Kommersiya bankları öz fəaliyyətlərində resurslar ilə kredit qoyuluşu arasında miqdar nisbətinə riayət etməklə yanaşı, bank aktivlərinin xarakteri ilə səfərbər edilmiş resursların xösusiyyətləri arasında uyğunluğa nail olmalıdır
Bank fəaliyyətinin iqtisadi normativləri müəyyənləşdirilərkən və onların əməliyyatları nizamlaşdırılarkən bank aktivlərinin onun passivlərinin xarakterindən ciddi asılılığı nəzərə alınmalıdır
Kommersiya banklarının fəaliyyətinin ikinci vacib prinsipi onların iqtisadi cəhətdən tam sərbəst olmasıdır. Bank öz fəaliyyətinin nəticələrinə görə iqtisadi məsuliyyət daşıyır.
Kommersiya banklarının fəaliyyətinin üçüncü prinsipi ondadır ki, kommersiya banklarının öz müştəriləri ilə iqtisadi münasibətləri adi bazar münasibətləri əsasında qurulur. Göstərdiyi xidmətə görə müştərilərdən haqq alır, ona göstərilən xidmətlərə görə isə haqq ödəyir.
Kommersiya banklarının dördüncü fəaliyyət prinsipi ondadır ki, banklarının fəaliyyətinin nizamlaşdırılması dolayı iqtisadi üsullarla aparılır.
Kommersiya banklarının əsas funksiyaları
Kredit üzrə vasitəçilik etməkdir. Bu o deməkdir ki, banklar müəssisə fondlarının və fərdi şəxslərin pul gəlirlərinin dövriyyəsi prosesində müvəqqəti sərbəstləşən pul vəsaitlərini səfərbər edərək onları ehtiyacı olanlar arasında yenidən bölüşdürür
Ikinci vacib funksiyası təsərrüfatları yığıma həvəsləndirməkdir
Üçüncü funksiyası sərbəst subyektlər arasındakı hesablaşmalarda vasitəçilik etməkdir
Bankların fəaliyyət istiqamətləri
Tələbli və müddətli depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
Kreditlərin verilməsi
Reqses hüquqi ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq,lizinq xidmətləri
Fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesabların açılması və aparılması
Klirnq, hesablaşma-kassa xidmətləri; pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi
Ödəniş vasitələrinin (kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması
Bankların fəaliyyət istiqamətləri
Öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikatlarının) xarici valyutanın, qiymətli metalların və daş qaşların, valyuta və faiz vəsaitlərinin, səhmlərin və digər qiymətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrini satın alınması və satılması
qiymətli metalların əmanətə cəlb edilməsi və ya yerləşdirilməsi
Öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması
Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
Maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi
Qiymətlərin, o cümlədən banknotların və sikkələrin inkassasiya edilməsi və göstərilməsi
Kommersiya banklarının maliyyə sabitliyini təmin edən Milli Bankın onlar üçün müəyyən etdiyi normativləri
Yeni bank yaratmaq məqsədi ilə iki və ya bir neçə bankın əmlakının və fəaliyyətinin birləşdirilməsidir. (könüllü) Yeni bank yaranan anda digərləri fəaliyyətini dayandırır. Yeni bankın səhmləri həmən bankların qoyuluşları və əmlaklarına müvafiq olaraq paylanır. Yeni rəhbərlik birləşən bankların rəhbərlərindən ibarət olur.
Birləşdirilən
Qovuşmanın bir forması olmaqla bir bankın digərini satın alması deməkdir. Bu zaman satın alanmış bankın bütın hüquq və vəzifələri satın alan banka keçir. Birləşdirilmə xoldinq kompaniyalarının inkişafı zamanı baş verir. Bu zaman bank müəyyən səhm paketlərini almaqla bankı, sıgorta, investisiya kompaniyalarını, pensiya fondunu və s. özünə birləşdirir.
Yenidən təşkil olunma
Bankın təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar prosesdir. Bu prosesdə banklar yeni əməliyyatların aparılmasına lisenziya alır və universallaşmağa irəliləyir.