Azərbaycan döVLƏt pedaqoji universiteti Müəllim: Gülnar Muxtarzadə Fənn: Azərbaycan dili və nitq mədəniyyəti



Yüklə 1,85 Mb.
səhifə22/27
tarix14.01.2022
ölçüsü1,85 Mb.
#113789
1   ...   19   20   21   22   23   24   25   26   27
Nitqin formaları, növləri, tipləri və tərzi

Daxili (lal) nitq insanın öz-özünə danışması prosesidir. Bu, tələffüz olunmayan, başqasının eşitmədiyi səssiz nitqdir. Daxili nitq zahiri nitqin yaranmasına hazırlıqdır, eşidilə də bilər, eşidilməyə də. İnsan əvvəlcə düşünür, fikirlərini götür-qoy edir, nizama salır, daxili nitqini hazırlayır, yalnız bundan sonra zahiri nitqə keçir. Beləliklə, insanın daxili, öz-özünə, lal nitqi yaranır. Təfəkkürlə bağlı olduğundan onu intellektual nitq də adlandırırlar. 

Daxili nitq, əsasən, söz sənətkarlarında – şair və yazıçılarda, bəstəkarlarda güclüdür. Daxili nitqə ədəbi ən çox dramatik növlərdə rast gəlirik. Dram əsərlərində daxili nitq personajları müşayiət edir, gah obrazın replikasından əvvəl, gah da sonra gələrək müəllifin münasibətini, personajın daxili münasibətini əks etdirməyə yönəlir, oxucuları (tamaşaçıları) obrazın daxili aləmini dərk etməyə hazırlayır. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin