1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri



Yüklə 138,91 Kb.
səhifə5/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   2   3   4   5   6   7   8   9   ...   76
Məsuliyyətlilik – mühüm iradi keyfiyyətlərdən biri olub, şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə sıx bağlıdır. Məsuliyyətliliyin əsasən borc hissinin, eləcə də cavabdehlik hissinin inkişafı ilə bağlı olması, sosial-mənəvi-psixoloji yetkinliyin göstəricisi kimi qəbul edilir.
İntizamlılıq – şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir. İnsanın fəaliyyət və ünsiyyət prosesində, mövcud sosial normalara, etalonlara və s. hörmətlə yanaşması, şəxsin intizamlı olmasını bildirir. Görkəmli alman filosofu İ.Kant – nizam-intizamın insanda vəhşiliyi ləğvetmə vasitəsi olduğunu göstərmişdir. İnsanların qrup və kollektiv şəraitdə birgə fəaliyyət göstərməsi, başqa səbəblərlə paralel olaraq intizamlılıq keyfiyyətinin dərk olunması ilə bağlıdır. İntizamlılıq – şəxsiyyətin işgüzarlığı və sosiallığının göstəricisidir. İntizamlılıq həm də əxlaqi qiymətdir.
İşgüzarlıq – mühüm iradi keyfiyyətlərdən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir. İşgüzarlıq, ardıcıllıq və icraçılıq bir-birilə sıx vəhdət təşkil edən keyfiyyətlərdir. Tənbəllik – işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır.
Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir. O, əsasən qərar qəbulunda və icra olunmuş işə görə cavabdehlikdə özünü göstərir. Müstəqil adam məsuliyyət hissinə, tənqidi ağıla, möhkəm əqidəyə və dərin inam hissinə malikdir. Müstəqillik ən mühüm iradi keyfiyyət kimi iradi işin həm intellektual, həm də icra mərhələsində təzahür edir. Başqa iradi keyfiyyətlər kimi, müstəqillik də sosial həyat şəraitindən, mühit və tərbiyədən asılı olaraq formalaşan psixi xüsusiyyətdir.
Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaq, təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir.
Səbrlilik. Psixologiyada iradənin təzahürü haqqında danışdıqda, elə ilk növbədə səbirli olmaq başa düşülür. Səbrli olmaq – iradi güc, təkidlilik, özünü ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir. Azərbaycan şer kəhkəşanının ən parlaq və sönməyən ulduzu böyük Sabirin dediyi kimi:
Hansı bir müşküldü kim, səbr ilə asan olmasın?
Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir (yunanca: abulia — qətiyyətsizlik)
Zəif iradəlilik – məqsədəuyğunluğun və yüksək niyyətlərin yoxluğudur. Zəif iradəlilər üçün özlərinin maraq dairələrini genişləndlirmək faydalıdır. İradə «lazımdır», iradəsizlik isə «istəyirəm» motivi ilə hərəkətə gəlir. Bernard Şou yazırdı: «İradə olmayan yerdə yol da yoxdur». Kibernetiklər iradəni həyati mübarizəni əks etdirən bir oyun anlayışı kimi təyin edirlər.

  • davranışın diaqnostikası və s. – diferensial psixofiziologiyada insanın psixikası iki aspektdə - məzmun baxımından və formal – dinamik istiqamətdə öyrənilir. Şəxsiyyətin istiqamətini, münasibələrini, əxlaqi görüşlərini, motivlərini və s. Təhlil edərkən biz psixikanı məzmun baxımından nəzərdən keçiririk. İnsanın sosial cəhətdən şərtlənən mühüm xasssələri ilə yanaşı dinamik xassələri də vardır. Psixikanın formal – dinamik aspektdə təhlili məhz bu xassələrin öyrənilməsini nəzərdə tutur.

    Dinamik xassə nədir? Dinamika sözünü necə başa düşək? Dinamika yunan sözüdür. Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də aşağıdakı mənada işlənir: bir şeyin hərəkət halı, inkişafının, dəyişilməsinin gedişi. Biz psixi fəaliyyətin dinamik xarakteristikası deyəndə, onun hərəkət halı üçün səciyyəvi olan xüsusiyyətləri nəzərdə tutacağıq.

    Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp, ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.

    Ədəbiyyat:

    1.Limunət Əmrahlı Bakı 2014

    2.Ə.S.Bayramov, Ə.Ə.Əlizadə Bakı 2009

    3. https://kayzen.az/blog/psixologiya/8173/%C5%9F%C9%99xsiyy%C9%99tin-iradi-keyfiyy%C9%99tl%C9%99ri.html




    Yüklə 138,91 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   76




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin