Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 3,87 Mb.
səhifə10/17
tarix01.01.2022
ölçüsü3,87 Mb.
#104209
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Ətəklər. Hippi qadınların istifadə etdiyi ətəklər biçimin yüngüllüyü və sərbəstliyi ilə seçilirdi. Bir qayda olaraq, onlar uzun və al-əlvan rənglərdə olurdu. Bəzi ətək modelləri rəngarəng parça tikələrindən (hissələrindən) hazırlanırdı. Hippi üslubu qısa uzunluğu və mini biçimləri qəbul etmirdi. Nadir hallarda dizdən aşağı uzunluqda ətəklərə rast gəlinirdi. Ətəklərdə əsas uzunluq döşəməyə kimi qəbul edilir, biçimin forması isə trapesiya, günəş, klyoş və ya zəng şəklində olurdu. Donlar və sarafanlar. Ənənəvi hippi üslubunda olan donlar sərbəst biçimə malik idi, yüngül əksərən də təbii parçalardan hazırlanırdı. Qız hippilərin qarderobunda xüsusi yeri sarafanlar (qolsuz üst qadın geyimi) tuturdu (Şəkli 4). Bu cür yay donu nazik çiyinbağları olan balaxonu (gen və uzun xalat) xatırladırdı. “Çiçəklərin övladları” olan hippilərin ənənəvi donları hərəkətləri məhdudlaşdırmır, təbiiliyi, naturallığı eyni zamanda qadınlığı və romantizmi təbliğ edirdi. Donun tikildiyi material yüngül çit, fakturalı kətan, kontrast ipək, havalı şifon və ya rahat pambıq olurdu. Donların qolları çox zaman uzun və ya qısa klyoş formasında biçilirdi. Rəng uyğunluğu baxımından bir qayda olaraq ala-bəzək gül-çiçək printləri, etnik motivlər və ya həndəsi naxışlar çox istifadə olunurdu. Bu üslubda olan donların biçimi (fasonu) bənzərsiz olurdu. Hippilər sevgidə, kişi-qadın münasibətlərində azadlığı təbliğ etdikləri üçün sarafanları və ya donları alt geyimi olmadan geyinirdilər. Çox vaxt bu tip məmulatlar yarımşəffaf olurdular. Bu geyimlərin əsas fərqləndirici xüsusiyyəti üzərlərində rəngli çapların olması idi. Hippi üslubunda belə birmənalı olmayan donlar və ya sarafanlar mütləq uçuşan və axıntılı görünüşdə olmalı, heç bir qısa və oturan siluet formasına malik olmamalı idi. Üçbucaq haşiyələr, volanlar (qırçınlar), assimmetriya və kəsiklər donu xüsusi valehedicilik və cəlbediciliklə zənginləşdirirdi.


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin