“AZƏRBAYCAN İQTİSADİYYATI” FƏNNİ İŞÇİ TƏDRİS PROQRAMI
(SİLLABUS)
Fənnin Adı
Kodu
Semestr
Nəzəriyyə (saat/həftə)
Təcrübə/Labaratoriya (saat/həftə)
Milli Krediti
AKTS
Azərbaycan iqtisadiyyatı
-
Payız
2
2
-
-
Prerekvizitlər
Mikroiqtisadiyyat, Makroiqtisadiyyat
Fənnin dili
Azərbaycan dili
Fənnin növü
Məcburi
Fənnin səviyyəsi
Bakalavr
Fənnin koordinatoru
Elşən BAĞIRZADƏ, iqtisad üzrə fəlsəfə doktoru
Fənni tədris edən
Elşən BAĞIRZADƏ, iqtisad üzrə fəlsəfə doktoru
Fənnin məqsədi
Bu fənnin məqsədi gələcəyin iqtisadçı-menecerlərinə müasir Azərbaycan iqtisadiyyatının formalaşması, strukturu və inkişaf xüsusiyyətləri haqqında təməl biliklər verməkdir.
Fənnin öyrənilməsinin nəticələri
Bu fənni uğurla tamamlayan tələbələr sonda aşağıdakı bacarıqlara yiyələnəcəklər:
Müasir Azərbaycan iqtisadiyyatının formalaşmasının əsas mərhələlərini fərqləndirə bilmək və hər bir mərhələnin əsas xüsusiyyətlərini şərh etmək;
Azərbaycan iqtisadiyyatının makroiqtisadi parametrlər üzrə inkişaf xüsusiyyətlərini şərh etmək və bu parametrlərin formalaşmasına təsir edən amilləri üzə çıxarmaq;
Azərbaycan iqtisadiyyatının sektorlar – sənaye, kənd təsərrüfatı və xidmətlər - üzrə təhlilini aparmaq, onların potensialını və inkişaf xüsusiyyətlərini şərh etmək;
Ölkə iqtisadiyyatının iqtisadi regionlar üzrə potensialını, ixtisaslaşmasını və inkişaf xüsusiyyətlərini təhlil etmək;
Azərbaycanın malik olduğu enerji ehtiyatları və onların əhəmiyyətini qiymətləndirmək və həmin ehtiyatlardan istifadənin mövcud vəziyyətini şərh etmək;
Azərbaycan hökumətinin iqtisadiyyatın müxtəlif sahələri üzrə həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərini və reallaşdırma vasitələrini izah etmək;
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesində beynəlxalq iqtisadi təşkilatlar və regional iqtisadi inteqrasiya qurumları ilə münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini şərh etmək;
Ölkənin xarici iqtisadi əlaqələrinin inkişaf xüsusiyyətlərini izah etmək və onların struktur təhlilini aparmaq;
Beynəlxalq qurumların hesabatları əsasında Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi və meyllərini şərh etmək və onun dünya iqtisadiyyatındakı yeri və rolunu müəyyən emtək;
Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərini təhlil etmək.
HƏFTƏLİK DƏRS PLANI
Həftə
Mövzular
İlkin Hazırlıq
1
Müasir Azərbaycan iqtisadiyyatının formalaşmasının əsas mərhələləri
Tələbələrin hər dərsə gəlmədən öncə
fənnin müvafiq resurslarından həmin dərsin mövzusu ilə qısa tanış olmaları zəruridir.
2
Azərbaycan iqtisadiyyatının makroiqtisadi təhlili
-
3
Azərbaycan iqtisadiyyatının sektorlar üzrə təhlili
-
4
Azərbaycan iqtisadiyyatının regional təhlili
-
5-6
Azərbaycanın enerji ehtiyatları və onlardan istifadənin mövcud vəziyyəti
-
7-8
Azərbaycanın iqtisadi siyasətinin əsas xüsusiyyətləri
-
9-10
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi
-
11-12
Azərbaycanın xarici iqtisadi əlaqələri
-
13-14
Azərbaycan iqtisadiyyatı beynəlxalq hesabatlarda
-
15
Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri
Aras O. N., Süleymanov E. (2010), “Azərbaycan iqtisadiyyatı”, Bakı: Şərq-Qərb. (bax: http://ebooks.azlibnet.az/book-qUreBt0n.html)
Bağırzade E. (2011), “Bağımsızlığının XX. Yılında Azerbaycan Cumhuriyeti Ekonomisi”, Hacettepe Üniversitesi Türkiyat Araştırmaları Dergisi, Güz (15), s. 277-312. (bax: http://elsenbagirzade.files.wordpress.com/2011/03/bagimsizliginin-20-yilinda.pdf )
Hacızadə E., Bağırzadə E. (2011), “Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi”, Bakı: Elm. (bax: http://www.anl.az/el/h/Azf-265977.pdf )
Azərbaycan Respublikası Prezidentinin internet səhfəsi (bax: http://www.president.az/ )
Azərbaycan Respublikası Nazirlər Kabinetinin internet səhfəsi (bax: http://www.cabmin.gov.az/ )
Azərbaycan Respublikası nazirlik və komitələrinin internet səhfələri: (bax: http://www.cabmin.gov.az/?/az/content/126/ )
Azərbaycanın statistik göstəriciləri (bax: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/ )
“Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyası (bax: http://www.president.az/files/future_az.pdf)
CIA The World Factbook: Azerbaijan (bax: https://www.cia.gov/library/publications/the-world-factbook/geos/aj.html )
T.C. Bakü Büyükelçiliği Ticaret Müşavirliği (2014), “Azerbaycan’ın Genel Ekonomik Durumu ve Türkiye ile Ekonomik-Ticari İlişkileri”, Bakü, (bax: http://www.musavirlikler.gov.tr/upload/AZER/AZERBAYCAN%20RAPOR%202013.pdf)
Bağırzade E. (2014), “Azerbaycan-Türkiye Ortak Ekonomik Projeleri ve Bölgesel Yansımaları”, “EkoAvrasya” Ekonomik ve Stratejik Araştırmalar Dergisi, 2014/2, s. 4-18. (bax: http://ekoavrasya.net/dergi/dergi-26/sayi26.pdf )
“Azərbaycan iqtisadiyyatı” (bax: http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_iqtisadiyyat%C4%B1 )
BMT-nin internet səhfəsi (bax: www.un.org)
Dünya Bankının internet səhfəsi (bax: www.worldbank.org)
Beynəlxalq Valyuta Fondunun internet səhfəsi (bax: www.imf.org)
Dünya İqtisadi Forumunun internet səhfəsi (bax: www.weforum.org)