2. Zahiri nitq şifahi və yazılı formada, daxili nitq isə ancaq şifahi formadadır;
Nitqin tərzi
Nitq tərzinə görə iki cür olur: vasitəsiz və vasitəli nitq. Bu şifahi və yazılı nitqdə başqasının nitqindən istifadə edərkən baş verir. Danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: a) vasitəsiz; b) vasitəli. Vasitəsiz. Başqasının nitqi dəqiq şəkildə dəyişiklik edilmədən verilir. Məsələn: M. Qorki demişdir: məndə olan yaxşı cəhətlər üçün kitaba minnətdaram. Vasitəli. Başqasının nitqinin məzmununu çatdırır. Məsələn: M. Qorki demişdir ki, onda olan yaxşı cəhətlər üçün o, kitaba minnətdardır.