1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri



Yüklə 138,91 Kb.
səhifə1/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
  1   2   3   4   5   6   7   8   9   ...   76

1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri

1.Psixodiaqnostika haqqında ümumi məlumat

2.Psixodiaqnostikanın vəzifələri

3.Psixodiaqnostikanın əsas sahələri


1.Diaqnostika-yunan sözü olub (diaqnostikos) – “müəyyən edən” mənasını bildirir. Bu anlayış qədim Yunanıstanda ilk tibbi terminlərdən biri kimi işlədilirdi. Təbabətdə diaqnostika tibb elminin bir sahəsi, xəstəyə diaqnoz qoymaq üçün istifadə olunan müayinə üsullarından bəhs edir. Hazırda psixologiyada istifadə edilən diaqnostika anlayışı psixikanın hər hansı keyfiyyətinin tədqiqi məqsədiolə istifadə olunan metodları ifadə edir.Psixodiaqnostika- psixi inkişafın fərd və ya qrup tərəfindən əldə edilmiş səviyyəsini dəqiq qiymətləndirmək üçün istifadə olunan nəzəriyyə, metodologiya və metodika ilə bağlı xüsusi biliklər sahəsidir.

Daha konkret desək, psixodiaqnostika- praktik psixologiyanın insanın psixi aləminin sabit(təbii) və dəyişən(sosia) vəziyyətinin ölçülməsi vasitələrindən, qaydalarından bəhs edən sahəsidir. Praktik psixodiaqnostikadan real həyat situasiyalarında, konkret şəaritdə metodlar və metodikalar kimi istifadə edilir. Kliyentlə əlverişli qarşılıqlı təsir şəraiti yaratmaq üçün psixoloqun başlıca vəzifəsi tətbiq edəcəyi metodikanın nəzəri bazasını düzgün seçmək, etibarlılığını, uyğunluğunu təmin etmək, məzmununu və təyinatını dəqiq müəyyənləşdirməkdir.

İnsan fəaliyyətində təcrübi olan hər şey, onun sadə hisslərindən tutmuş mürəkkəb sosial-psixoloji proseslərə qədər hər bir psixi hadisə: tələbatların məzmunu, əqli proseslərin inkişaf səviyyəsi, idrak imkanları, şəxsiyyətdaxili və şəxsiyyətlərarası münasibətlər, bir sözlə, insanın daxili (psixi) və social həyatı ilə bağlı olan hər bir sahə psixodiaqnostikanın obyekti ola bilər. Bu baxımdan psixodiaqnostikanın məqsədi - psixikanın inkişaf səviyyəsinin, şəxsiyyətin psixoloji vəziyyətinin öyrənilməsi yollarını müəyyənləşdirməkdir.

Hər hansı halda insanlara kömək etmək üçün dəqiq diaqnozlaşdırma və bunun nəticələrinə görə korreksiya işi aparmaq lazım gəlir. Problemin xüsusiyyətinə görə, ya qısamüddətli, ya da uzunmüddətli korreksiya təyin oluna, yaxud konsultasiyalar aparıla bilər.Hansı metodla yanaşılmasından asılı olmayaraq, real psixoloji xidmət işində bir gerçəklik var: insanın düşdüyü vəziyyətdən çıxması üçün onda stimul yaradılmalıdır. Bir sözlə, psixoloq kliyenti özünüreabilitasiyaya hazırlamalıdır. Psixoloqun başlıca vəzifəsi bu yolda ona kömək etməkdir.




Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin