Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Yusifli Zaur Əli oğlu


Sığorta məbləğnin orta zərərliliyi



Yüklə 0,56 Mb.
səhifə5/5
tarix07.06.2018
ölçüsü0,56 Mb.
#52948
1   2   3   4   5

Sığorta məbləğnin orta zərərliliyi

cədvəl 3.1

Illər

Illər Sığorta məbləği mln. Manat

Sığorta ödənişləri məbləği mln.manat

Sığorta məbləğinin zərərliliyi %

Birinci

Ikinci


Üçüncü

Dördüncü

Bеşinci


2550

2670


3420

3760


4340

15,3

40

10,2



18,8

47,8


0,6

1,5


0,3

0,5


1,1

Orta 5 illik

16740

110,3

0,8

Mənbə: http:\\www.banker.az

Sığorta məbləğində orta zərərlilik orta hеsabı gostəricinin tapılması yolu ilə , muvafiq illik zərər göstəriciləri cəmini illərin sayına bölməklə taplılır. Bizim misalda bu göstərici 0,8 –ə bərabərdir, yəni (0,6+1,5+0,3+0,5+1,1) /5.

Həyat sığortası üzrə tarif dərəcəsinin hesablanması ölüm cədvəlindən və uzunmüddətli maliyyə hesabından istifadə edilməsinə əsaslanır.

Ölüm cədvəlinin göstəriciləri aşağıdakılardır:

1)Yaş göstəricisi x ilə işarə olunur.

2)x yaşında olan şəxslərin sayının göstəricisi lx ilə işarə olunur. 0 yaşında olanların yəni, yeni doğulmuşların sayı çox vaxt yüz min nəfər qəbul olunur.

3)x yaşından (x+1) yaşına keçdikdə ölən şəxslərin sayının göstəricisi dx ilə işarə edilməklə aşağıdakı düstur vasitəsilə tapılır:

Dx = lx - lx+l

4)x yaşlı şəxsin qarşıda olan il ərzində ölmək ehtimalının göstəricisi qx ilə ifadə edilir və aşağıda göstərilən düstur formasında olur:

qx = (lx - lx+1)/lx = dx/lx

5)x yaşlı şəxsin qarşıda olan həyatının orta davametmə

müddətinin göstəricisi ex ilə işarə edilməklə aşağıdakı düsturla

tapılır:

ex = 0,5 + (lx+1 + lx+2 +. . . + lw)/lx

Şəxsi sığortada tarif dərəcələri hesablanmasında istifadə olunan ölüm cədvəlinin strukturunu bu formadadır:

cədvəl 3.2


L

X

D

q

100 000

95 975


93 538

91 820


90 129

87 980


798790

898


0

1

20



30

40


45

50


100

4021

589


139

208


322

306


507

312


0, 03018

0, 00588


0, 0242

0, 00241

0, 01287

0, 00471

0, 00705

0, 19976


Mənbə: http:\\www.fins.az

Ölüm cədvəlində qeyd edilən rəqəmləri Dövlət Statistika Komitəsinin “Əhalinın orta ömür müddəti haqqında məlumatlar”ı əsasında və ümumrеspublika siyahıya alınmasının statistik gostiricilərinə əsasən müəyyən olunur. Cədvəldə qeyd edilən lх- hər 100 000 nəfər hеsabı ilə müəyyən yaş həddində yaşayanların say hesabıdır; dх- х yaşdan х+1 yaşa kеçən zaman ölənlərin sayı; qх- qarşıdakı il ərzində ölənlərin, növbəti х+1 yaş həddində yaşamayanların еhtimalıdır, yəni qх= dх / lх.. Burada sığorta təşkilatı ölüm cədvəlinə malik olmaqla müəyyən yaşlarda ölüm еhtimallarını bilməklə, bu hallarda nə qədər sığorta məbləği ödəmək lazım gəldiyini hеsablaya bilir. Bununla yanaşı sığorta fondunun yaradılmasından, sığorta haqlarının hеsablanmasından ötrü daha bir göstəriciyə- gəlirlilik normasına diqqət yеtirmək zəruridir.

Həyat sığortası müqavilələrinin uzunmüddətli olması səbəbilə yığılan sığorta haqqları sığortaçı tərəfindən investisiyaya yönəldilməklə müəyyən gəlir əldə edilə bilinir.Pul məbləği vahidinin illik investisiyasından əldə edilən gəlir norma faizi və yaxud illik gəlirlilik norması adlandırılır. Bu göstərici i ilə işarə olunmaqla faizlə ifadə edilir.

Əgər P məbləğinin illik gəlirlilik norması i olmaq sərtilə n il müddətində investisiyaya qoyulmuşdursa, onda bu müddətin sonunda S=P.(1+i)n həcmində məbləğ toplanacaqdır. Bu düstur forması mürəkkəb faizlər düsturu olaraq bilinir, P məbləği S məbləğinin müasir dəyəri, S məbləği də P məbləğinin gələcək dəyəri adlandırılır.

Pul vəsaitinin müasir dəyərınin müəyyən olunması prosesi diskontlaşdırma adlanır. Mürəkkəb faizlər düsturuna uyğun olaraq, pul vəsaitinin müasir dəyər göstəricisi P = S(1+i)-n düsturu vasitəsilə hesablanır.

(1+i)-1 düstur forması diskontlaşdırıcı vuruq ya diskont adlandırılmaqla v hərfi ilə işarə edilir.Bu işarələmə əsas götürülməklə, P = Svn olur.

Həyat siğortası novləri üzrə əməliyyatlar aparmaqla sığorta şirkətləri toplanan və istifadə olunan vəsaitlər hesabına sığortalananlara əlavə olaraq maddi, tibbi və basqa təminat növləri uzrə zəmanət verə bilirlər.Sığorta şirkətləri vətəndaşlara sığorta müqaviləsində razılaşdırılan müddət ərzində pul vəsaitləri toplanması, artırılması və səmərəli istifadəsi istiqamətində sığorta xidmətləri verirlər.

Hazırki dövrdə həyat və vətəndaşların sağlamlığı sığortası müqavilələri sığorta haqqında qanunvericiliklə ziddiyyət təşkil etməyən istənilən şərtlər daxilində qəbul oluna bilər.Müqavilənin şərtlərinə müvafiq olaraq sığorta məbləğinin dərhal və tam formada və ya hissə-hissə olmaqla müəyyən zaman fasilələrilə ödənilməsi mümkündür.

Həyatın yaşam sığortası birdəfəlik netto tarif dərəcəsini ölüm cədvəllərinə uyğun formada hesablamaq istiqamətində əhalinin müvafiq yaş qruplarına görə tərəddüdləri nəzərə alınmalıdır. Müəyyən şərtlər əsas götürülərək müvafiq əhali qruplarının birdəfəlik netto-tarif dərəcəsi aşağıda qeyd edilən qiymətləri ifadə edə bilər:

Sığorta müqaviləsi dövrü- 5 il

Gəlirlik norması - 5%;

Sığorta məbəğı 1000 man



cədvəl 3.3

Əhali qrupları

50 yaşında olan şəxslərin sayı l50

55 yaşına

qədər yaşayanlarn sayı l55



yaşam sığortasına birdəfəlik netto tarif dərəcəsı

5t50

1

2

3

4

Bütün əhali

87 074

82 831

745,401

Kişilər

81 545

75 511

725,4618

Qadınlar

92 837

90 395

762,9329

Şəhər əhalisi (bütün)

88 000

83 878

746,8351

Şəhər əhalisi (Kişilər)

82 825

76 896

727,4920

Şəhər əhalisi (Qadınlar)

93 261

90 889

763,4898

Kənd əhalisi (bütün)

84 092

79 594

741,6075

Kənd əhalisi (Kişilər)

77 693

71 425

720,2966

Kənd əhalisi (Qadınlar)

91 440

88 862

761,4268

Mənbə: http:\\www.fins.az

Cədvəl məlumatlarında qeyd etdyimiz formada sığortçılarin daxil edildiyi əhali qruplarına muvafiq olaraq – şəhər -kənd, kişi –qadın olmasına asılı əsaslarla netto-tarif dərəcələri fərqlənir. Şəxsi sığorta növündə netto-tarif dərəcəsi hesablanması standartlaşdırıla bilinməsi və əlverişli ola bilməsini təmin etmək üçün komutasıon ədədlər istifadə edilir: Dx , Nx , Cx, Mx , Rx .

Sığorta işinin gələcək inkişafı təmin olunması, sığorta əməliyyatlarında maliyyə davamlılığının artırılması, sığorta fəaliyyətinin iqtisadi və sosial səmərəliliyinin artırılması istiqamətində düzgün tarif dərəcələrinin işlənib hazırlanması böyük əhəmiyət kəsb edir. Qeyd edək ki, ölkəmizdə tarif siyasəti daim diqqət mərkəzində saxlanılmaqla, tariflərin dəqiqləşdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır. Tarif siyasətinin əsas məqsədi, sığorta fəaliyyətində müvəffəqiyyətli və qeyri zərərli inkişafı təmin edərək sığorta tariflərinin müəyyən edilmə və nizama salınma proseslərilə əlaqədar məqsədyönlü sığortaçı fəaliyyətini tənzimləməkdir.

Tarif siyasəti aşağıda qeyd edilən başlıca prinsiplərlə əlaqəlidir:

- tariflərdə sığorta münasibətləri ekvivalentliyinin olması;

-sığorta tariflərinin sığorta olunanların boyük hissəsi üçün imkanlar çərçivəsində olması;

- uzun müddət dovründə sığorta tarifləri həcminin dəyişilməz qalması;

-sığorta məsuliyyətinin həcminin genişləndirilə bilinməsi;

-sığorta əməliyyatları öz xərclərini ödəyə bilməli və rentabelli olmalıdır.

Birinci prınsipdə sığortanın qapalı bölgü xarakterli olmaqla yenidən bölgü mahiyyətilə tam uyğun olur. Sığorta tarifləri imkanlar daxilində olmaqla sığortanın iqtisadi səmərəliliyinində artıma şərait yaradır . Sığorta tarifləri yüksəldilməsi yalniz sığorta işinin qeyri – zərərli inkişaf tempini təmin etməklə sığorta məbləğinin zərərliliyi göstəricisinin yüksəlməsi sərtində baş verir. Sığorta məsuliyyətinin geniş olmasi, sığorta olunanın tələbatının ödənilməsilə düz mütənasiblik təşkil edir. Sığorta məsuliyyətinin genişlənməsi prosesi sığorta məbləğinin zərərlilik göstəricisinin azalması əsasında təmin edilir.

Tarif dərəcələrinin düzgün müəyyən edilməsi sığorta sistemi ilə hüquqi və fiziki şəxslər arasında ekvivalent maliyyə münasibətlərinin yaradılmasında, sığorta hadisələrindən dəyən zərərin vaxtında aradan qaldırılması kimi mühüm vəzifənin obyektiv icra edilməsində çox böyük əhəmiyyət kəsb edir. Sığorta ödənişlərinin verilməsinin gecikdirilməsi, süründürməçilik və s. kimi mənfi hallar aradan qaldırılmalıdır.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Sığorta tarifləri elə qurulmalıdır ki, o nəinki sığortaçının sığorta olunanlar qarşısında öhdəliyini yerinə yetirməyə və xərcləri ödəməyə, habelə tariflərin xərclərdən artıq olmasını, yəni mənfəət əldə edilməsini də təmin etməlidir. Şəxsi sığorta növündə netto tarif dərəcəsi üzrə müvafiq hesablamaların aparılması üçün sığorta müqaviləsi imzalayanların həyat və fəaliyyətlərinin bütün tərəflərilə bağlı ətraflı statistik informasiya formalarının olması vacibdir.Burada ilk öncə müvafiq sığortalanan kontingentlər üzrə ölüm cədvəlləri məlumatları tələb edilir. Sığorta şirkətləri müştərilər üçün həyat sığortası istiqamətində rəngarəng xidmət novləri təklif edir.Netto tarif dərəcələrinin hesablanması istiqamətində həyat sığortasının ən geniş yayılan növləri olan həyatın ölüm halından sığortası və həyatın yaşam sığorta növlərinə əsasən nəzərdən keçirilir.

Ölkə Prezidentinin müəyyən etdiyi yüksək templi dinamik inkişaf kursu nəticəsində Azərbaycanın uğurla davam edən iqtisadi yüksəlişi bütün sahələrdə olduğu kimi, sığorta sahəsinin də genişlənməsində aydın nəzərə çarpır. Yəni digər iqtisadi sahələrində olduğu kimi, sığorta sahəsi də inkişaf etməkdədir və bu sahədə təkmilləşdirilmə işləri müşahidə edilir. Azərbaycanda sığorta siyasətinin təkmilləşdirilməsində aparılan tədbirlər hər şeydən əvvəl milli sığorta bazarının möhkəmlənməsinə və onun qloballaşan dünya sığorta sistemində layiqli üzvə çevrilməsinə şərait yaradacaqdır.

Sığorta qiymətlərinin düzgün müəyyənləşdirilməsi, tariflərin hesablanması və əsaslandırılması zamanı mühüm əhəmiyyət kəsb etdiyi üçün onun təkmilləşdirilməsi də sığorta munasibətlərinin gələcək inkişafı istiqamətində vacib reallıqdır.



Respublikada tarif siyasəti aşağıda qeyd edilən istiqamətlər üzrə təkmilləşdirilməlidir:

  • sığorta tariflərinin qurulması metodikasını özündə əks etdirən normativ sənədlər qəbul edilməli, bütövlükdə isə sığorta qanunvericiliyindəki boşluqların doldurulması üçün hüquqi – normativ baza mökəmləndirilməlidir;

  • tarif siyasətində differensasiya prinsipləri daha geniş tətbiq olunmalı və onlar elmi cəhətdən əsaslandırlmalıdır;

  • sığorta orqanlarının təşkilati – kütləvi işi gücləndirilməli, əhalinin məlumatlandırılması sahəsində işlər görülməlidir;

  • təşkilati – kütləvi işin forma və metodları təkmilləşdirilməli, sığorta reklamı, o cümlədən dövlət sığortasının reklamı gücləndirilməlidir;

  • bütün növ sığorta təşkilatlarının inkişafına şərait yaradılmalı və onların investisiya təyinatlı fəaliyyətləri maraqlandırılmalıdır;

  • sığorta orqanlarının maddi – texniki bazası möhkəmləndirilməli, kadrların hazırlığının yüksəldilməsi, onların maddi maraqlandırılması daha da artırılmalıdır;

  • sığorta orqanlarında sığorta informasiyasının avtomatlaşdırılmış sistemlərindən istifadə edilməsi, avtomatlaşdırılmış iş yerlərinin yaradılması işi sürətləndirilməlidir;

  • tarif siyasəti sahəsində qabaqcıl ölkələrin böyük sığorta kompaniyalarının təcrübəsi öyrənilməli, təhlil edilməli və onlardan respublikamızın yerli şəraitinə uyğun olanları tətbiq edilməlidir.

  • sığorta tariflərinin hesablanması həyata keçirilən sığorta müqavilələrinin sayı proqnozlaşdırılsın. Belə ki, risklərin həcmi sığorta portfelinin həcminin dəyişməsindən asılı olaraq dəyişə bilər;

  • sığorta tarifinin hesablanması üçün əsas olaraq sığorta təşkilatının sığorta ödəmələrinin və səğorta haqlarının ekvivalenti bərabərləşdirilməlidir;

  • sığorta portfelinin həcmi sığorta tarifinin ölçülərini əhəmiyyətli dərəcədə dəyişə bildiyi üçün səğorta tariflərinin hesablanmasını dəyişkən sığorta portfeli üzrə intervalın sonunda da yenidən hesablamaq məqsədə müvafiqdir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SIYAHISI

  1. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu Bakı şəhəri, 25 dekabr 2007-ci il

  2. «Icbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu Bakı şəhəri, 24 iyun 2011-ci il

  3. “Sığorta” Azərbaycan Respublikasının sığorta sahəsini tənzimləyən normativ hüquqi aktları Toplusu, Bakı, 2012.

  4. Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Sığorta Bələdçisi”.Çaşığolu nəşriyyat Bakı:2008.

  5. B.A.Xankişiyev, P.N. Abdullayev, “Sığorta işi” Bakı, 2004.

  6. B.A.Xankişiyev. “Sığorta fəaliyyətinin əsasları.(dərs vəsaiti)”.Bakı:“İqtisad Universiteti” nəşriyyatı,2006.

  7. N.N.Xudiyev. “Sığorta”.Bakı: “Azərnəşr”,2003.

  8. N.N.Xudiyev.,“Sığorta işinin təşkili”,Bakı, 2013.

  9. N.N.Xudiyev,“Sığortanın əsasları”(dərs vəsaiti),Bakı, 2013.

  10. N.N.Xudiyev.“Sığorta işi:müasir kurs(dərslik)”.Bakı:“İqtisad Universiteti” nəşriyyatı,2015.

  11. İ.M.Abbasov “Sığorta işinin təşkili”, Bakı-2013

  12. D.A.Bağırov,M.X.Həsənli. “Maliyyə/Dərs vəsaiti (ikinci buraxılış)”.Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2011

  13. «Maliyyə və uçot» jurnalı, 2016

  14. Федорова Т.А. “Страхование”, 2004

  15. .David C.M.Dickson, Mary R.Hardy and Howard R .Waters “Actuarial Mathematics for life contingent risks”, 2009

  16. www.banker.az

  17. www.sigorta.maliyye.gov.az

  18. www.asa.az

  19. www.straxovikst.ru

  20. www.fins.az

674-cü qrup magistrantı Yusifli Zaur Əli oğlunun “Şəxsi sığorta fəaliyyətinin hesablanması alətlərinin səmərəliliyinin artirilması yolları”mövzusunda magistr dissertasiya işinin

REFERATI

Mövzunun aktuallığı. Sığorta - iqtisadi münasibətlərin xüsusi növüdür. Sığorta işinin səmərəli formada təşkilinin və beynəlxalq standartlar səviyyəsinə uyğun olaraq inkişaf etdirilməsinin ölkə iqtisаdiyyаtının bаzаr münаsibətləri şərаitində möhkəmlənməsində mühüm iqtisаdi əhəmiyyəti qeyd edilməlidir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrın sığorta bаzаrlаrının inkişafı tаriхi göstərir ki, о, ölkə iqtisаdiyyаtının аrtım tеmpinə güclü təsirlər göstərə bilir. Bu cəhətdən qеyd еtmək lazımdır ki, sığorta – iqtisadiyyatın vacib strateji sahəsidir.

Ümumiyyətlə tarif siyasəti müəyyən olunarkən aşağıda qeyd edilən məsələlərə diqqət yetirilməlidir:

- sığorta tariflərindən məharətlə istifadə olunması sığorta işinin gələcək inkişafı istiqamətində möhkəm təminat vəd edir;

- sığorta fondunun optimal səviyyəsinin müəyyənləşdirilməsində sığorta tarifləri çox vacib iqtisadi alət kimi fərqləndirilir;

- sığorta tariflərinin düzgün müəyyən olunması sığorta əməliyyatlarının maliyyə davamlılığı üçün əsas fakt olur;

- şəxsi və əmlak sığortası novlərində tarif dərəcələri qurulmasının xarakterik xüsusiyyətləri vardır. Şəxsi sığorta üzrə tarif dərəcələri riyazi və statistik qanunauyğunluqlar sistemi olan aktuar hesablaşmalar nəzəriyyəsinə əsasən formalaşır.

Respublikamızda tarif siyasətinin növbəti təkmilləşdirilməsi zamanı sığorta tarifləri düzgün hesablanmalı, düzgün əsaslandırılmalı, obyektiv şərait nəzərə alınmaqla tarif dərəcələrinin differensiallaşdırılması diqqət mərkəzində saxlanılmalıdır.

Problemin öyrənilmə vəziyyəti. İqtisadi ədəbiyyatlarla və elmi məqalələrlə tanışlıq göstərir ki, Azərbaycanda sığorta fəaliyyətinin hesablanılması alətlərinin səmərəliliyinin artirilması yollarınin müxtəlif aspektlərini milli iqtisadçılardan B.A.Xankişiyev, M.X.Həsənli, Ə.Ələkbərov, D.A.Bağırov, N.N.Xudiyev, A.M.Kərimov öz elmi tədqiqatlarında araşdırmışdır.

Tədqiqatın obyekti milli sığorta bazarı seçilmişdir.

Tədqiqatın predmeti. Tədqiqatın predmeti kimi sığorta fəaliyyətində tariflərin təkmilləşdirilməsi istiqamətləri seçilmişdir.

Tədqiqatın əsas məqsəd və vəzifələri.Tədqiqat işinin əsas məqsədi sığorta tariflərinin qurulması metodikasını özündə əks etdirən normativ sənədlər qəbul edilməli və tarif siyasəti sahəsində qabaqcıl ölkələrin böyük sığorta kompaniyalarının təcrübəsi öyrənilməli, təhlil edilməli və onlardan respublikamızın yerli şəraitinə uyğun olanları tətbiq edilməlidir.



Tədqiqatın nəzəri-metodoloji əsasları.Tədqiqat işinin nəzəri və metodoloji əsasını Respublikanın qanunvericilik aktları(Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi,İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu),Azərbaycan Respublikası Prezidentinin fərmanı, ölkəmizin və xarici ölkələrin iqtisadçı alim və mütəxəssislərinin sığorta işinin nəzəri, metodoloji və praktiki tərəflərinin öyrənilməsinə həsr edilmış əsərləri o cümlədən müxtəlif yerli və beynəlxalq qurumların internet saytları təşkil edir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları.Tədqiqatın aparılması zamanı istifadə edilən faktoloji, informasiya və statistik materialın mənbələri “ Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Dövlət Statistika Komitəsinin ,Azərbaycan Respublikasında fəaliyyət göstərən sığorta təşkilatlarının materialları, illik hesabatları təşkil etmişdir.Tədqiqat işində müxtəlif dövrü nəşrlər həmçinin internet şəbəkəsininin informasiya bazasından da istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Sığorta tarifləri elə qurulmalıdır ki, o nəinki sığortaçının sığorta olunanlar qarşısında öhdəliyini yerinə yetirməyə və xərcləri ödəməyə, habelə tariflərin xərclərdən artıq olmasını, yəni mənfəət əldə edilməsini də təmin etməlidir.Dissertasiyanın elmi yeniliyi əsasən bunlardan ibarətdir:

- tarif siyasətində differensasiya prinsiplərinin daha geniş tətbiq olunması və onların elmi cəhətdən əsaslandırlması;

-sığorta orqanlarında sığorta informasiyasının avtomatlaşdırılmış sistemlərindən istifadə edilməsi, avtomatlaşdırılmış iş yerlərinin yaradılması prosesinin sürətləndirilməsi;

-sığorta tariflərinin hesablanması həyata keçirilən sığorta müqavilələrinin sayı proqnozlaşdırılsın. Belə ki, risklərin həcmi sığorta portfelinin həcminin dəyişməsindən asılı olaraq dəyişə bilər;

-sığorta tarifinin hesablanması üçün əsas olaraq sığorta təşkilatının sığorta ödəmələrinin və səğorta haqlarının ekvivalenti bərabərləşdirilməlidir;

-sığorta portfelinin həcmi sığorta tarifinin ölçülərini əhəmiyyətli dərəcədə dəyişə bildiyi üçün səğorta tariflərinin hesablanmasını dəyişkən sığorta portfeli üzrə intervalın sonunda da yenidən hesablamaq lazımdır.



Tədqiqatın praktiki əhəmiyyəti. ondan ibarətdir ki, tədiqat işində əldə olunan nəticələr sığorta bazarında baş verən hadisələrin obyektiv qiymətləndirilməsində istifadə oluna bilər. Sığorta qiymətlərinin də düzgün müəyyən edilməsi tariflərin hesablanması və əsaslandırılması zamanı böyük əhəmiyyət kəsb etdiyindən onun təkmilləşdirilməsi də məqsədə müvafiqdir.

Tədqiqatın həcmi və quruluşu. Tədqiqat işi giriş,üç fəsil,doqquz paraqraf,nəticə vəədəbiyyat siyahısından ibarət olmaqla 82 səhifə həcmindədir. Tədqiqat işində müxtəlif cədvəl və sxemlər verilmiş, sığorta tarif düsturlarından istifadə olunmuşdur.

РЕЗЮМЕ

Для согласования условий договора страхования, страховые услуги, предоставляемые увеличением количества в зависимости от характера расчета, методов расчета и условий изменения оплаты. При этом ясно, что в полной степени страхового тарифа, а не только по размеру, по расчету технических в то же время, операция страхования физическое, социальное и другие особенности зависимой. Так, проживающих в экологически неблагоприятных регионах, подвержены различным рискам в процессе работы, люди, страдающие от хронических заболеваний и часто более вероятно, потребует страховых выплат. Тем не менее, по сравнению со средним показателем более благоприятных условий жизни людей, живущих там, и чем дольше ставок страхования жизни становится все меньше участников. Страхование от несчастных случаев на потери трудоспособности в результате характера и продолжительности срока действия договора страхования считается возможность. Это, в свою очередь, отражается в размере страховой выплаты, которая, вероятно. Таким образом, чистая норма личного страхования в соответствующие расчеты и действия договора страхования жизни подробную статистическую информацию обо всех аспектах необходимости. Здесь, прежде всего контингента на смерти застрахованного лица собственных паспортах требуются.



SUMMARY

Personal insurance of the insurance contract and the possible list of objects of insurance, "Insurance" has been defined by the law of the Republic of Azerbaijan. According to the law of the insured objects of personal insurance, life, health, ability to work and may have property interests related to pension provision. To ensure the future development of insurance business, increasing the financial stability of insurance operations, insurance and the right to increase the effectiveness of economic and social development has great significance in the rate. Thus, the country has always been in the focus and specified tariff policy.

Methods of calculating insurance rates, a separate law on the side of the body to improve it, or had been seeking the adoption of regulations is very important. Rates in the insurance system and the determination of the proper legal and financial relations between individuals in the creation of the equivalent of an insurance event as an important task to rectify the damage caused to the objective of the implementation is very important.



For agreement on the terms of the insurance contract, the insurance services provided to an increasing amount depending on the nature of the calculation, calculation methods and the terms of payment changes. Here it is clear that the full extent of the insurance rate, not only in size, by the calculation of technical at the same time, the insurance operation's physical, social and other features of the dependent. So, living in ecologically unfavorable regions, are exposed to different risks in the process of work, individuals suffering from chronic diseases and are often more likely to require insurance payments. However, compared to an average of more favorable living conditions of the people living there for longer life and less involved in insurance cases


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin