Konkret vəzifələr:
1) hər bir yaş mərhələsində şəxsiyyətin özünüqiymətləndirmə, özünütənzimetmə, özünüdərketmə və özünüreallaşdırmasının inkişaf xüsusiyyətlərini aydınlaşdırmaq-Şəxsiyyətin formalaşmasında özünüqiymətləndirmənin mövqeyi böyükdür. Özünü qiymətləndirmənin 3 əsas forması vardır. Bunlar aşağıdakılardır:
1) adekvat özünüqiymətləndirmə
2) aşağı salınan özünüqiymətləndirmə
3) şişirdirilmiş özünüqiymətləndirmə
Eyni zamanda özünüqiymətləndirmənin bir neçə psixoloji üsulları vardır: özünümüşahidə, özünütəhlil, özünə hesabat vermək, müqayisə.
2)”Mənlik şüur”unun inkişaf xarakterini müəyyənləşdirmək – mənlik şüuru sözün əsl mənasında yeniyetməlik və gənclik yaşlarında formalaşsa da, onun mənbəyi, qaynaları əvvəlki yaş dövrlərinə təsadüf edir. Mənlik şüurunun formalaşmasında ilk olaraq körpə uşaqların güzgüdə özünü tanıması məsələsi xüsusu önəm kəsb edir. Burada əsasən uşaq özünü nece görür, nə zaman tanımağa çalışır, necə reaksiya verir və s. kimi suallar ortaya çıxır. Bu proses körpəlikdən başlayaraq uzun müddət davam edir. Ən sonda isə uşaq bu prosesləri dərk edir və mənimsəməyə başlayır.
3) intellektual imkanları öyrənmək-İntellekt anlayışı elmi tədqiqatın obyekti kimi psixologiya elminə ingilis antropoloqu F.Holton tərəfindən XIX əsrin sonlarında gətirilmişdir. Ç.Darvinin təkamül təliminin təsiri altında olan Halton insanlarda istənilən fərdi fərqlərin əsas səbəbini irsiyyətlə şərtlənmiş cismani və psixi fərqlərdə axtarırdı. Haltona görə, intellektual qabiliyyətlərin bütün təzahürləri irsi cəhətdən şərtlənmişdir. Burada təlim-tərbiyənin və inkişafın digər xarici amillərinin rolu yoxdur və ya az əhəmiyyətlidir
.
F.Holtonun intellektin irsi cəhətdən şərtlənmiş qabiliyyət olması haqqında təsəvvürləri uzun onilliklər boyu hakim təsirə malik olmuşdur. Ona görə də ilk intellekt testlərinin yaradıcıları A.Bine, C.Kettel, L.Termen bu metodologiyanın təsiri altında olaraq belə hesab etmişlər ki, onlar inkişaf şəraitindən asılı olmayaraq mövcud olan anadangəlmə qabiliyyətləri ölçürlər. F.Holtonun tədqiqatları intellekt probleminə tamamilə yeni yanaşma modelinin əsasını qoymuşdur. İxtisasca antropoloq olmasına baxmayaraq, Holton insanların intellektual əlamətlərinin, psixi funksiyalarının eksperimental yolla öyrənilməsinin əsasını qoymuşdur. 1882-ci ildə Londonda kiçik laboratoriya yaradan Halton insanlara xidmət təklif edirdi. Onun laboratoriyasında istənilən adam pul ödəməklə özünün cismani (boy, əzələ gücü) həm də psixoloji parametrlərinin-xüsusən həssaslığının, obrazlı hafizəsi və hərəki funksiyalarının səviyyəsini yoxlada bilərdi. Sonralar bu cür ölçmələr intellektin psixoloji diaqnostikasının inkişafı sahəsində işlərin inkişafı üçün prinsipial əhəmiyyətə malik olmuşdur
4)fərdi xüsusiyyətləri ayırd etmək-fərdiyyətin inkişafı ilə bağlı olaraq yaranan problemlərin həlli praktik psixoloji xidmətin ənənəvi olmaqla yanaşı mühüm aktual məsələlərindəndir. Hər bir insan öz şəxsiyyətini mühitin tələbləri ilə, lakin fərdiliyini qoruyub saxlamaq instinktinin təsiri altında formalaşdırır. Psixoloqun vəzifəsi onlara kömək etmək, maraqlarının məzmununu, qabiliyyətlərinin səviyyəsini öyrənməklə, fərdiyyətin inkişaf imkanları, yaradıcılıq potensialı haqqında psixoloji məsləhət verməkdir.
5)psixi inkişafın təbii və sosial amillərlə qarşılıqlı əlaqəsini sistemləşdirmək-ekoloji-bioloji-psixoloji mənşəli vəziyyət: psixi inkişafın böhran mərhələlərində tələbatlar və social təcrübə arasındakı ziddiyyətdən qaynaqlanan əlamətlər, psixi inkişafın bu qanunauyğun əalmətlərinin ətrafdakılar tərəfindən qeyri-adekvat qiymətləndirilməsi, bioloji inkişafda: boy, çəki ratımında, gender sxemində yaranan problemlərlə bağlı olaraq özünüinkişaf bacarığının zəifləməsi, özünüistiqamətləndirmə marağının itməsi.
Sosial- psixoloji mənşəli vəziyyət: insanın əvvəlki həyat tərzinə zidd olan yeni şəraitə alışması zərurəti ilə üz-üzə qalması; əvvəlki şərait saxlanılmaqla yeni fəaliyyət və davranış tərzinin tələb olunması; yaşlıların həyati problemləri və d. səbəblərlə bağlı münasibətin dəyişməsi, bu dəyişmənin qəbuledilməzlik kimi qiymətləndirilməsi, nəticədə frustrasiya, qorxu, həyəcan vəziyyətinin yaranması; müvafiq yaş mərhələsində yeni fəaliyyətə alışmanın çətinliyi və fəaliyyətdə yaranmış yeni tələbatları ödəmək gücündə olmaması və s.
6)problemə müvafiq psixodiaqnostika metodikası işləyib hazırlamaq- ilk növbədə seçilmiş metodun köməyi ilə nəzərdə tutlan keyfiyyət, yaxud xassə dəqiq müəyyən edilir. Nəticələr həmin keyfiyyət və xassənin məntiqi mahiyyətinə uyğun olmalıdır. Ziddiyətli nəticə uşağın anormallığı, yaxud inkişafın sürətlə getməsi deməkdir. Eyni zamanda, öyrənilən uşaq haqqında kifayət qədər izahat olmadn onun praktik psixodiaqnostikasının metodikasını seçmək, yaxud biraşa diaqnostikaya cəlb etmək olmaz. Təxmini yanaşma psixodiaqnostika üçün yolverilməzdir.
İkinci növbədə obyektiv əlamətlər sistemli seçilməlidir. Bunun üçün uşağın inkişaf səviyyəsinə istinad edilir. Fenomenin özünəməxsus xüsusiyyətləri müəyyənləşdirilir. Obyektiv əlamətlər sisteminə daxil edilənlər uşağın əxlaqı, temperaamenti, qabiliyyətləri, xarakteri, ünsiyyət tərzi, iradəsi, hiss, emosiya, idrak imkanları və s.
Üçüncü mərhələdə seçilmiş əməliyyatlar üzərində iş aparılır. Hərəkət planı işlənir. Nəzərə tutulan işlər özündə müşahidənin gedişini aydın ifadə edən əməliyyat qaydaları ilə reallaşdırılır.
Dördüncü metodikanın tətbiqinin nəzəri məsələləri işlənir. Məsələn, əgər seçilmiş metod- sorğudursa bu halda suallar tərtib edilir, təlimat hazırlanır, şərh olunur, işin icrasına hazırlıq görülür.
Beşinci metodikanın müvafiqliyi, dəqiqliyi, etibarlılığı yoxlanılır.
Altıncı seçilmiş metodikaya müvafiq üsulla psixodiaqnostika aparılır.
Dostları ilə paylaş: |