Başqasının eynilə işlətdiyimiz sözlərə vasitəsiz nitq deyilir. Bəzən ünsiyyət prosesində başqasının nitqini, onun bütün leksik və qrammatik formalarını olunduğu kimi saxlamaqla işlətmək lazımdır. Yalnız başqasının deyil, özümüzün də əvvəllər söyləmiş olduğumuz fikri eynilə işlətmə mümkündür. Bu cür cümlələr iki hissədən – müəllifin sözlərindən və vasitəsiz nitqdən ibarətdir.
Müəllifin sözləri çox zaman dedi, əmr etdi, düşündü, fikirləşdi, soruşdu və s. kimi sözlərlə – nitq felləri ilə bir, daha çox müəyyən şəxsi cümlə şəklində formalaşır. Vasitəsiz nitq isə bir, iki və daha çox cümlədən ibarət olub, müəllif nitqinə intonasiyanın köməyi ilə qoşulur. Yazıda vasitəsiz nitqi fərqləndirmək üçün dırnaq işarəsindən və ya tiredən istifadə edilir. Vasitəsiz nitq beş vəziyyətdən işlənə bilir: 1) Müəllimin sözlərindən sonra; məsələn: M. Qorki demişdir: “Gələcək uşaqlara məxsusdur”. 2) Müəllifin sözlərindən əvvəl; məsələn: “Sadə cümlənin təhlil qaydası necədi? – deyə müəllim sual verdi”. 3) Müəllifin sözlərinin arasında; məsələn: O, dəstəyi yerə qoyub: “əmim sizi gözləyir” – dedi. 4) Müəllif sözlərindən əvvəl və sonra; məsələn: “Vağzala sür – dedi – pulunu verəcəyəm”. 5) Müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl olaraq növləşə də bilər; məsələn: Paltarını geyinib: “Mən gec gələcəyəm” – dedi – “gəlsəm də sabah gələcəyəm”, deyə, Yusif əlini yellədi.