Çökdürmə üsulunda ekvivalent nöqtənin qeyd olunmasının indikatorsuz
üsulları.
Çökdürmə üsulu ilə titrləmə zamanı ekvivalent nöqtəsini təyin etmək üçün
indikatorsuz və indikatorlu üsullardan istifadə olunur.
İndikatorsuz üsul 1832-ci ildə Gey-Lüssak tərəfindən irəli sürüldüyü üçün onun
adı ilə adlandırılır. Bu üsulda işçi məhlul kimi AgNO
3
-dan istifadə olunur və
halogenidlərin titrimetrik təyini üçün tətbiq edilir:
AgNO
3
+ NaX→AgX↓ + NaNO
3
Burada X – halogenid ionlarını göstərir.
Bu üsulda ekvivalent nöqtəsi çökdürücünün yeni hissəsi əlavə edildikdə, yeni
çöküntünün əmələ gəlməməsi ilə müəyyən edilir. Gey-Lüssak üsulu ilə həm
qüvvətli turş, həm də rəngli məhlullarda təyinat aparmaq olur.
Dostları ilə paylaş: |