Azərbaycan ərazisində ibtidai- icma cəmiyyəti



Yüklə 28,69 Kb.
səhifə1/2
tarix10.01.2022
ölçüsü28,69 Kb.
#108537
  1   2

Azərbaycan ərazisində ibtidai- icma cəmiyyəti

( ən qədim zamandan-m.ə III minillik)

Plan

  1. Öyrənilməsi vəzilləti və qaynaqları.

  2. Azərbaycanın fiziki- coğrafi şəraitinin təşəkkülü.Azərbaycan adının mənşəyi haqqındaş

  3. Azərbaycan- ən qədim insan məskənlərindəndir. Azıxantrop.

  4. Azərbaycanın ibtidai cəmiyyət tarixinin arxeoloji dövrləri: əsas abidələri və sosial həyatın xarakteriskası.

  5. İbtidai cəmiyyət dövründə mədəniyyət.

Ədəbiyyat

  1. Azərbaycan tarixi .VII cilddə, I cild, Bakı 1998, səh, 44-165

  2. Azərbaycan tarixi (Z.Bünyadovun redaktorluğu ilə), Bakı, 2009

  3. Azərbaycan tarixi. (İ.Əliyevin redaktorluğu ilə) Bakı,

1996, səh. 8-33

  1. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı, 2007

  2. Əhmədov Q. Bu günə necə gəlib çıxmışıq. Bakı, 1989

  3. Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993.

  4. Kitabi- Dədə-Qorqud. Bakı, 1988.

  5. Səfərov Y. Qədim Azərbaycan: Nə bilirik.Bakı, 1989.

  6. 9.Azərbaycan tarixi Süleyman Əlyarlının redaktorluğu ilə Bakı 2009

Azərbaycan ərazisində ibtidai icma quruluşu. Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı rayonlar sırasına daxildir.Aparılmış tədqiqatlarla müəyyən olunmuşdurk ki, hələ on iki milyon il əvvəl Azərbaycan ərazisində insanabənzər meymunlar yaşamışdır. 1939-cu ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhədində Ceyrançöl və Eldar düzənliyinin mərkəzi hissəsində, Udabno adlı yerdə insanabənzər meymunun qalıqlarının. Həmin dövr geoloji bölgüdə üçüncü dövrlə uyğun gəlir. Beləliklə üçüncü geoloji dövrdə Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisində insanın təşəkkülü üçün əlverişli şərait olmuşdur. İnsanın təşəkkülü və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu dövrün də dörd milyon ildən artıq olması müəyyənləşdirilmişdir. Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır. İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma quruluşu ilk insanların yaranması ilə başlamış və uzun inkişaf yolu keçmişdir. İbtidai-icma quruluşunun inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.

İbtidai-icma quruluşu şərti olaraq üç dövrə ayrılır: daş dövrü, tunc dövrü, dəmir dövrü. Əlverişli təbii-coğrafi mühit olan yerlərdə (şirin su qaynaqlarının, bitki və heyvanlar aləmi zəngin olan, təbii mağaraların və sığıncaqların olduğu yerlər) qədim insanlar məskən salaraq həyat sürmüşlər. Azərbaycan belə ərazilərdən biri olmuşdur.

Dünyada ən qədim insan tiplərinin qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmışdur. Alimlər bu qalıqlara əsasən belə müəyyən etmişlər ki, ən qədim insanlar 2-3 milyon il bundan əvvəl yaşamışlar. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. Arxeoloqlar Azərbaycan ərazisində - Qarabağ (Azıx, Tağlar, Zar, Naxçıvan (Qazma), Qazax (Daşsalahlı, Damcılı), Lerikdə (Buzeyir) qədim insanların yaşadığı məskənləri öyrənmişlər.

Daş dövrü bir neçə mərhələdən ibarət olmuşdur. Qədim daş dövrü – paleolit, orta daş dövrü – mezolit, yeni daş dövrü – neolit, mis daş dövrü – eneolit adlanır.

İbtidai icma quruluşunun ilkin pilləsi olan Paleolit dövrü üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Azərbaycan ərazisində alt paleolit mərhələsi Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir. Quruçay dərəsində ilk vaxtlar açıq düşərgələrdə yaşayan qədim insanlar iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Alimlər müəyyən etmişlər ki, qədim insanlar Azıx mağarasına 1-1,2 milyon il əvvəl köçmüşlər. Bu qədim insanların yaratdığı mədəniyyət «Quruçay» mədəniyyəti adlanır. Mağaranın ən qədim dövrə aid təbəqələrində ibtidai insanların istədikləri kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanları kəsmək, doğramaq işlərində istifadə etmişlər. Min illər keçdikcə ibtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf etmişlər. Əmək alətləri təkmilləşdirilmişdir. İlk vaxtlar insanlar çox işlərə yarayan kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər hazırlamışlar. Belə müxtəlif növ alətlər Azıx mağarasının alt təbəqələrindən tapılmışdır. Mağaradan əmək alətlər... i ilə yanaşı, nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Ov ilk vaxtlar sadə üsullarla edilirdi. İbtidai insanlar, əsasən, xırda heyvanları və iri heyvanların balalarını ovlayırdılar. Onlar, ovçuluqla yanaşı, yeməli yabanı bitkiləri və giləmeyvələri də yığırdılar. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər.

İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan «sürüsü» və ya ulu icma adlanır. Ulu icma kortəbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma ibtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qədilə icması formalaşanadək davam etmişdi. Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq qalığının 700 min ilə yaxın yaşı var. Oddan istifadə qədim insanların oddan istifadə etməsi onların həyatında çox mühüm hadisə olmuşdur. İlk vaxtlar ildırım çaxması və ya üzvi maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edilmişdir. Sonralar insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişlər. Od, ocaq insanların həyatında böyük rol oynamışdır. Ocaqdan isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə olunurdu. Azıx mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır. Bu, dünyada ən qədim belə tapıntılardan biri – dördüncüsüdür. Antropoloqlar həmin ibtidai insanı Azıxantrop, yəni «Azıx adamı» adlandırmışdır. Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. Azıx çənə sümüyü Azərbaycanın qədim insanının formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. Azıx mağarasında tikili qalığının tapılması qədim insanların tədricən tikinti vərdişlərinə də yiyələnməsini göstərir. Zaman keçdikcə Azıx adamları tədricən ətraf mühiti dərk etmiş, ibtidai dini təsəvvürlər yaranmış və onlar sadə incəsənətlə məşğul olmuşlar. Azıx mağarasında tapılmış ayı kəllələrindən bəzilərinin üzərində müəyyən işarələr cızılmışdır. Bu, sadə dini ayinlərin və totemlərin (heyvanların inam) yaranması ilə bağlıdır. 4

Alt Paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Alətlər daha çox çaxmaqdaşından, bazalt və obsidiandan (vulkanik şüşə-dəvəgözü) hazırlanmırdı. Çünki insanlar onları asanlıqlaqəlpələyir və ucu iti, dişli-kəzli, oymalı kəsici alətlər hazırlayırdılar. Orta Paleolit təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə. 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Mustye-Fransada yer adıdır. Bu dövrdə insanların fiziki və zehni inkişafı səviyyəsi artmış, əmək alətləri və əmək vərdişləri təkmilləşdirilmişdi.

Orta Paleolit dövründə yeni insan tipi yaranmışdır. Həmin insanlar neandertal adamı adlanır (Neandertal – Almaniyada yer adıdır. Burada ibtidai insanın kəllə sümüyü tapılmışdır). Onlar əsasən ovçuluqla – Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at (gur) və s. ovlamaqla, həmçinin yem toplamaqla (yığıcılıqla) məşğul olmuşlar. Azərbaycanda bu dövr Azıx mağarasının müəyyən təbəqəsi, Tağlar, Daşsalahlı, Qazma, Zar, Qəbirdərə, Çaxmaqlı, Marallı kimi yaşayış düşərgələri əsasında öyrənilmişdi. Orta Paleolit dövründə qədim insanların ətraf mühitə münasibətində, dini görüşlərində dəyişikliklər yaranmışdır.

Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdı. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir. Orta Paleolit d... övründən başlayaraq ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmaa başlamışdır.

2. QƏBİLƏ İCMASININ MEYDANA GƏLMƏSİ



Üst paleolit. Ağıllı insan. Paleolitin son mərhələsi üst paleolitdir. Üst paleolit təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə. 12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda çoxsaylı dəyişikliklər baş vermişdir. Azərbaycanın bir sıra bölgələrində Üst Paleolit dövrünün mağara düşərgələri öyrənilmişdir. İbtidai insanlar bu mağaralarda yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir.

Üst Paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının və s. nəsli kəsilmişdir. İnsanlar Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi vəs. ovlamışlar. İnsanların istifadə etdikləri uclu qaşovlar, biz, dairəvi, yarımdairəvi və uzun qaşovlar, gəzli (yəni kənara dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır. Üst Paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın («Homo Sapiyens») yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə (kinetik dillə-əl, dodaq hərəkətləri və s. hərəkətlərlə) başa çalırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyətinin artması şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu. Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, 5 təsərrüfat həyatı ilə bağlı tək-tək sadə ifadələrdən ibarət olmuşdur. Tədricən ayrı-ayrı ifadələrin birləşməsindən (iki-üç və s. sözdən) nisbətən mürəkkəb fikri ifadə edən səsli nitq – danışıq ünsiyyət vasitəsi yaranmışdır. Bu dövrdə ulu icma nəsli-qəbilə icması ilə əvəz olunmuşdur. Nəsli-qəbilə icmasının əsasını qan qohumluğu ilə bağlı olan insanların birliyi təşkil edirdi. Belə quruluş nəsli-qəbilə quruluşu adlanır. Nəsil qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması ana xaqanlığı (matriarxat) adlanır. Mezilit dövrü. Ox və kamanın kəşfi. Mezolit - Orta Daş dövrü Azərbaycan ərazisində e.ə. 12-ci minillikdən e.ə. 8-ci minilliyə qədər bir dövrü əhatə edir. Mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti olmuşdur. Qəbilələr halında birləşmiş insanların həyatında, dünyagörüşündə, ətraf aləmə münasibətlərində xeyli dəyişikliklər baş vermişdir. Yeni əmək alətləri yaratmış insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar. Mezolit dövründə ox və kaman ixtira edilmimşdir. Bu silahın köməyi ilə insanlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdilər. Onlar qida ehtiyatını artırmağa nail olmuş və tədricən heyvanları əhliləşdirməyə başlamışlar. İlk vaxtlar heyvanların balalarını qida ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai maldarlığın əsası qoyulurdu. Lakin heyvanların əhliləşdirilməsi çox uzun dövr ərzində mümkün olmuşdur. Mezolit dövründə ilk əkinçilik vərdişləri də yaranırdı. Ət ehtiyatının artması insanların ərzağa olan tələbatını qismən ödədiyinə... görə, toplanmış yabanı bitki toxumlarının da bir hissəsini ehtiyat üçün saxlayırdılar. Bu isə ibtidai əkinçiliyin meydana gəlməsinə şərait yaradırdı. Toxumun yerə tökülərək yenidən cücərdiyini müşahidə edən insanlar onu təkrar edərək yenidən məhsul əldə edirdilər. Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdu. Lakin istehsal təsərrüfatının formalaşması bir qədər gec – Yeni Daş dövründə başa çatmışdır. Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri («öküzlər», «Ana Zağa», «Firuz» və s.) əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq, balıqçılıq və yığıcılıqla, zaman keçdikcəisə maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Qədim Qobustanlılar mikrolif (kiçik ölçülü) lövhələrdən iti uclu, gəzli, bıçaqvari, qaşov tipli kəsici alətlər hazırlamışlar. Alətlərin çoxusu həndəsi formalıdır (üçbucaqlı, dördbucaqlı və s.). Sümükdən biz, ox ucu, balıq torunun toxunulmasında istifadə olunan alətlər hazırlamışlar. Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayaları üzərində həkk olunmuş qayaüstü rəsmlər ibtidai insanların dini görüşlərini, ətraf aləmə münasibətlərini əks etdirir. O dövrün bitki və heyvanat aləmi haqqında məlumat verir. Bu rəsmlər əsasında mezolit dövrü insanlarının ovsun-totem (heyvanlara inam) inamlarını, dini ayinləri ilə tanış olmaq mümkündür. Mezolit dövründə insanlar azirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına əmək alətləri, bəzək əşyaları qoymuşlar. Qobustanda «Firuz» düşərgəsindəki qəbirlərindən belə əşyalar tapılmışdır. 6

E.ə.8 minilliyin sonundan etibarən Azərbaycan ərazisində mezoliti neolit(yeni daş)dövrü əvəz etməyə başlamışdır.Neolit dövründə insan daşı cilalamağı və eşməyi öyrənərək daha rahat,məhsuldar,mükəmməl və çox komponentli alətlər(daş toxa və s.)düzəltməyi öyrənmiş,istehlak təsərrüfatından istehsala keçid başa çatmış,yığıcılıqdan əkinçilik,ovçuluqdan maldarlıq əmələ gəlmiş,toxuculq və dulusçuluq kimi yeni təsərrüfat və sənətkarlıq sahələri meydana gəlmişdir.Azərbaycan ərazisində neolit abidələri Damcılı, Qobustan, Naxçıvan (Kültəpə),Viləşçay, Xanlar, Ağdam (Çalağantəpə, Qarğalar təpəsi), Urmiya gölü hövzəsindəki Həsənli, Hacı Firuz,Yanıqtəpə yaşayış yerləri və Zaqros bölgəsində aşkara çıxarılmışdır.

E.ə. 8 minillikdən e.ə.6 minilliyin ortalarınadək Cənubi Qafqaz ərazisində davam etmiş neolit dövründə əkinçilik və maldarlığın inkişafı ilə yanaşı qəbilə icmasının təkamülü davam etmiş,ana xaqanlığı daha da möhkəmlənmişdir.Quzey Azərbaycanın Qobustan və başqa arxeoloji abidələrindən əldə olunmuş materiallar qadının neolit dövründə də ibtidai icmanın həyatında hökmran rol oynadığını, mezolit və neolit dövrlərində qadına pərəstişin mövcudluğunu sübut edir.Bütün bunlara baxmayaraq,neolitin sonundan etibarən qadının cəmiyyətdə yüksək mövqeyi tədricən zəifləmiş,ana nəsli tezliklə ata nəsli ilə əvəz olunmuşdur.

Neolit dövründə yaşayış düşərgələrində kollektiv dəfn etmə adəti yaranmış,əcdadlara sitayiş,axirət dünyasında həyatın mövcudluğuna inam olmuşdu.

Təxminən e.ə.6 minilliyin ikinci yarısından Azərbaycan ərazisində ibtidai icma öz inkişafının yeni tarixi mərhələsinə-eneolitə (mis-daş dövrünə) qədəm qoymuşdur. E.ə.4 minilliyin ortalarınadək davam etmiş eneolit dövründə qədim insan öz tarixinin ilk metalı olan misdən istifadə etməyə başlamışdır.Lakin mis çox yumşaq metal olduğundan ondan daha çox məişət və bəzək əşyaları hazırlamaq üçün istifadə edilmiş və mis əşyalar daş alətləri sıxışdırıb aradan çıxara bilməmişdir.Ona görə də bu dövr eneolit adını almışdır.

Şimali Azərbaycanın qərb,xüsusən də Dağlıq Qarabağ,Zəngəzur,Gədəbəy və Daşkəsən zonalarında mövcud olan zəngin mis yataqları əsdadlarımızın mislə ilk dəfə məhz burada tanış olduqlarını güman etməyə əsas verir.Lakin eneolit dövrünə aid olan məişət əşyaları və başqa məmulatlara,həmçinin Naxçıvan ,Mil, Muğan, Quba-Xaçmaz və Urmiya bölgələrində aşkara çıxarılmış eneolit dövrü məskənlərində də rast gəlinir.1 Kültəpə (Naxçıvanda), İlanlıtəpə (Ağdam yaxınlığında),Əliköməktəpə(Cəlilabad),Yanıqtəpə(Urmiya gölü hövzəsi) və s. bu kimi eneolit abidələri e.ə.5-4 minilliklərdə və sonrakı dövrlərdə istehsal təsərrüfatı ilə məşğul olan oturaq əhalinin həyatı,əkinçi və maldarlıq təsərrüfatı barəsində zəngin materiallar əldə etməyə imkan verir.

Bu dövrdə heyvandarlıq təsərrüfatı xeyli inkişaf etmiş,atçılıq meydana çıxmışdır(Əliköməktəpədə e.ə.5 minilliyə aid olan at skeletinin fraqmentləri tapılmışdır).Tapıntılar belə bir iddia irəli sürməyə imkan verir ki,Azərbaycan bütün Avrasiya materikində atçılığın ilk vətəni olmuşdur.Azərbaycanın qərb bölgələrində xırda,Muğan bölgəsində isə iribuynuzlu mal-qaranın bəslənilməsinə daha böyük yer verilmişdir.

Eneolit Azərbaycanda həmçinin toxa əkinçilyinin geniş yayıldığı dövr sayılır.Daş və sümük toxalarla çayqırağı münbit,qumsal torpaqlarda,digər asan şumlanan sahələrdə 10-a qədər arpa və buğda növü,habelə pərinc və s. yetişdirilirdi.Eneolit dövrünə aid Şomutəpədən Cənubi Qafqazda ən qədim oraq,Çalağantəpədə isə ən qədim sümük kürək (bel) tapılmışdır.

Eneolit dövründə sənətkarlıq istehsalı da xeyli inkişaf etmiş və daha da rəngarəng olmuşdur.Möhrə və çiy kərpiclə divarhörmə işi meydana çıxmış,divarların suvanılıb ağardılması və naxışlanmasına başlanılmışdır.Bu dövrdə ikigözlü dulus sobalarından (Əliköməktəpə) istifadə edilmiş,yüksək səviyyəli şirəli qablar mədəniyyəti formalaşdırılmışdır.

Mütəxəssislərin bir çoxunun fikrincə,eneolitdə qəbilə icması tarixinin patriarxal dövrü başlasa da,qadına sitayiş,ana kultu,onun nəsil başçısı və ocaq mühafizəçisi kimi dolğun ilahiləşdirilməsi geniş yayılmışdır.Bəzi müəlliflər isə məhz eneoliti ana xaqanlığının çiçəklənməsi dövrü hesab edirlər.

Maddi-mədəniyyət abidələri eneolit dövründə insanların dini görüşlərində də nəzərəçarpacaq dəyişikliklər getdiyindən xəbər verir.Bu dövrdə hələ də xüsusi qəbiristanlıq olmasa da,yenə də ölüləri çox vaxt evlərin arxası və ya içərisində basdırsalar da,dəfn adətlərində bir sıra yeniliklər müşahidə olunurdu.

Eneolit dövrünə aid məskənlərdən ilk küp qəbir aşkar olunmuşdur.Bu dövrdə ölünün üstünə qırmızı toz səpir,onu yanı üstə,bükülü vəziyyətdə basdırır,yanına silah və alətlər qoyurdular.

Ölkəmizin şimali-qərb hissələrindəki eneolit abidələri (Şomutəpə, Babadərviş, Töyrətəpə və b.) daha çox arxaik,neolitdən eneolitə keçid xarakteri daşıyırsa, Naxçıvan və Mil-Qarabağ zonalarının eneolit abidələri nəinki bu dövrün daha sonrakı və daha inkişaf etmiş dövrünü əks etdirməklə kifayətlənmir,onlarda həmçinin ilkin tunc mədəniyyətinin birinci rüşeymləri nəzərə çarpır.

Yuxarıda qeyd etdiyim kimi,mis yumşaq olduğundan ondan hazırlanmış alətlər dözümlü deyildi və daş alətləri tamamilə sıxışdırıb aradan çıxara bilməmişdir. Ancaq insanlar misə qalay(habelə qurğuşun,sürmə,məegümüş və s. kimi əlvan metallar)qataraq yeni,süni metal-tunc əldə etməyi öyrəndikdən sonra vəziyyət kökündən dəyişmişdir.Yeni metal kifayət qədər dözümlü idi,ondan hazırlanmış əmək alətləri tezliklə daş alətləri sıxışdırıb aradan çıxarmış və ibtidai icmanın tarixində daş dövrü başa çataraq öz yerini tunc dövrünə(e.ə. 4 minilliyin sonundan e.ə. 2 minilliyin axırlarınadək)vermişdir.

Azərbaycanda erkən tunc dövrü ilk növbədə Kür-Araz mədəniyyəti adləndırılmış,çox geniş əraziyə səpələnmiş arxeoloji abidələr kompleksi ilə səciyyələnir.Erkən tunc dövrü Azərbaycan ərazisində aşkara çıxarılıb öyrənilmiş Mingəçevir,Qobustan,Qazax,Xaçmaz,Təbriz,Qəbələ və s. abidələrində daha dolğun əks olunmuşdur. Bu dövrdə toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunur,taxıl əkinçiliyi daha da püxtələşir,kətan becərilməyə,təsərrüfatda qoşqu qüvvəsindən istifadəyə başlanılır,suvarma əkinçiliyinin və bağçılığının bünövrəsi qoyulurdu. Mükəmməl metal(tunc) alətləri tətbiqi nəticəsində əkinçilikdə əmək məhsuldarlığı xeyli yüksəlirdi.

Əkinçiliklə yanaşı,təsərrüfat həyatının digər mühüm sahəsində-maldarlıqda da mühüm dəyişikliklər baş verir.Xırda və iribuynuzlu mal-qaranın sayı artır,düzənlik,dağətəyi və dağ otlaqlarının sahəsi xeyli genişlənir,köçmə(yaylaq-qışlaq)maldarlığı meydana çıxır və maldarlıq təsərrüfatın əsas formasına çevrilirdi.

İlkin tunc dövründə sənətkarlıq da xeyli inkişaf etmiş,onun ayrı-ayrı sahələri-metal emalı,dulusçuluq,toxuculuq üçün yaşayış yerlərində xüsusi sahələr ayrılmasına başlanılmışdır.Gil qablar istehsalının həm çeşidi genişlənmiş,həm istehsal texnikası xeyli təkmilləşmiş,həm də məmulatların hazırlanma keyfiyyəti xeyli yüksəlmişdir. Mükəmməl metal və metaləritmə sahələri formalaşmağa başlamışdır. Ev tikmə üsulları da xeyli inkişaf etmişdir.Erkən tuncda ocaq yeri ortada və ya divara yaxın olan,yarımqazma və ya yerüstü tikilən dairəvi damlı evlərə üstünlük verilirdi.Torpaq döşəmələr şirələnir,bəzən də rənglənirdi.Bu dövrdə yaşayış məskənləri üçün seçilən yerlər və onlardakı tikililərin xarakteri göstərir ki,artıq erkən tunc dövründə insanlar öz yaşayış məskənlərinin müdafiəsi qayğısına qalmalı olmuşlar.Bir sıra yaşayış məskənləri müdafiə üçün daha yararlı olan hündür təpələrdə tikilmiş və onlar müdafiə hasarları ilə əhatə olunmuşdur (Göytəpə,Yanıqtəpə və s.). İlk ictimai əmək bölgüsünün başa çatması, maldarlıq əkinçilikdən ayrılaraq xüsusi təsərrüfüt sahəsinə çevrilməsi ilə meydana çıxıb genişlənməkdə olan mübadilə nəticəsində bəzi icmaların artıq müəyyən sərvət ələ keçirmək həvəsini,həm də onu qorumaq iradəsini ortaya qoymaya bilməzdi.Erkən tunc dövrünün belə möhkəmləndirilmiş yaşayış məskənlərinə istər Quzey,istərsə də Güney Azərbaycanda,istər düzənlik(Qobustanda Dairə yaşayış məskəni),istərsə də dağlıq rayonlarda (Kəlbəcər bölgəsində Dəlidağ məskənləri və s.)rast gəlinmişdir.

Erkən tunc dövründə icmanın ictimai həyatında baş vermiş ən böyük dəyişiklik patriarxal münasibətlərin hökmran mövqeyə yiyələnməyə başlaması idi.Xış əkinçiliyi və köçmə(yaylaq-qışlaq)maldarlığın təsərrüfat həyatında mühüm yür tutması ilə qadının iqtisadi həyatda rolu xeyli məhdudlaşmağa başlamışdır. Qadının xışın macından yapışıb şum etməyə gücü,uşaqları evdə qoyaraq həftələrlə sürünün ardınca arana, yaylağa və əkinə keçməyə imkanı yox idi.Təsərrüfat həyatında kişilər üstünlüyü ələ alır və bu üstünlük icmanın həyatında da birinciliyin tədricən kişilərin əlində cəmləşməsinə doğru aparırdı.Ana xaqanlığı öz yerini ata xaqanlığına verməyə başlamış və bu proses orta tuncda başa çatmışdır.

Erkən tunca aid Kəlbəcər qayaüstü rəsmləri,toxunma və boyanmış parçalar,cilalı qablar mədəniyyəti incəsənətin inkişafına dəlalət edir.

Bu dövrdə yaşayış yerlərindən kənarda salınmış qəbiristanlıqlar meydana çıxmış,kurqan qəbirləri,meyidlərin yandırılması adəti təşəkkül tapmışdır.

E.ə.2 minilliyin ilk yarısında ibtidai icmanın həyatında yeni dövr-orta tunc dövrü başlayır.Həmin dövrdə sənətkarlıq,xüsusən də metallurgiya,metal emalı, tikinti,dulusçuluq və s. xeyli inkişaf etmiş, Ön və Mərkəzi Asiya,Misir və s. bölgələrlə ticarət əlaqələri meydana çıxmışdır. Orta tuncda əmlak bərabərsizliyi yaranmış,qəbilə icmasından qonşu icmaya keçid baş vermişdir.Bu dövrdə güclü istehkam qurğularına,aydın seçilən məhəllələrə,su təchizatı sisteminə, möhkəm-ləndirilmiş qəsrlərə malik şəhərtipli məskənlər təşəkkül tapmışdır. Belə məskənlər sırasında Naxçıvan bölgəsində aşkara çıxarılmış 2 Kültəpə,Oğlanqala və b. yaşayış yerlərinin adları çəkilə bilər. E.ə.2 minilliyin ikinci yarısını əhatə etmiş son tunc dövründə qəbilənin həyatında mühüm və ictimai təbəqələşmə,əmlak sarıdan xeyli müxtəlif təlimatlı qrupların formalaşması daha aydın nəzərə çarpır.Göy göl,Tərtər,Ağdam rayonlarında aşkara çıxarılmış son dərəcə dəbdəbəli və zəngin kurqan qəbirləri son tunc dövründə tayfa əyanlarının son dərəcə böyük qüdrətə sahib olduqlarından xəbər verir.Bəzi hallarda dəfn kameraları 200-250 kvadrat metrə çatan məzarlara tayfa başçısı ilə bərabər nəinki bər-bəzək əşyaları,hətta tayfa başçısının nökərləri və kənizləri basdırılmışdılar.Bu fakt qonşu icmasının sosial düzümündə keyfiyyətcə tamamilə yeni vəziyyətdən xəbər verir.


Yüklə 28,69 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin