Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


Prof. Səlahəddin Xəlilov (baş redaktor)



Yüklə 1,29 Mb.
səhifə2/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   2   3   4   5   6   7   8   9   ...   101
Prof. Səlahəddin Xəlilov (baş redaktor).
AFSEA-nın və Redaksiyanın ünvanı:

Bakı AZ1014, Bülbül prospekti, 33

Tel.: (994-12) 498-17-45

Faks: (994-12) 598-13-01

E-mail: jurnal@felsefedunyasi.org


ISSN 1810-9047


©AFSEA, 2010

©Azərbaycan Universiteti, 2010




MÜNDƏRİCAT


REDAKSİYA ŞURASINDAN



Redaksiya Şurasından


Ön söz əvəzi:
İctimai və humanitar elmlər sahəsində

dönüş fəlsəfədən başlamalıdır

Bir ictimai-iqtisadi inkişaf səviyyəsindən yenisinə keçərkən, bir tə­rəf­dən bu yeni cəmiyyətin elmi-fəlsəfi səviyyədə dərk olunması, digər tə­rəfdən də, gələcək inkişaf istiqamətini müəyyənləşdirmək üçün proqnozlar ve­ril­mə­si vacibdir. Hər iki halda fəlsəfi fikir həlledici rol oynayır. İctimai ger­çəkliyi necə varsa eləcə öyrənmək istəsək, sosioloji tədqiqatlar ye­tərli olar­dı. Amma biz həyata keçirəcəyimiz gələcək planları da elmi-fəl­sə­fi təhlil əsa­sında qurmaq istəyirik.

Əgər sosiologiya yeni mərhələdə ictimai özünüidarə sisteminə keçmək üçün zəruridirsə, millətin daha geniş miqyaslı inkişaf perspektivləri ancaq tarix fəlsəfəsini yaxşı mənimsəmək hesabına müəyyənləşdirilə bilər.

İqtisadi sahədə ələdə olunan uğurlar yeni mərhələdə elm və təhsil sis­tem­lərinin də uyğun keyfiyyət səviyyəsinə qaldırılması üçün təminat ve­rir. La­kin biz elmdə yenidənqurma işlərinə başlamazdan əvvəl müasir dövr­də el­min funksiyalarını, imkan və vəzifələrini bir daha götür-qoy etməliyik.

Gözəl deyiblər ki, “yeni əslində yaxşı unudulmuş köhnədir”. Ona görə də, biz nəinki inkişaf etmiş Qərb ölkələrinin indiki mərhələdə tətbiq etdik­ləri metodologiyanı, habelə ötən əsrlərdə tətbiq olunmuş fəaliyyət üsullarını, texnoloji innovasiyaları da nəzərdən keçirməliyik. Çünki bir sıra sahələrdə biz Avropa səviyyəsinə çatsaq da, bəzi sahələrdə ötən əsrlərdə onların qar­şı­sında durmuş problemlərlə üzləşirik. Təzədən velosiped icad etməmək üçün biz tarixi dərindən öyrənməliyik. Həm də təkcə mülki tarixi deyil, elm və texnikanın da inkişaf tarixini mənimsəmək mühüm şərtdir. Belə güman edi­rəm ki, qabaqcıl ölkələrin keçdiyi inkişaf yolunun öyrənilməsi empirik sə­viyyədə həyata keçirilməməlidir. Çünki Qərbin öz ideoloqları və filosofları ta­­rixin dərslərini kifayət qədər incələyərək optimal inkişaf modelləri iş­lə­yib-ha­zırlamış və onları inkişaf etməkdə olan ölkələrə transfer etməyə çalışırlar. Lakin mənim fikrimcə, hər bir ölkənin ictimai inkişaf konsepsiyası onun öz alimləri tərəfindən hazırlanmalıdır.

İndi Azərbaycan sosialist və kapitalist düşüncələrinin görüşdüyü bir are­na, siyasi-ideoloji bir səhnədir. Biz uzun müddət sosializm cəmiyyətində ya­şamış, kommunizm idealını tərənnüm etmişik. İndi isə yeni iqtisadi mü­na­si­bətlərə keçməklə, kapitalizmin bir sıra dəyərlərini mənimsəyirik. Lakin söh­bət heç də bir ideologiyanın və dəyərlər sisteminin bütövlükdə və ta­ma­mi­lə ləğv edilərək, yerinə başqa hazır sistemin transfer edilməsindən get­mə­mə­lidir. Bəli, marksizm fəlsəfəsi qüsurlu təlim idi. Lakin onu sadəcə olaraq hər hansı bir müasir Qərb fəlsəfi təlimi ilə əvəz etmək də eyni dərəcədə yan­lış mövqedir. Deməli, onu bütövlükdə atmaq və ya əvəzləmək yox, məhz qüsurlu tərəflərini ortaya çıxarmaq lazımdır ki, bu da ciddi təhlil tələb edir.

Müasir dövrün tədqiqatlarında zaman, məkan və mühitin fəlsəfi prob­lem­ləri ictimai-siyasi gerçəklik müstəvisinə gətirilir. Digər tərəfdən isə in­san­ların real hiss və həyəcanları, mənəvi həyatı və bu həyatın maddi mühitlə qarşılıqlı əlaqəsini öyrənmək vəzifəsi də fəlsəfi elmlərin üzərinə düşür. İkin­ci halda sadəcə olaraq ümu­mi­dən xüsusiyə keçid tələb olunur. Ən ümu­mi qanunauyğunluqların, universal mü­nasibətlərin öyrənilməsi istənilən kon­kret şəraitdə baş verən hadisələrin müm­kün inkişaf istiqamətlərini proq­noz­laşdırmağa imkan verir. Yəni ümu­mi prinsipləri, sosial və mənəvi in­va­riant­ları bilmədən olduqca müxtəlif və spe­sifik təzahürlərin əslində hansı ten­densiyanı ifadə etdiyini müəy­yən­ləş­dir­mək çox çətindir.

Azərbaycan fəlsəfi fikrinin qarşısında duran başlıca və­zi­fə­­ləri qruplaşdırmalı olsaq, ilk növbədə ölkəmizdə mövcud ictimai ger­çək­li­yin el­­mi-nəzəri dəyərlən­di­ril­məsi problemi önə çıxardı. Biz demokratik dövlət qu­ru­­culuğunun məlum model­lə­rin­dən istifadə etsək də, onları eynilə təqlid edə bil­­­­mərik. Çünki məhz Azərbaycan reallığına uyğun model işlənib hazırlan­ma­­­­sa, heç bir başqa xarici ölkənin təcrübəsini transfer etməklə uğur qazanmaq müm­­­­kün deyil. Ona görə də çağdaş Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrinin ke­­­çid dövrünü yaşayan ölkələrin dövlət quruculuğu problemlərinə yönəl­dil­mə­sinə böyük ehtiyac var. Azərbaycanda dövlət quruculuğu fəlsəfəsinin əsası Heydər Əliyev tərəfindən qoyulmuş baza üzərində inkişaf etdirilməsi və son beş ildə bu sahədə əldə olunmuş praktik nailiyyətlərin nəzəri cəhətdən ümu­mi­ləş­dirilməsi milli demokratik dövlət modelinin işlənib hazırlanmasına imkan verir. Sadəcə olaraq bu model müasir politoloji konsepsiyaların tələblərinə də uyğunlaşdırılmalıdır.

Əlbəttə, Azərbaycanın fəl­sə­fi və ictimai-siyasi fikir tarixinin öyrənil­mə­si də öz aktuallığını saxlamaq­da­dır. Milli fəlsəfi irsin müasir dünya fəl­sə­fi fikrinin struk­tu­run­­da yer ala bilməsi im­kan­la­rı bir daha nəzərdən keçiril­mə­lidir. Bu məqsədlə Şərq fəlsəfəsinin spesifikasını, özü­nəməxsusluğunu da­ha dəqiq müəyyənləşdir­mək­­lə yanaşı, onun müasir Qərb fəlsəfəsi ilə mü­qa­yisəli təhlilinə böyük ehtiyac ya­­ranmışdır. Belə ki, guya ta­rixdə qalmış ki­mi görünən bir sıra fəlsəfi təlimlər və ideyalar indi göz­lə­nil­mə­dən xüsusi ak­tu­allıq kəsb edir. Müasir Qərb filo­sof­la­­rının, bir tərəfdən, qədim hind-cin fəl­səfəsinə; daosizm, dzen-buddizm, kriş­na­izm və s. təlimlərə, digər tərəf­dən orta əsr İslam fəlsəfəsinə, xüsusən sufizm və iş­­raqilik təlimlərinə xüsusi diq­qət yetirilməsi heç də təsadüfi deyil.

Jurnalımızın bu sayında müasir ictimai-siyasi həyatımızla bağlı olan məqa­lələrlə yanaşı, fəlsəfə tarixinə də geniş yer verilmiş, xüsusən, hind-çin fəlsəfəsinin daha dərindən öyrənilməsi üçün o dövrün ilk mənbələri dilimizə tərcümə olunmuş və bu sahədə araşdırma aparan gənc tədqiqatçıların məqalələrinə yer verilmişdir. Həmişə olduğu kimi, bütün türk dünyasının maraq dairəsinə uyğun olan tədqiqatlar da bu nömrədə işıq üzü görür. Jurnalın coğrafiyası getdikcə genişlənir.

Təsadüfi deyildir ki, ötən ildə jurnalın beynəlxalq miqyasda tanınması istiqamətində daha bir addım atılmış, Azərbaycanda ilk dəfə olaraq ictimai elmlər sahəsində jurnal beynəlxalq reytinq təsnifatında yer tutmuş, İndex-Copernicus təşkilatı tərəfindən qeydə alınmışdır.

Əlamətdar haldır ki, jurnalımızın müəllifləri sırasına getdikcə daha çox gənc tədqiqatçı daxil olur. Onlar təkcə empirik-sosioloji tədqiqatlarla ki­­fayətlənməyərək, nəzəri problemlərin və fəlsəfə tarixinin çox ciddi məsə­lə­lərinə müraciət edir və xarici dillərdən istifadə etdiklərinə görə, Azər­bay­can elmi-fəlsəfi fikrinin dünya elmi məkanına inteqrasiyasına xidmət edirlər.

Gənclərin hətta marksizm fəlsəfəsinə də kor-korana inkarçı mövqedən ya­naşmayaraq, elmi-tənqidi münasibət bəsləmələri və onun pozitiv cəhət­lə­rin­­dən müasir dövrün ictimai-siyasi mənzərəsinin yaradılmasında istifadə et­mə­yə çalışmaları təqdirəlayiq haldır.

İslam fəlsəfəsinin tarixinə müasir Qərb fəlsəfi fikir ənənələri səviyyə­sin­dən nəzər salınması, İslam düşüncəsinin inkişaf mərhələlərinin dəqiqləş­di­rilməsi, təsəvvüfün ayrı-ayrı nümayəndələrinin həyat və yaradıcılığının, fəl­səfi mövqelərinin geniş şərhi imkan verir ki, gələcəkdə bu sahədə beynəl­xalq miqyaslı müzakirələr keçirilsin və Bakı daha bir planda İslam dünyası­nın ən mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu isbat etsin.

Jurnalımızda akademik üslubda yazılan məqsədlərlə yanaşı, esse jan­rın­da məqalə­lə­rin də çap olunması müəlliflərimizə öz elmi platformaları ilə yanaşı, hiss və həyəcanlarını, təəssüratlarını da fəlsəfi ümumiləşdirmələr şəklində ifadə etmək imkanı yaradır.

Tərcümə rubrikasında böyük Pakistan filosofu Məhəmməd İqbalın “Di­­ni düşüncənin ye­nidən qurulması” adlı əsərinin son fəsli də dərc olun­muş­dur. Yaxın gələcəkdə M.İqbalın əsəri AFSEA tərəfindən ayrıca kitab halında nəşr ediləcəkdir.

Elmi-tədqiqat işlərinin mövzuları və problematik xarakteri göstərir ki, noyabr müşavirəsində qoyduğumuz məsələlərə fəal münasibət vardır və ölkəmizdə humanitar və ictimai elmlər sahəsində yenidənqurma işləri davam edir. Bir şey danılmazdır ki, ictimai və humatitar elmlər sahəsində dönüş fəlsəfədən başlamalıdır.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin