Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Əliyeva Aysel Fakültə: İbtidai Təhsil İxtisas


Tənəffüs sisteminin yaş xüsusiyyətləri



Yüklə 202,97 Kb.
səhifə5/5
tarix26.11.2023
ölçüsü202,97 Kb.
#135636
1   2   3   4   5
Əliyeva Aysel ANATOMİYA

5.Tənəffüs sisteminin yaş xüsusiyyətləri
Tənəffüs orqanizmlə xarici mühit arasında daima qazlar mübadiləsini təmin edir, orqanizmdə gedən mürəkkəb reaksiyalar oksigenin iştirakı ilə gedir. Oksigensiz maddələr mübadiləsi baş verə bilməz. Həyati prosesləri davam etdirmək üçün oksigen tələb olunur
Tənəffüs sisteminin tənəffüs yolları və orqanları vardır. Tənəffüs yolları burunla başlayır, o gələn və çıxan qazların yoludur. Burun boşluğu – ağızda xüsusi arakəsmə ilə ayrılmış, öndə sərt damaq, arxada – yumşaq damaq sahələri ilə əlaqəlidir. Burun dəliklərindən hava burun boşluğuna daxil olur. Öndəki sahədə havadakı toz və bərk hissəcikləri tutmaq üçün tüklər vardır . Burun boşluğu arakəsmə ilə sol və sağ hissəyə ayrılır, hər birində – aşağı, orta və yuxarı burun axarları yerləşir. Körpələr ilk yaşlarında burunla çətin nəfəs alır, 14-15 yaşlı 72 uşaqlarda tam formalaşmış olur. Burun boşluğunun selikli qişasında qan damarları çoxdur, onların hərəkətedici epiteli vardır. Epitelidə selik ifraz edən vəzilər yerləşmişdir. Nəfəs aldıqda toz hissəcikləri tutulur, hava isə qızır (isinir). Burun boşluğlarında burun-udlaq sahəsi ilə birləşir. Udlağın üstündə burun-udlaq yerləşir. Udlaq boru şəkilli olub, burun boşluğuna, ağız və qırtlaq sahələrinə açılır. Buraya həm də eşitmə borusu açılır. Uşaqların udlağı geniş və qısadır, eşitmə borusu bir qədər aşağıdadır. Tənəffüs yollarının yuxarı sahəsi xəstələndikdə, orta qulaqdakı borularda da xəstəlik əmələ gəlir.
Qırtlaq – qığırdaq lövhələrdən təşkil olunmuş, oynaq və əzələlərlə bir-biri ilə birləşmişdir. Burada ən böyük qığırdaq lövhəsi – qalxanabənzər qığırdaqdır. Qırtlağın üstündə – qığırdaq lövhə – qırtlaq qapağı yerləşir. O, udma zamanı qırtlaq borusunu qapayır. Qırtlaq selikli qişa ilə örtürülmüşdür, burada iki cüt yarım qövs qırışlar vardır. Burada səs telləri və səs yarığı yerləşir. Onlar nitq prosesində sözlərin yaranması üçün, müxtəlif səs titrəmələri çıxarır. Kişilərin səs telləri, qadınlara nisbətən uzundur. Ona görə də kişilərin səsi astadır. Uşaqların qırtlağı qısadır və 3 yaşında formalaşır, cinsi yetkinlik dövründə müəyyən dəyişkənliyə uğrayırlar. Kişilərdə 14-15 yaşlarında ulqum əmələ gəlir.
Traxeya və bronxlar. Traxeya qırtlağın aşağı sahəsindən başlayır, uzunluğu 10-13 sm olan boş borudur. Daxili səthində selikli qişa və titrək epiteli vardır. IV-V döş fəqərələri səviyyəsində sol və sağ bronxlara ayrılır. Bronxlar quruluşca traxeyaya bənzəyir, sağ bronx soldan qısadır. İlkin bronx ağ ciyər qapısından ağ ciyərə daxil olaraq ikinci bronxları, sonra üçüncü və sonda bronx «ağacını» yaradır. Ən kiçikləri isə bronxiola adlanır. Bronxiola alveolla qurtarır. Körpələrin bronxu qısadır (4 sm), 14-15 yaşında isə 7-8 sm-ə çatır.
Ağciyərlər. Buradakı son broxiolalar alveola qovuqları ilə birləşir və tənəffüs yolu qurtarır. Alveolların divarı yastılaşmış epitel hüceyrələridir. Hər bir alveolun sıx kapillyarları vardır. Burada qazlar mübadiləsi baş verir. Ağciyərdə 350 milyona qədər alveol vardır və onların ümumi sahəsi 150 m-dir. Onların bir səthində havadakı qazlar, digər səthində qan kapillyarları yerləşir. Əvvəlcə oksigen və karbon qazları arasında, porsial təzyiq nəticəsində, diffuziya başlayır. Alveolların səthi çox olduqda, qazların diffuziyası artır. Ağciyərlərdə yaranmış təzyiq fərqinə əsaslanaraq, qazlar arasında mübadilə baş verir. Hər bir ağ ciyər seroz pərdə ilə, plevra ilə örtülmüşdür. Plevra iki qatlıdır və onlar arasında plevra mayesi (1-2 ml) dolmuşdur. Nəfəs alıb-vermə prosesində sürtünmənin qarşısı alınır və tənəffüs hərəkəti maneəsiz icra edilir. Uşaqların ağ ciyərləri alveollarının həcmi artdıqca böyüyür. Artıq 8 yaşlı uşaqların ağ ciyərləri böyük-lərdəki kimi olur. Cinsi yetkinlik zamanı ağ ciyərlərin həcmi, körpələrlə müqayisədə 20 dəfə artır.
Ağciyərlərin həyat tutumu. Sakit vəziyyətdə insan hər dəfə 500 ml hava qəbul edir. Tənəffüs tezliyi artdıqda daha 1500 ml hava qəbul edir. Nəfəs vermədən sonra insan daha 1500 ml hava qəbul edə bilir. Beləliklə, həyat tutumu – 500+1500+1500=3500 ml. Həyat tutumu yaşdan, məşq və cinsi mənsubiyyətdən asılı olaraq dəyişir. Kişilərin həyat tutumu, qadınlardan çoxdur. İdmanla məşğul olan insanlarda adi insandan xeyli çoxdur, yük qaldıran idmançıda 4000 ml, futbolçularda 4200 ml, gimnastlarda 4300, üzügüçülərdə 4900, kürək çəkənlərdə 5500 ml-ə bərabərdir. Uşaqların yaş dövründən və məşğuliyyətindən asılı olaraq, ağciyərlərinin həyat tutumu dəyişir.
Yüklə 202,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin