GİRİŞ
Elmi-texniki tərəqqinin müasir inkişaf tempi insan
fəaliyyətinin hər bir sahəsində innovasiya xarakterli işləmələrin
geniş tətbiq olunmasını tələb edir.
Bu isə innovasiya xarakterli işləmələri ərsəyə gətirən
alimlərin və mütəxəssislərin fəaliyyət göstərdiyi elmi-tədqiqat
və layihə-konstruktor təşkilatları, ali təhsil müəssisələri və
hətta ayrı-ayrı ixtiraçılar ilə bu işləmələrin potensial
istifadəçiləri olan sənaye müəssisələri, şirkətlər, firmalar və
təşkilatlar arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılmasını
vacib bir məsələ kimi ortaya çıxarır.
Belə əlaqələrin olmaması innovasiyalı işləmələrin istifa-
dəsiz qalmasına, belə işləmələrə ehtiyacı olan müəssisələrin isə
daim mütərəqqi innovasiyaların axtarışında olmasına gətirib
çıxarır.
Məhz bu baxımdan innovasiyaların meydana çıxdığı an-
lardan onların bilavasitə istehsalata tətbiqinə qədər proseslərin
elmi cəhətdən əsaslandırılmış şəkildə idarə olunması aktual bir
məsələ kimi ortaya çıxır.
Təqdim edilən “İnnovasiya menecmenti” kursununn təd-
risində əsas məqsəd dinləyicilərə məhz bu proseslərin idarə
olunması haqqında biliklər verməkdir.
Tədris prosesində innovasiya fəaliyyəti ilə bağlı əsas
anlayışlar, bu fəaliyyəti həyata keçirən təşkilatların formalaş-
dırılması qaydaları, dövlətin innovasiya fəaliyyətinə dəstəkdə
rolu, onlara təşkilati dəstək formaları, innovasiya layihələri,
innovasiya biznesinin təşkili, innovasiyaların kommersiyalaş-
dırılması, innovasiyalı texnologiyaların transferi, intellektual
mülkiyyət, onun üzərində müəlliflik hüquqları, təsərrüfat
hüquqi subyektlərin yaradılma qaydaları və digər məsələlər
geniş şərh ediləcəkdir.
|