Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə74/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   70   71   72   73   74   75   76   77   ...   101
f.e.d. Adil ƏSƏDOV


Daosizmin feminin

xüsusiyyətləri

Oşoya görə fəlsəfə kişi, din qadındır. Eyni məntiqlə Qərbi kişi, Şərqi qadın hesab edənlər də çoxdur.

Görəsən, fəlsəfə və din, eləcə də Qərb və Şərq hansı xüsusiyyətləri, fərqlilikləriylə qadına və kişiyə bənzədilir? Sualımızı tərsinə də çevirə bilərik: Qadın və kişinin hansı xüsusiyyətləri var ki, fəlsəfə və dinlə, həmçinin Qərb və Şərqlə belə paralellər aparmaq mümkün olur?

Burada vurğu daha çox bənzətmə obyektlərinin üzərinə düşdüyünə görə sualımızın ikinci hissəsindən başlayaq.

İnsanların dünyagörüşündə, gerçəkliyi qavrama üsulunda, təfəkkür tərzində davranış və fəaliyyətlərində, problemlərə yanaşma metodunda, qadın və kişi cinslərinə xas olan müəyyən fərqliliklər mövcuddur. Bütün bu fərqliliklərin məcmusunu feminin və maskulin şüur, yaxud feminin və maskulin təfəkkür dixotomiyası kimi ümumiləşdirmək mümkündür.

Latın dilində “femin” – qadın deməkdir. “Femininlik” qadın cinsinə mən­­sub olan psixoloji xüsusiyyətlərin, əlamət və davranışların mə­na­landırılmasıdır. (“Femininlik” anlayışının “feminizm”lə əlaqəsi yoxdur.)

Daosizmin əsasını təşkil edən Yin-Yang kosmologiyası (in-yan) hər şeydən öncə feminin xarakteriylə idealist-platonik Qərb dünyagörüşündən və həyat tərzindən fərqlənir.

Matriarxatlıq zamanında meydana gəldiyi güman edilən Yin-Yang tə­li­minə görə feminin ünsür Yin maskulin ünsür olan Yangdan daha təsiredicidir.

Yin-Yang təliminin femininliyiylə Çin mədəniyyətinin bütün sahələ­rin­də qarşılaşmaq mümkündür. Bu təlimin inikası özünü gündəlik praktik hə­yatda, ev quruculuğunda (fen-şuy sənətində), təbabətdə, idmanda, mü­da­fiə və döyüş sənətində, musiqi, rəqs kimi sənət sahələrində, memarlıqda, hət­ta sevgi sənətındə də göstərir.

Çin mentalitetinin, dünyagörüşünün təməllərini aydınlaşdırmaq üçün, həm din, həm də fəlsəfə kimi gəbul edilən daosizmdə Yin-Yanq kosmolo­gi­ya­sının izahından başlayaq.



Dao hər şeyin qaynağı olan heçlikdir. Bu heçlik ikili obyektiv dünyanın, əksliklər dünyasının mənbəyidir. Bu obyektiv əksliklər feminin Yin və maskulin Yanq anlayışları ilə ifadə olunur. Yin və Yanq kosmologiyasının ehtiva etdiyi mənalar aşağıdakılardan ibarətdir:


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin