17. ALİ TƏHSİL MÜƏSSİSƏSİNİN İNTELLEKTUAL
MÜLKİYYƏTİNİN MÜHASİBAT UÇOTUNA DAXİL
EDİLMƏSİ VƏ İNNOVASIYALI MÜƏSSİSƏNİN
YARADILMASINA NİZAMNAMƏ KAPİTALI KİMİ
DAXİL EDİLMƏSİ
Ali təhsil müəssisələri və elmi qurumlar büdcə təşkilatları
olaraq onların əmlakının sahibinin razılığı olmadan, yuxarı
orqanların razılığı ilə müstəqil olaraq və ya digər hüquqi
şəxslərlə birgə təsərrüfat birlikləri yarada bilərlər. Bu hüquqi
əsaslı iqtisadi və hüquqi mexanizm onlara elmi nəticələrini
bazara çıxarmağa, yaratdıqları təsərrüfat birliklərinin idarə
edilməsində və gəlirində iştirak etmək imkanı verir. Bu mexa-
nizm təkcə gəlir əldə etmək imkanı deyil, ali təhsil məktəbi
üçün həm də sənaye və digər sahələr ilə kadr hazırlığı və elmi
tədqiqatlar üzrə strateji əməkdaşlığı dərinləşdirmək imkanı
yaradır.
İntellektual mülkiyyətin mühasibat uçotuna daxil edil-
məsi qanunvericilik və hüquqi aktlarla, ali təhsil müəssisəsinin
keyfiyyət sisteminin sənədlər ilə, təhsil sahəsində normativ və
direktiv sənədlərlə, rektorun əmrləri və sərəncamları ilə, ali
təhsil müəssisənin nizamnaməsi ilə və bu metodika ilə həyata
keçirilir.
Metodika yaradılmış intellektual mülkiyyət obyektlə-
rinin qeydiyyatı və mühasibat uçotuna daxil edilməsi qay-
dalarını və kiçik innovasiya sahibkarlığının inkişafını mərhələ-
mərhələ izah edir və ali təhsil müəssisəsinə mənsub olan elmi-
texniki və intellektual fəaliyyət nəticələrinin tətbiqini, onların
hüquqi cəhətdən qorunmasını və qiymətləndirilməsini nəzərdə
tutur.
Ali təhsil müəssisələri yaradılan təsərrüfat birliklərinin
nizamnamə kapitalına özünün intellektual fəaliyyətinin
nəticələrini onlardan istifadə olunması ilə əlaqədar lisenziya
müqavilələri bağlamaqla töhfə verirlər.
64
Bu nəticələrə EHM-lər üçün proqramlar, verilənlər
bazaları, ixtiralar, faydalı modellər, sənaye nümunələri,
seleksiya nəticələri, inteqral mikrosxemlərin topologiyaları,
istehsalat sirləri (nou-haular) aid edilir.
Bu zaman nəticələr üzərində mütləq hüquqlar ali təhsil
müəssisinə mənsub olur.
Bu işləri tənzimləyən sənədlər “Mülki Məcəllə” , “Büdcə
Məcəlləsi”, büdcə təşkilatlarının fəaliyyəti ilə bağlı qanun-
vericilik, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilik, elmi-
texniki siyasət üzrə qanunvericilik aktları və digər aktlardır.
Dostları ilə paylaş: |