsə göndərməlidir.

  2. Yazılı Təqdimatlar Təşkilatçının təyin etdiyi ekspertlərdən ibarət Münsiflər tərəfindən Qiymətləndirmə Qaydalarına (Əlavə II) uyğun olaraq qiymətləndiriləcək.

  3. Hər İştirakçı (biri Ərizəçi üçün Yazılı Təqdimat, digəri isə Cavabdeh Hökumət üçün Yazılı Təqdimat olmaqla) iki ilkin bal alacaq.

  4. Yekun bal iki ilkin balın orta hesabı götürülür.

  5. Yekun ballar Əlavə I-də (Müsabiqənin Təqvimi) nəzərdə tutulan cədvələ əsasən açıqlanacaq. Yekun ballara yenidən baxıla bilməz və İştirakçılar tərəfindən mübahisələndirilə bilməz.

  6. Hər bir İştirakçı Ölkədən ən yüksək yekun bal əldə etmiş ilk üç İştirakçı Strasburqda keçirilən Şifahi Çıxışlar Mərhələsində iştirak etməyə dəvət ediləcək. Növbəti mərhələyə kvalifikasiya üçün uyğun olan eyni balları toplamış bir neçə İştirakçı olduğu halda, Təşkilatçı tərəfindən təyin olunmuş ekspert onların yazılı təqdimatlarını yenidən qiymətləndirməli və növbəti mərhələ üçün hansı İştirakçının seçilməsini müəyyən etməlidir.

IV. Şifahi Çıxışlar Mərhələsi

  1. 18 seçilmiş İştirakçı (hər İştirakçı Ölkədən üç nəfər olmaqla) təşkilatçının qərarı ilə 6 Komandada qruplaşdırılır. Komandaların tərkibi barədə qərar qətidir və etiraz edilə bilməz.

  2. Komanda üzvlərinin çıxışlara hazırlaşa bilmələri üçün Komandaların tərkibi Şifahi Çıxışlar Mərhələsindən əvvəl Təşkilatçı tərəfindən açıqlanacaq.

  3. 6 Komanda ilkin turlarda bir-birilə yarışaraq Şifahi Çıxışlarda iştirak edəcək.

  4. Hər Komanda bir dəfə Ərizəçi, bir dəfə isə Hökumət olaraq iki dəfə çıxış edir. Rəqib komandalar, eləcə də hər turda tərəflərin seçilməsi püşk atmaqla müəyyən edilir.

  5. Hər Komanda çıxışların strukturu ilə bağlı strategiyanı, eləcə də Çıxışlar zamanı məruzəçiləri müəyyənləşdirir.

  6. Şifahi çıxışlar Təşkilatçı tərəfindən təyin olunmuş və hər ilkin çıxış üçün 3 nəfərdən ibarət kollegiyalara bölünmüş Münsif üzvləri (Müsabiqənin məqsədləri baxımından Hakimlər adlanan) tərəfindən Qiymətləndirmə Qaydalarına əsasən qiymətləndirilir.

  7. Şifahi çıxışlar ərizəçinin çıxışı ilə başlayır və ardından cavabdehin çıxışı ilə davam edir.

  8. Kollegiyalar çıxışlar zamanı irəli sürülən faktlar, şikayətlər, o cümlədən arqumentlərlə əlaqədar məruzəçilərə sual vermək hüququna malikdir.

  9. Şifahi çıxışlar aşağıdakı kimi hazırlanmalıdır: Hər Komandanın əsas çıxışı üçün 20 dəqiqənin ardından hər biri 5 dəqiqə olmaqla (Ərizəçinin) təkzibi və (Cavabdehin) əks-təkzibi. Əsas çıxış zamanı istifadə edilməyən vaxt təkzib/əks-təkzib zamanı istifadə edilə bilər. Əsas çıxış zamanı əlavə vaxt istəyinə kollegiyalar icazə verə bilər və bu, təkzib/əks-təkzibin vaxtından çıxılacaq. Təkzib/əks-təkzib zamanı əlavə vaxta icazə verilmir.

  10. Kollegiyalara vaxt nəzarətçiləri kömək edir.

  11. Komandalara çıxışları zamanı kompüterlərindən/kağız materiallarından istifadə etməyə icazə verilir.

  12. Ən yaxşı nəticələri əldə etmiş ilk iki Komanda Finalda mübarizə aparacaq.

  13. Tərəflərin seçilməsi püşk atılmasına əsasən müəyyən edilir.

  14. İlkin turlar üçün kollegiyaların hər biri 3 hakimdən ibarət olacaq. Final üçün kollegiyalar 5 hakimdən ibarət olacaq.

  15. Final mərhələsinin kollegiyası iki yarışan Komandadan qalibi seçir.

V. Əlaqələndirici şəxslər və məlumat

Yazılı təqdimatlar, eləcə də Qaydalara aid istənilən suallar İştirakçı Ölkənin rəsmi dilində aşağıdakı e-poçt ünvanına göndərilməlidir:

Azərbaycan: DGI.DH-mootcourt-azerbaijan@coe.int

ƏLAVƏ I

Müsabiqənin Təqvimi

Tarix

Fəaliyyət

Əlavə məlumat

18 mart 2015-ci il

Müsabiqənin Başlanması

www.azerweb.com

05 aprel 2015-ci il

Qeydiyyat üçün Son Müraciət Tarixi

Qeydiyyat Forması (bax Əlavə II)

20 aprel 2015-ci il

Yazılı Təqdimatların göndərilməsi üçün son tarix

Əlaqələndirici Şəxslərə e-poçt vasitəsilə (Qaydaların V Bölməsi)

12 may 2015-ci il

Yazılı Mərhələnin Nəticələrinin Elan olunması

E-poçt vasitəsilə

15-19 iyun 2015-ci il

Şifahi Çıxışlar Mərhələsi (Strasburq)




ƏLAVƏ II

QEYDİYYAT FORMASI

Qeydiyyat Forması aşağıdakı linkdədir:


https://docs.google.com/forms/d/1NiKU8f62ksvWPQYuivdC2QfC45Kmdkt2CfGIfmwkHBk/viewform

Qeydiyyat Forması altı İştirakçı Ölkədən istənilən birinin dilində doldurula bilər.


Nəzərə alın ki, təqdim edildikdən sonra Qeydiyyat Formasında verilən məlumat artıq dəyişdirilə bilməz.
Qeydiyyat prosesi zamanı problemlərlə qarşılaşsanız, Qaydalarda qeyd edilən müvafiq Əlaqələndirici Şəxsə müraciət etməyinizi xahiş edirik.
Qeydiyyat Formasını tamamlamaq üçün təfərrüatlar:

1. Ad


2. Soyad (familiya)

3. Ölkə


4. Yazılı təqdimatlar üçün dil

5. Təhsil (universitet dərəcəsi - əldə etmə ili və Universitetin adı)

6. Cari işəgötürən/Üzvlük

7. Ümumi iş təcrübəsi

8. Ünvan

9. Telefon nömrəsi

10. E-poçt ünvanı
ƏLAVƏ III

QİYMƏTLƏNDİRMƏ QAYDALARI

Ümumi qaydalar


  1. Yazılı Təqdimatların (YT) və Şifahi Çıxışların (ŞÇ) məzmunu Hakimlər tərəfindən Məhkəmə Memorandumun əsasən qiymətləndirilir. Bu Memorandumdan həm yazılı, həm də şifahi mərhələdə istinad kimi istifadə ediləcək. O, Hakimlər üçün qəti və yeganə mənbə olmamaq şərtilə, onlar üçün Təlimat qismində çıxış edir. Sənədə daxil edilməyən əlavə arqumentlər nəzərə alına bilər. Memorandum yalnız Hakimlərin istifadəsi üçün mövcuddur və Müsabiqənin heç bir mərhələsində dərc olunmayacaq.

Yazılı Təqdimatlar

  1. Hər Hakimə bir neçə İştirakçıdan Ərizəçinin adından və Cavabdehin adından bir neçə Yazılı Təqdimatlar (YT) təqdim ediləcək.

  1. İştirakçılar verilən müraciət tarixi çərçivəsində iki Yazılı Təqdimat göndərməlidir: biri ərizəçi üçün və digəri isə cavabdeh üçün. Hər təqdimatın həcmi 10 səhifəni keçməməli, işin qəbuledilənliyi və mahiyyəti üzrə müvafiq məsələlərin təhlilini daxil edən formada hazırlanmalıdır. İştirakçılar irəli sürülən şikayətlərin və arqumentlərin kvalifikasiyası ilə əlaqədar strategiya üzrə qərar verməkdə sərbəstdirlər.

  1. Ballar üç kateqoriyanın (Hüquqi bacarıqlar, Dəlillərin Gətirilməsi, Üslub) hər biri üzrə veriləcək. Hər kateqoriya üzrə bal 1 (zəif) və 20 (əla) arasındadır. Ümumi bal (maksimum 60 xal dəyərində) müvafiq Yazılı Təqdimat üçün İştirakçının ilkin balını əks etdirir.

  1. Hər İştirakçının yekun balı (maksimum 120 xal dəyərində) aşağıdakı düstura əsasən iki təqdimata görə alınmış ilkin balların cəmi olacaq.

YTA + YTH = YYT

YTA - İştirakçının Ərizəçi üçün Yazılı Təqdimatı üzrə balı

YTH - İştirakçının Cavabdeh Hökumət üçün Yazılı Təqdimatı üzrə balı

YYT - İştirakçının Yazılı Təqdimatları üzrə yekun balı



  1. Qiymətləndirmə Təşkilatçı tərəfindən Hakimlərə verilən bal vərəqinin hər təqdimat üzrə ayrılıqda doldurulması ilə aparılacaq.

Şifahi Çıxışlar

  1. İlkin turlar Müsabiqə Qaydalarına əsasən təşkil olunacaq.

  2. İdentifikasiya məqsədləri üçün hər Komandaya komanda nömrəsi veriləcək.

  3. Hər Komanda (bir dəfə Ərizəçi, bir dəfə isə cavabdeh Hökumət olaraq) iki dəfə çıxış etməlidir.

  1. İlkin Turlara üç hakimdən ibarət kollegiyalar hakimlik edəcək. Sədrlik edən hakim çıxışlardan əvvəl kollegiya üzvləri tərəfindən təyin ediləcək.

  1. Şifahi çıxışların qiymətləndirilməsi üç kateqoriyanın (Hüquqi bacarıqlar, Dəlillərin Gətirilməsi, Üslub) hər biri üzrə aparılacaq. Hər kateqoriya üzrə bal 1 (zəif) və 10 (əla) arasındadır. Ümumi bal (maksimum 30 xal dəyərində) müvafiq Şifahi Çıxış üçün komandanın balını əks etdirir.

  1. Qiymətləndirmə təşkilatçılar tərəfindən təqdim olunan bal vərəqində panel üzvlərinin fikir birliyinə əsasən həyata keçirilir. Fikir birliyi olmadığı təqdirdə, hər bir panel üzvü öz balını təklif edir və yekun bal üç ayrı balın orta hesabı kimi hesablanır.

  2. Komandanın Ümumi balı iki çıxış üçün hər Komandanın aldığı xalların (maksimum 60 xal dəyərində) cəmindən ibarət olmalıdır. Komandalara Finala keçmək imkanı verən Ümumi Bal (ÜB) aşağıdakı düstura əsasən hesablanacaq:

BŞƏ + BŞH = ÜB

BŞƏ - Şifahi çıxış üzrə bal (Ərizəçi)



BŞH - Şifahi çıxış üzrə bal (Cavabdeh)

  1. Ən yüksək Ümumi Balı əldə etmiş iki Komanda Finalda çıxış edəcək. Bir neçə Komandanın Finala təsnifat üçün eyni lazımi balı topladığı təqdirdə, Hüquqi Bacarıqlar kateqoriyasına əsasən hər Komandanın əldə etdiyi iki balın orta hesabı fərqləndirmə üçün nəzərə alınır.

  1. Finala qalan komandaların hər biri püşk atmaya əsasən düşən tərəf üzrə çıxış edəcək.

  1. Final üçün kollegiya 5 hakimdən ibarətdir.

  1. Hər bir Hakim iki komandadan hansının qalib olacağını (üç kateqoriya - hüquqi bacarıqlar, dəlillərin gətirilməsi, üslub üzrə müəyyən edilmiş meyarları nəzərə alaraq) müəyyən edir. Qalib gələn komanda Kollegiyanın əksəriyyəti tərəfindən seçilən komanda olacaq.


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə