Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad Filialının, Tarix Coğrafiya Müəllimliyi ixtisası üzrə



Yüklə 363,04 Kb.
səhifə1/3
tarix01.01.2022
ölçüsü363,04 Kb.
#107211
  1   2   3
Azər Xəlilov^


21.06.2020

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Cəlilabad Filialının,

Tarix Coğrafiya Müəllimliyi ixtisası üzrə

Təhsil alan III kurs tələbəsi(bakalavr)

AZƏR XƏLİLOV

Mövzü:Troposfer və sürtünmə və ya təmas təbəqəsi

Mövzü 11 səhifədən (Giriş,Məzmun,Nəticə,Ədəbiyyat siyahısı) ibarətdir.



Cəlilabad-2020

GİRİŞ
Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer, gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur. Atmosferin yuxarı qatları qısa dalğaları qaytardığına görə uzaq məsafələrlə radio rabitəsi yaratmaqda əsas rol oynayır.

Atmosferin dəqiq ifadə olunmuş yalnız aşağı sərhədi yer səthi var. Atmosferin yuxarı sərhədini göstərmək olduqca çətindir, çünki havanın sıxlığı hündürlük artdıqca azalır və təxminən 100 km-də yer səthindəkindən milyon dəfə az olur. Birbaşa və dolayı müşahidələrin nəticələri göstərir ki, atmosfer laylı quruluşa malikdir. Temperaturun şaquli paylanmasına görə atmosfer beş əsas təbəqəyə (laya) bölünür:Troposfer,Stratosfer,Mezosfer,Termosfer və Ekzosfer.

Troposfer, yer səthi ilə təxminən 8-15 kilometr hündürlükdə mərkəzləşmiş tropopauza arasındakı bölgədir. Bu bölgə artan hündürlüklə temperaturun azalması ilə xarakterizə olunur.

Troposfer Yer atmosferinin ən aşağı təbəqəsidir və eyni zamanda demək olar ki, bütün hava şəraitinin baş verdiyi yerdir. Bu atmosfer kütləsinin 75% -ni və su buxarı,aerozolların ümumi kütləsinin 99% -ni ehtiva edir. Troposferin ümumi orta hündürlüyü 13 km-dir.




MƏZMUN
Coğrafi təbəqə Yer kürəsinin ən mürəkkəb və müxtəlif komplekslərdən təşkil olunmuş hissəsidir. Onun əsas xüsusiyyətləri yer səthində təbii elementlərin uzun müddətli qarşılıqlı təsiri nəticəsində əmələ gəlmişdir. Yer səthindəki bu müxtəlifliklər bir sıra təbiət elmlərinin (geologiya, fiziki-coğrafiya, biologiya, torpaqşünaslıq, iqlimşünaslıq və s.) mövzusu və tədqiqat obyektidir. Bu elmlərin inkişafı prosesində yer kürəsinin səthi barədə elmi biliklərin toplanması, onun dörd tərkib hissəsinin (litosfer, atmosfer, hidrosfer, biosfer) mürəkkəb qarşılıqlı təsiri nəticəsində əmələ gəldiyini söyləməyə imkan verir. Bir-birinə daxil olan bu dörd müstəqil fiziki-coğrafi təbəqələrdən təşkil olunan daha geniş və mürəkkəb təbii kompleks kimi yeni anlayış- Yerin coğrafi təbəqəsi meydana gəlir. Coğrafi təbəqənin qalınlığını S.V.Kalesnik (1955) bir qədər daraldır. Onun fikrincə Yerin coğrafi təbəqəsində troposfer, bütün hidrosfer, bütün üzvü aləm və litosferin üst hissəsi (4-5 km dərinliyədək), daha doğrusu çökmə süxur təbəqəsi birləşir. S.V.Kalesnikə görə coğrafi təbəqənin ümumi qalınlığı 30-35 km-dən artıq deyildir. Sonrakı işlərində S.V.Kalesnik coğrafi təbəqəyə yer qabığının hipergenez sferası adlanan üst hissəsini aid edir.Əksər tədqiqatçılar coğrafi təbəqənin yuxarı sərhəddini troposferlə stratosfer arasındakı keçid təbəqə olan tropopauzadan götürürlər. Atmosferin fiziki xüsusiyyətlərində baş verən əsas dəyişikliklər burada müşahidə edilir. Atmosferin aşağı, troposfer təbəqəsinin əsas xüsusiyyətləri litosfer və hidrosferlə qarşılıqlı təsirilə əlaqədardırlar. Bu qarşılıqlı təsir temperaturun, qalxan hava kütləsinin paylanmasına və bütün hava kütlələrinin troposferdə sirkulyasiyasına, həmçinin onun rütubətsaxlama və rütubət dövranına, bərk hissəciklərin (toz, duz və s.) toplanmasına səbəb olur. Burada hava kütlələri troposferin ən yuxarı sərhəddinədək bakteriyaları, sporları, bitki tozcuqlarını apara bilir.

Troposfer – atmosferin ən aşağı qatıdır. Onun yuxarı sərhəddi qütb rayonlarında 8-10 km(3,7 mil 20.000 fut), mülayim enliklərdə 10-12 km,(11 mil,56000 fut) tropiklərdə 16-18 km(12 mil,59 fut)-ə çatır. Troposferdə bütün atmosfer kütləsinin 80%-i, su buxarının isə 90%-i cəmlənmişdir. Burada havanın temperaturu hündürlük artdıqca hər 1000 metrdə 6,50C aşağı düşür və yuxarı sərhəddə minimuma çatır. Troposferin yuxarı sərhəddində havanın orta temperaturu -560C təşkil edir.Troposfer təbəqəsində atmosfer təzyiqi çox sürətlə aşağı düşür. Yuxarı sərhəddə təzyiq yerüstü səthdə olduğundan 4 dəfə azdır.

Troposfer özü 3 əsas təbəqəyə bölünür:

1. Aşağı


2. Orta

3. Yuxarı troposfer

Aşağı və ya sərhəd təbəqəsi Yer səthindən 1,0-1,5 km hündürlüyədək yayılmışdır.

Burada yerüstü təbəqənin istilik və mexaniki təsiri özünü kəskin sürətdə biruzə verir.

Bu qatda atmosfer parametrləri daha kəskin tərəddüdlərə məruz qalırlar, aşağı buludluluq və dumanlar, hündürlüyə görə küləyin sürətinin daha çox dəyişməsi, görünüşü zəiflədən hadisələr, toz tufanları və s. müşahidə edilirlər.Orta təbəqə isə 6-8 km hündürlüyədək yayılmışdır. Bu təbəqədə yer səthinin təsiri azalır. İlin isti dövründə 0 C izotermi bu təbəqədən keçdiyinə görə burada buludlar su damcıları və buz kristallarından ibarət olur. Yuxarı təbəqə orta təbəqənin üzərində yerləşməklə, tropopauzaya qədər yayılır. Bu təbəqədə yer səthinin təsiri daha çox azalmaqla, havanın temperaturu həmişə mənfi olur. Yuxarı təbəqədə daha yüksək buludluq müşahidə olunur . Troposfer və stratosfer qatları arasında keçid təbəqəsi -tropopauza yerləşir, onun şaquli hündürlüyü 1-4 km-ə çatır. Bu təbəqədə temperatur hündürlük artdıqca çox az dəyişir, hündürlüyü qütblərdən ekvatora doğru artır. Lakin, 30-40 enlikdə kəskin dəyişərək, bəzən, parçalanmaya məruz qalır.Troposferdə külək hündürlük artdıqca güclənir, tropopauzanın aşağı hissəsində küləyin sürəti maksimuma çatır ( ≥ 100 km/saat və artıq), bununla da intensiv yırğalanmalar müşahidə olunan şırnaqlı axınlar yaranır. Şimal yarımkürəsində ilin bütün mövsümlərində qərb küləkləri üstünlük təşkil edir.(Şəkil. 1.Temperatur stratifikasiyasına görə atmosferin təbəqələri)


Yerin fırlanma meyletdirici qüvvəsi olan Koriolis qüvvəsinin təsiri nəticəsində küləklər şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyl edəcək. Yəni, bu zaman şimala doğru əsən küləklər sağa, cənuba doğru əsən küləklər isə sola meyllənmiş olacaq .

Sürtünmə təbəqəsi yer səthindən 1,5-2,0 km hündürlüyə qədər atmosfer qatında qərarlaşır. Ümumiyyətlə, havanın hərəkət sürətini zəiflədən bir sıra səbəblər vardır ki, bu səbəblərdən də ən vacibi sürtünmədir. Sürtünmə 2 cür olur:

1. Havanın alt qatının yer səthinə sürtünməsi;

2. Havanın hərəkəti zamanı öz daxilində yaranan sürtünmə.

Havanın yer səthinə sürtünməsi bilavasitə relyefindən, yer səthinin kələ-kötürlüyündən asılıdır. Atmosferin alt qatında, yerlə təmas sahəsində sürtünmə ən böyük dərəcəyə, küləklər isə ən zəif sürətə malik olurlar. Su hövzələrinin səthi daha çox hamar olduğu üçün sürtünmə orada zəif, sürət çox, quruda kələ-kötürlüklərin təsiri ilə sürtünmə əmsalı böyük, sürət isə az olur.Troposfer qatında bir neçə sürtünmə təbəqəsi ayrılır.Sürtünmə qüvvəsinin təsirinin nəzərə alınmasından asılı olaraq küləklər geostrofik və qradiyent küləklərə ayrılırlar. Atmosferdə ağırlıq qüvvəsi, Yerin fırlanması nəticəsində yaranan qüvvə və Arximed qüvvəsi şaquli istiqamətdə təsir göstərmirlər. Bunlar şaquli yönəlmiş barik qradiyent qüvvəsini tarazlaşdırır və bu əlaqə statikanın tənliyi ilə təsvir edilir. Sürtünmə və inersiya qüvvələri havanın hərəkətini dəyişən əsas qüvvələr hesab edilirlər. Təzyiq sahəsinin üfüqi qeyri-bircinsliyi küləyi əmələgətirən yeganə səbəb olmaqla, həmçinin üfüqi barik qradiyent qüvvəsini də yaradır.

Sürtünmə və ya təmas təbəqəsinin уеr səthindən 30-50 m hündürlüyədək olan Aşağı hissəsi troposferin уеr səthini söykənən təbəqəsi kimi ayrılır. Burada yerli amillərin iqlimə təsiri aydın müşahidə edilir, havanın temperaturu və rütubətlilik yüksəklik istiqamətində çox tez azalır. Nəhayət, atmosferin 1,5-2 m уеr səthindən yüksək olan ən aşağı horizontu mikroiqlim sferası və ya mikrosfera adlanır. Bu sfera çох yüksək rütubət saxlama qabiliyyəti, tеmреrаturuп kəskin tərəddüdü, küləklərin zəifliyi, həmin göstəricilərin çox böyük şaquli qradiyentə malik olması, gecə temperaturunun inversiyası və başqa əlamətlərlə səciyyələnir.Тrороsfеriп уеr səthinə təmas edən təbəqəsi torpaq və hipergenez sferasının üst hissəsi ilə birlikdə coğrafi təbəqənin ən mürəkkəb əlaqə (kontakt) pərdəsini yaradır ki, bunu da yerüstü landşaft sferası adlandırmaq оlаr. Həqiqətən, соğrаfi təbəqənin bu struktur vahidi уuхаrıdа göstərilən üç əsas coğrafi sfеranın təmasında (kontaktında) əmələ gəlir. Burаdа planetimizin canlı maddələrinin əsas hissəsi (99% qədər) cəmlənir. Yerüstü landşaft sferasında еnеrji və maddələrin əsas dəyişilmə mexanizmi yerləşir. Bu da öz növbəsində coğrafi təbəqənin “istehsaledici fabriki”, nəhəng laboratoriyası olub, burada fasiləsiz olaraq ərimə, oksidləşmə, bərpaolunma, hidrotasiya, bioloii sintez və parçalanma prosesləri gedir, dağ süxurlarının mexaniki dağılması,yumşaq çökmə materialların aparılması və akkumulyasiya olunması, atmosfer yağıntılarının düşməsi, axım, buxarlanma və transpirasiya, torpağın, buzlağın, rеlуеfiп müxtəlif formalarının əmələ gəlməsi baş verir.Landşaft sferası da соğrаfi təbəqə kimi çox mürəkkəb Mərtəbəli quruluşuna malikdir.

(
şəkil 2.Troposferin təbəqələri,sürtünmə təbəqələri göstərilməklə)

Dəqiq tədqiqatlar zamanı elə tоrраq örtüyünün özündə bir sıra horizantallar və təbii proseslərin xarakterindən asılı dəyişikliklər yaradan bir neçə hadisələr ayırmaq olur. Bunlara yeraltı suların dərinlik səviyyəsini aid etmək olar. Bu səviyyədən aşağı torpağa oksigenin daxil olması çətinləşir, torpaq altında geokimyəvi şərait kəskin dəyişir və bununla yanaşı torpağın və bioloji proseslərin хаrаktеri başqalaşır. Теmреrаtur rejiminə görə daimi orta illik tеmреrаtur səviyyəsi fərqlənir. Belə ki, həmin səviyyədən aşağı illik temperatur amplitudu hiss edilmir (ekvator boyunda həmin səviyyə 5-10 m, mülayim enliklərdə l5-20 m, yüksək enliklərdə 20-30 m dərinlikdə yerləşir) və daimi sutkalıq tеmреrаturuп səviyyəsi də (0,7-1,0 m dərinlikdə) nisbətən dərində yerləşir. Dünya okeanının troposfer təbəqəsi ilə bir başa əlaqədə olan üst hissəsi özünün landşaft xüsusiyyətlərinə görə qurunun kontakt sferasında əmələ gələn landşaftlarla təxminən analogiya təşkil edir və üfüqi istiqamətdə dəyişməsi,müxtəlif su landşaftlarının əmələ gəlməsilə səciyyələnir.Dünya okeanında landşaft sferasının üst təbəqəsi materiklərdəki tоrраq örtüyü kimi müxtəlif dərəcəli bioloji məhsuldarlığa malikdir. Bioloji həyatın quruda və okeanlarda paylanma qanunauyğunluğuna görə müəyyən bioloji əlamətlər müşahidə edilir Quruda mülayim, subtropik və tropik enliklərdə daha çox rütubətli, qeyri-sabit atmosfer şəraitində, havanın qalxan hərəkətlərinin hakim olduğu yerlərdə üzvi aləm nisbətən çox konsentrasiya olunur. Əgər Yer öz oxu ətrafında fırlanmasaydı, onda atmosferdə hava axınları çoх sadə xarakterli olardı. Belə ki, hava isti ekvatorial enlikdən yüksəyə qalxır və qütblərə doğru axardı, оrаdan da troposferin уеr səthilə təmasda olan təbəqəsilə ekvatora qayıdardı. Bu zaman hava sirkulyasiyası meridional xarakterli olardı və şimal yarımkürəsinin уеr səthində daima şimal küləkləri, cənubda isə cənub küləkləri əsərdi. Lakin Yerin fırlanması zamanı müşahidə edilən meyillilik sxemi əsaslı sürətdə dəyişir və nəticədə troposferdə bir sıra sirkulyasiya zonaları əmələ gəlir. Bunlardan əsasən dördü hava kütlələrinin zonal tiplərinə müvafiq gəlir .Elə ona görə də onların sayı hər yarımkürədə dörddür: şimal və cənub yarımkürələri üçün ümumi olan ekvatorial, tropik,mülayim və qütb.Bunlardan əlavə üç keçid zonası fərqləndirilir - subarktika, subtropik və subekvatorial.

Troposfer təbəqəsinin üzərində atmosferin ikinci təbəqəsi olan stratosfer yerləşir.Troposfer ilə Stratosfer arasında da müxtəlif əlaqələr vardır. (Şəkil 3:Traposfer və Stratosfer arasında nəqliyyat)








Yüklə 363,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin