dəyişməsini izah etsə də, üzvi maddənin tərkibində gedən dəyişikləri izah edə
ki, üzvi maddələrin rəngi onların tərkibində xromofor adlanan müəyyən qrupların
olması ilə əlaqədardır. . Bu qruplara karbonil =C=O, nitroqrup ̶ N=O, azoqrup
̶ N=N ̶ , tioqrup =C=S və s. aiddirlər.
Xromofor qruplardan başqa, üzvi birləşmələrin rəngində auksoxrom qrupları
(-NH
2
, -OH, -N(CH
3
)
2
, -N(C
2
H
5
)
2
, -OCH
3
və s.) da vacib rol oynayır. Bu qrupların
molekulda olması rəngi intensivləşdirir.
Xromofor nəzəriyyəsinə görə, indikatorun rəngi nəinki onun tərkibində xromofor
və auksoxrom maddələrin olmasından həmdə indikatorun quruluşundan asılıdır.
Molekuldaxili qruplaşmanın nəticəsində indikator molekulunun quruluşu dəyişir
və birləşmənin rəngi dəyişir. Benzol quruluşu xinoid quruluşuna keçir və rəng
dəyişir. Daxili quruluşun bu cür dəyişməsinə tautomer izomerləşmə deyilir.
İndikatorların tautomer formalarının bir-birinə keçməsi dönər prosesdir. İstənilən
indikatorun məhlulda bir-birilə ilə tarazlıqda olan müxtəlif formaları mövcuddur.
İndikatorların quruluşunun bu cür dəyişməsi məhlula turşu və ya qələvi əlavə
etməklə, yəni H
+
ionlarının qatılığını dəyişməklə mümkün olur.
Dostları ilə paylaş: