Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Yusifli Zaur Əli oğlu



Yüklə 0,56 Mb.
səhifə3/5
tarix07.06.2018
ölçüsü0,56 Mb.
#52948
1   2   3   4   5

cədvəl 2.1




2015_ci il yanvar-dekabr ayları üzrə hesablanan sığorta haqları və sığorta ödənişləri (təcili məlumatlar əsasında)










(manatla)



Sığortaçının adı

Sığorta Haqları

Sığorta Ödənişləri

1

“A-Qrup Sığorta Şirkətı” A.S.C.

12 603 446

7 244 580

2

“AXA MBASK” Sığorta Şirkəti A.S.C.

18 316 136

10 689 919

3

“Alfa Sığorta” A.S.C.

2 422 064

1 548 990

4

“AtaSığorta” A.S.C.

10 466 922

4 231 706

5

“Atəşgah Həyat” Siğorta Şirkəti A.S.C.

39 124 190

18 234 700

6

“Atəşgah” Sığorta Şirkəti A.S.C.

43 544 036

15 918 350

7

“AzSığorta” A.S.C.

32 763 867

7 915 568

8

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersıya Şirkəti

41 384 364

13 164 800

9

“Azərbaycan Sənaye Sığorta” A.S.C.

10 073 570

4 351 958

10

“Azərqarant Sığorta” A.S.C.

299 949

3 367

11

“Bakı Sığorta” A.S.C.

2 422 090

1 729 441

12

“Başak İnam Sığorta Şirkəti” A.S.C.

1 006 736

831 661

13

“Beynəlxalq Sığorta Şirkəti” A.S.C.

11 240 596

3 931 668

14

“Buta Sığorta” A.S.C.

2 295 019

4 788 069

15

“Era Trans Sığorta” Sığorta Şirkəti A.S.C.

0,00

183 500

16

“Günay Sığorta” A.S.C.

80 339

97 159

17

“Mega Sığorta” A.S.C.

17 623 968

2 307 119

18

“Paşa Həyat Sığorta” A.S.C.

54 526 447

16 349 700

19

“Paşa Sığorta” Şirkəti A.S.C.

64 780 267

29 885 876

20

“Qala Həyat” Sığorta Şirkəti A.S.C.

22 827 376

17 649 085

21

“Qarant Sığorta” A.S.C.

4 511 195

3 594 936

22

“Rəvan Sığorta” A.S.C.

2 141 654

1 243 081

23

“Standard Insurance” Sığorta Şirkəti A.S.C.

19 728 971

7 826 775

24

“Xalq Sığorta” A.S.C.

10 219 189

5 257 900

25

"Qala Sığorta" A.S.C.

62 135

53 342

26

“İPƏK YOLU SIĞORTA” A.S.C.

17 554 684

635 313

27

“Əmrah Sığorta” A.S.C.

886 206

572 742

 

YEKUN

442 905 431

180 241 316

Mənbə: http:\\www.sigorta.maliyye.gov.az

2015-cü il ərzində Azərbaycanın 27 sığorta şirkəti tərəfindən 442 905 431,39manat sığorta haqları hesablanmısdır. Dövlət Sığorta Nəzarəti Xidmətinin hesabatlarına görə, hesablanmış sığorta haqları ötən il (2014-cu ildə 428 191 197,52manat) ilə müqayisədə 13,72 milyon manat və ya 3,3% çoxdur. 2015-cü ildə sığorta şirkətlərinin ödənişləri 180 241 316,50 manat təşkil edib ki, bu da 2014-cü illə ödənişlərilə müqayisədə 23,12 milyon manat və ya 14,8% çoxdur.

Sığorta haqları və sığorta ödənişlərində secilən şirkətlərə nəzər yetirsək görərik ki, ən çox sığorta ödənişi edən şirkət “Paşa Sığorta” şirkətı A.S.C. 29 885 878,17manat olmuşdur.. İkinci yerdə isə “Atəşgah Həyat” Sığorta Şirkətı Açıq Səhmdar Cəmiyyəti 18 234 691,36manat ödənişlə olmuşdur. “Paşa Sığorta” Şirkəti A.S.C., “Paşa Həyat Sığorta” A.S.C., Azərbaycan Respublikası Dövlət Sığorta Kommersıya Şirkəti, “Atəşgah” Sığorta Şirkəti A.S.C ölkəmizin sığorta bazarında sığorta haqları yığımında böyük pay sahibidirlər və sığorta xidmətləri növlərinin artırılmasında, sığorta sahəsində yeniliklər edilməsi istiqamətində aparıcı sığorta təşkilatlarıdır.

Azərbaycanın sığorta bazarının beynəlxalq sığorta bazarına inteqrasiyanın təmin edilməsinin ilkin şərti olaraq ölkəmizdə daxili bazarın inkişaf səviyyəsinin beynəlxalq bazarın inkişaf səviyyəsinə çatdırılması əsas istiqamət hesab edilir. Bu məqsədlə birinci addım xarici firmalarla iş munasibətlərinin genişləndirilməsi, onlarının təcrübələrinin mənilsənilməsi , xarici investorlarin ölkəmizin sığorta bazarına investitsiya qoyuluşlarını stimullaşdırılması və bu yolla yerli sığorta şirkətlərində maliyyə imkanlarının genişləndirilməsi və əlavə olaraq daxili bazarın alıcılıq qabiliyyətində yüksəlişin olmasi vacib amildir. Qeyd etməliyik ki, ölkəmizdə sığorta münasibətləri təşəkkül tapmağa başladığı ilk öncəki dövrlərdə yerli şirkətlərlə yanaşı xarici investisiyalı şikətlərin də sığorta bazarında fəal iştirakı müşahidə edilirdi. Inteqrasiya yolunda qarşıya qoyulan əsas hədəf daxili bazarın inkişaf səviyyəsinin və sığortaçıların maliyyə sabitliyinin yüksək həddə çatdırılmasıdır. Daxili bazarın maliyyə davamlılığının əsasını, bazarda fəaliyyətdə olan şirkətlərin bazar kapitalının və likvidli olan sığorta ehtiyyatlarının həcmi müəyyən edir. Hal-hazırda ölkəmizin sığorta bazarının beynəlxalq sığorta bazarı ilə əlaqələri genişlənməkdə və inkişaf etməkdədir. Bu istiqamətdə ölkə bazarının xarici bazara inteqrasiyası prosesi təkcə firmalar arası münasibətlərlə, ayrı-ayrı müqavilələrlə və ya müxtəlif kortəbii yollar ilə deyil, həm də dövlət səviyyəsində mühüm tədbirlərin görülməsi təmin edilir. Sığorta bazarında münasibətlərin xalis bazar prinsiplərinə uyğun formada, xarici şirkətlərlə tam açıqlıq şəraitində hərtərəfli formalaşa bilməz. Bu hal inkişaf etməkdə olan sığorta bazarları üçün təhlükə yarada bilir. Bu səbəblə əlaqəli olaraq sığorta bazarında dövlət nəzarətinin sərtləşdirilməsi proseslərinə üstünlük verilməlidir. Ölkənin sığorta bazarının dünya sığorta bazarlarına inteqrasiya prosesi istiqamətində dövlətin yurütdüyü siyasət ilk olaraq daxili bazarın inkişaf etdirilməsinə və onun xarici şirkətlərlə rəqabətdən qorumağa əsaslanır. Bu siyasətin reallaşması istiqamətində dövlətin gördüyü tədbirlər daxili bazarda fəaliyyətdə olan bir sıra şirktlər üçün icbarilik xarakteri daşıyır.

Azərbaycan Respublikası ərazisində xarici sığortaçılara bliavasitə sığortaçı mövqeyində fəaliyyət göstərmək “Sığorta fəaliyyəti haqqında” (Azərbaycan Respublikasının Qanunu Bakı şəhəri, 25 dekabr 2007-ci il) qanunla qadağan edilmişdir. Xarici hüquq və fiziki şəxslərin Azərbaycan Respublıkasının hüuqi və fiziki şəxslərilə qanunvericiliyə uyğun olaraq yalnız birlikdə sığorta təşkilatı yaratmaq hüquqları vardır. Bu təşkilatlarda nizamnamə kapitalında xarici hüquqi şəxslər üçün məcmu iştirakın payı 49%-dən yüksək ola bilməz. Xarici kapitalın da iştirakı ilə yaradılmış birgə sığortaçıda və sığorta brokeri təşkilatlarında müdür və ya müavinlərdən biri hökmən Azərbaycan Respublikası vətəndaşı olmalıdır. Bu qanunlar məqsəd etibarilə ölkənin daxili bazarında yerlı sığorta şirkətlərinin mövqelərinin möhkəmlənməsinə imkan verir. Daxili bazarda dinamik inkişaf səviyyəsi əldə olunduqdan sonrakı mərhələdə xarici bazarla intensiv əlaqələrin artırılması istiqamətində fəaliyyətlərə başlanılmalıdır. Birinci addim olaraq respublikamizin üzvlüyündə iştirak etdiyi inteqrasiya təşkilatları əhatəsində əlaqələrin genişləndirilməsini diqqət mərkəzində saxlamaq vacibdir. Inteqrasiya təşkilatları vasitəsilə ölkələr arası iqtisadi münasibətlərdə irəliləyiş əldə etmənin bir sıra istiqamətlərdə həyata kecirilməsi mümkündür 1. təşkilat daxilində mübadilə proseslərinin, qabaqcıl təcrübənin inkişaf etməsinə imkan verən transmılli korporasiyalar yaradılması və inkişaf etdirilməsi 2. dövlətlər arası beynəlxalq- hüquqi normalara uygun olaraq rəsmiləşdirlən beyməlxalq birlik yaradılması istiqamətində millətlərarası razılaşdırılan tədbirləri həyata kecirmək. Beynəlxalq sığorta bazarında inteqrasıya prosesləri yuxarıda sadalanan vəzifələrin və məqsədlərin həyata keçirilməsi istiqamətində ölkənin sığorta sistemınin dünya standartlarına uyğunlaşdırıla bilinməsi, sığorta sisteminin ölkə iqtisadiyyatında aparıcı sferalardan birinə çevrilməsi,ölkənin vətəndaşlarına, sahibkarlara ,milli biznesə eləcə də sığortya ehtiyacı duyulan bütün sahələrə sığorta təminatının verilməsini zəruri edir. Bu istiqamətdə aparılan siyasət hazırda öz bəhrəsini verməkdədir. Milli sığorta bazarı beynəlxalq sığorta bazarının tərkib hissəsi olmaqla onun aktiv iştırakçısı kimi beynəlxalq münasibətlərdə maksimal fayda əldə etməyə imkanlar axtarır. Buna baxmayaraq bu cür potensialin cəlbediciliyi olsa da, bir sıra problemlər ardıcıllığının çıxma ehtimalının proqnozlaşdırılması mümkündür.

Azərbaycanda sığorta bazarının inkişaf etdirilməsinin yollarından bəhs edərkən onu qeyd etməliyik ki, ölkəmizdə sığorta münasibətlərində inkişaf beynəlxalq aləmdən təcrid olunmuş formada mövcud ola bilməz. Müasir zamanda ölkə iqtisadiyyatı bazar münasibətlərinə uyğun formada fəaliyyət göstərən bir çox sahələr kimi sığorta biznesi son illərdə xeyli inkişaf mərhələsi keçmişdir. Bu hala nümunə olaraq sağlam sığorta təşkilatlarının yaranması, sığorta fəaliyyətinin yeni növlərinin tətbiq edilməsini qeyd etmək olar. Hal-hazırda əhalinin, müəssisələrin və dövlətin əmlak marqalarına sığorta müdafiəsi tətbiqi ilə bağlı geniş şərait mövcuddur. Azərbaycanda sığorta bazarları potensial imkanlara baxıldıqda gələcək vəd dən bazarlar arasındadır. Ölkəmizin sığorta xidmətlərinin bazar iqtisadiyyatı tələblərinə uyğun formada və sığorta etdirən şəxslərin tələb və təkliflərini nəzərdə saxlmaqla həyata kecirilməsi, sığorta məbləğlərinə tətbiq edilən tarif dərəcəsinin dəqiq müəyyənləşdirilməsi, hesablanan sığorta haqlarına güzəşt faizlərinin tətbiq edilməsi və sığorta bazarının dövlət tənzimlənməsi bugünün tələblərinə uyğunlaşdırılmaqla genişləndirilməsi sığorta xidmətlərinin inkişafına imkanlar yaradır. Mövcud dövrdə sığortanın inkişaf etdirilməsi istiqmətində əhalinin sosial durumunun yüksəlməsi, fəaliyyət göstərən böyük müəsisə və təşkilatların sayında müşahidə edilən artım, sığorta işində təcrübəli kadrların hazırlanması, sığorta qanunvericiliyinin təkminləşdirilməsi əsas amillər kimi qeyd edilməlidir. Bazar iqtisqadiyyatı şəraıtində ölkə iqtisadiyyatına cəlb edilən xarici investitsiyaların ölkə daxilində fəaliyyətdə olan sığorta təşkilatları tərəfindən sığortalanması ilə onların maliyyə imkanlarının artması, dünya sığorta bazarında ödəmə qabilyyətinin, etibarlıq reytinqlərinin artması və xarici dövlətlərin təkrarsığortaçıları ilə mükəmməl əməkdaşlıqların qurulması istiqamətində atılan addımlar tezliklə sığorta bazarında sürətli inkişaf proseslərinin yaşanacağını söyləməyə əsas verir.



Fəsil III. ŞƏXSİ SIĞORTA FƏALİYYƏTİNİN TƏŞKİLİ ƏSASLARI

3.1 ŞƏXSİ SIĞORTANIN MAHİYYƏTİ VƏ NÖVLƏRİ

Şəxsi sığorta iştirakçılarının razılığı ilə müqavilələr ixtiyari sığorta məbləği üzrə imzalana bilər. Bu halda sığorta müqaviləsində məbləğ çox olarsa sığorta ayırmaları da buna muvafiq olaraq artırılır və bunun nəticəsində sıgortalanan şəxslərin imkanlari sığorta müqaviləsində göstərilən məbləğdən çox olmalıdır. Sığorta müddətinin bitməsinə yaxınlaşdıqda və bədbəxt hadisələr səbəbilə saglamlığın itirilməsi hadisəsi baş verdikdə ödəniş sığortalanmış şəxsə edilir və digər şəxslərin bu ödənişi yalnız o zaman almaq ehtimalı yaranır ki, bu şəxsin əlində sığortalanmış adamın etibarnamə sənədi mövcuddur. Etibarnamə sənədinin notarial qaydalara uyğun formada rəsmiləşdirilməsi tələb olunur.

Şəxsi sığorta şəxslərə əlverişli sığorta təminatları və investisiya xidmətləri təminati verir.Bu xidmətlər vasitəsilə sosial və iqtisadi problemlər kompleks formada öz həllini tapir. Bu problemləri iki qrupda nəzərdən keçirilir:

1.Sosial

2.Maliyyə

Sosial problemlərin həll edilməsində əsas istiqamət dövlətin sosial müdafiə sistemində olan çatışmaz cəhətlərin aradan qaldırılması yolu ilə sığorta xidmətlərinin effektivliyinin artırılmasıdır. Səxsi sığortada sosial istiqamətdə məqsədlərə bunlar daxil edilir:

1.Ailə başçısı həyatını dəyişdikdə ailənin müdafiə edilməsi

2.Vətəndaş əmək qabiliyyətliliyini müvəqqəti müddətdə və yaxud həmişəlik olaraq itirdikdə təminatların olması

3.Qocaldıqda pensiya təminatı

4.Müxtəlif mərasim xidmətlərinin göstərilməsi.

Maliyyə xarakterli problemlərin həll edilməsində əsas məqsəd kimi vəzifələrin icrasi prosesində sığortalı şəxsin gəlirinin artması ilə bərabər fərqli maliyyə-kredit əməliyyatlari yerinə yetirilərkən müxtəlif təminatların mövcud olmasıdır.Bu məqsədlərə aşağıdakı təminat formaları daxildir:

1.Kapitalın yerləşdirilməsi yolu investisiya gəlirinin əldə olunması

2.Xüsusi və fərdi biznes formalarinin müdafiə olunması

3.Həyat sığortası sahəsində sığorta haqqının vergi ödənişlərindən azad olunmasi vasitəsilə şəxsi gəlirin artırılması

Səxsi sığortanın təşkil edilməsində sığorta qanunvericiliyinə müvafiq olaraq aşaığda qeyd olunan prinsiplər mövcuddur:

1)Sığorta marağı prinsipi – istənilən şəxsi sığora müqaviləsi bağlamağa, sığortalı konkret sığorta obyektində maraqlı olmalıdır. Sığortalanmış şəxsin həyatına və əmək qabiliyyətinə dəymiş bütün zərərlər sığortalı üçün kompensassiya təminatını verməlidir. Sığorta prosesində aşağıdakılar mütləq sığorta marağı prinsipinə daxildir;


  1. Sığortalı özunun şəxsi həyatında

  2. İşə götürən tabeciliyində fəaliyyət göstərən işçisinin həyatında

  3. Valideynlər uşaqlarının həyatında

  4. Biznes üzrə tərəfdaşlar bir-birilərinin qarşılıqlı formada həyatında

  5. Kreditor borclu tərəfin həyatında.

2)Sığora şirkətində mənfəətin yaranmasinda iştirak etmə prinsipi – sığorta şirkəti həyat sığortasının uzunmüddətli xarakteli olmasını hesaba alaraq sığortalı şəxsləri öz mənfəətində iştiraka cəlb edirlər.Sığorta şirkəti öz aktiv və passivlərinin müqayisəni aparir və yaranmis mənfəətin müəyyən bir məbləgini sığorta müqavilələrinə muvafiq olaraq oz mənfəətinin artırılmasına səfərbər edirlər. Burada qeyd edilən məbləğ bonus adlanir və yalniz sığorta müddəti bitdikdən sonra və sığorta hadisəsi yaranarsa sığortalı şəxsə verilir.

  • İllik bonus

  • Yekun bonus

İllik bonuslar – sığora məbləğində əvvəlcədən qeyd edilmiş müddət bitdikdən sonra və yaxud sığortalı ilə sığortaçı arasında ziddiyyət yaranan dovrdə müştərinin stimulaşdırılması üçün ödənilən məbləğlər hesab olunur. Şəxsi sığorta əməliyyatlarında sığorta şirkətləri böyük mənfəət əldə edirlər.

Maliyyə mənfəəti əsas etibari ilə iki element əsasinda formalaşır:



  1. Sığorta mülkiyyətinin və ya sığorta tədiyyələrinin hesablanması zamanı nəzərdə tutulan faizlə investisiyaya yönəldilən faiz arasında fərq şəklində;

  2. İnvestisiya qoyluşlarının məbləğinin artması nəticəsində əldə edilən mənfəət.

3)Alış məbləği prinsipi – sığortalı hər bir səbəbdən sığorta müqaviəsini dayandırmaq istərsə, onda o sığorta şirkətindən müəyyən məbləğ almaq hüququna malikdir. Bu məbləğ sığorta müqaviləsinin dayandırıldığı anadək sığortalı sığorta şirkətlərinə ödədiyi sığorta haqlarından zəruri çıxılmalar həyata keçirildikdən sonra hesablamır. Alış məbləği nütün hallarda sığorta məbləğindən az olur. Sığorta şirkəti hesablanmış sığorta haqları məcmusundan, əsasən, işin aparılmasına çəkilən xərcləri və sığortaagentinə verilən komisyon məbləği çıxmalıdır.

4)Şəffaflıq prinsipi – sığortalı sığorta müqaviləsi bağlanarkən sığorta şirkətindən onun fəaliyyətilə bağlı bugün informasiyanı qeyri-şərtsiz tələb etmək hüququna malikdir. Eyni informasiyanın tələbi ikinci tərəfin də hüququdur.

Həyat sığortasının formaları. Müasir dövrdə şəxsi sığorta müqavilələri aşağıdakılar üzrə fərqlənir:


  1. Sığorta obyekti;

  2. Sığorta predmeti;

  3. Sığorta müqavilələrinin bağlanması qaydaları üzrə.

  4. Sığorta tədiyələrinin ödənilməsi qaydası üzrə;

Predmeti üzrə həyat sığortası aşağıdakılardan ibarətdir.

  1. Ölüm hallarına qarşı;

  2. Müəyyən yaşadək;

  3. Həyatın qarışıq sığortası

Ölümə qarşı sığortada sığorta məbləği ancaq sığortalının ölümü nəticəsində həyata keçirilə bilər müəyyən yaşadək sığortada isə sığorta hadisəsi sığortalının müəyyən yaşadək sağ qalması hesab olunur. Üçüncü variantda isə sığorta ödənişləri sığortalının həm ölüm, həm də müəyyən yaşadək çatması zamanı ödənilir.

Obyektdən asılı olaraq aşağıdakılar fərqlənir:



  1. Öz şəxsi həyatına aid olan müqavilələr. Burada sığortalı və sığortalanmış eyni şəxs hesab edilir.

  2. Başqasının həyatı ilə bağlı müqavilələr. Burada sığortalı və sığortalanmış ayrı-ayrı şəxslərdir. (uşaqların sığortası)

Sığorta tədiyələrinin verilməsində aşağdakılar fərqləndirilir:

  1. Birdəfəlik sığorta tədiyələrinin verilməsi;

  2. Sığorta müqvilələri dövrü ərzində ödənilən müqavilələr;

  3. Bütün ömrü boyu ödənilən tədiyələr üzrə müqavilələr.

Şəxsi sığorta, başqa sözlə, insan həyatının sığortalanması deməkdir. Sığortanın bir neçə növünü özündə birləşdirdiyinə görə iqtisadiyyata dair ədəbiyyatda həyat sığortası çox zaman həyatın qarışıq sığortası adlandırılır. Bu variantda qarışıq sığorta məbləği o zaman ödənilir ki, müqavilə müddəti bitməmiş həyatın son dövrü sığortalanmış olsun, bədbəxt hadisə nəticəsində sağlamlıq itirilsin, sığortalanmış şəxs vəfat etmiş olsun.Bütövlükdə şəxsi sığorta həyatın, sərnişinlərin, turistlərin, pensiyaların sığortalanması, bədbəxt hadisələrdən sığortalanma, annuitetlər və s. aiddir. Həyat sığortası polisləri konkret şəxsin – sığortalananın həyatına əsaslanır və yalnız həmin şəxs öldükdə həyata keçirilir. Həyat sığortasına o növlər daxil edilir ki, orada sığorta obyekti kimi insanın həyatı çıxış edir. Həyat sığortası müqavilələri azı bir il müddətə bağlandığından burada əmanət və risk funksiyaları birləşə bilər. Məsələn, xarici ölkələrdə populyar olan belə sığorta növü ölüm halının və həyatın son çağının sığortalanmasıdır.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin