Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə81/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   77   78   79   80   81   82   83   84   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Gülşat:

Gejənin yarısında, şirin yuxuda

Bu nə idi araya gəldi, bu çağlar

Özüm xanamda nurağımda

Bağrım başını dəldi bu çağlar.
Qarı nənə bu sizdə nə ədətdi

Bizdərdə qonağa hürmət, izzətdi

Bu əciz qul, qul Məhəmməddi

Bunu apar, onu gəti bu çağlar.


Dərin-dərin dəryalara dalan kim oldu

Siyah zülfü, beldən alan kim oldu

Gülşat xanım qəmdən az alan kim oldu

Deyir ki, Moğum gəlif bu çağlar.

Gülşat sözünü tamam eliyəndə qarı onun yanına gəlif afalatı baş­dan-başa nağıl elədi. Gülşat hər təər olsa gərək bu axşam Mo­ğum şahı buraya gətirəsən, dedi. Çünki onnan baravar bu işə bir tədbir çəkək. Qarı göz üsdə, deyif öyünə gəldi. Gülşatın de­diy­lərini ona söylədi. Moğum şah bir təər Gülşatın yanına apa­rıl­masını qarıya bəyan elədi. Vaysa Moğum şaha qız paltarı gey­di­rif bir gizdin yerdən onu Gülşatın yanına apardı. İki söy­gülü bir-birinnən görüşdüydən sora qarı, Məhəmməd, Gülşat və Mo­ğum şah bir yerdə bir belə təybir çəkdilər.

Vaysa qarı irəli duruf dedi:



– Bilin və agah olun, Gülşatın anası yaxınnan ölüf, onun qav­rı­­nın üstündə gümbəz olduğunnan mən qızımın paltarında Mə­həm­mədi bu gejə aparıf, haman gümbəzin içinə qoyaram. Savah gəlin atdanıf qavırsannığın qırağınnan Cadı şəhərinə gedən vaxt mən deyərəm: Ay hazarat, bir az əylənin, Gülşatın anası təzə ölüf­dü. Odu ki, Gülşat anasını ziyarat eləməy isdəyər. Mən apar­ram anasının qavrını ziyarat eləsin, genə gətirim. Onda yəqin ki, hamı ira­zı olajax. Elə ki, mən Gülşatı oraya apardım, munun pal­tarını Mə­həmmədə. Məhəmmədin paltarını da muna geydirrəm.

Gülşat gümbəzdə qalar, Məhəmmədi gətirif kəcavədə otur­da­­ram. Olar Cadı şəhərinə gedəllər. Gülşat da təzək yığa-yığa mə­nim öyümə gələr.

Vaysa qarının bu təybirinə hər dördü afərin deyif, irazı ol­du­lar. Bu zaman qarı öz təybiri üzərə Məhəmmədi aparıf güm­bəzə qoydu. Özü də qayıdıf Gülşatın öyünə gəldi.

Moğum şah Gülşatnan halallaşıf Vaysanın öyünə getdi. O tə­rəfdən savah olan kimi kəcavələr tərtif verif Gülşatı başını kə­niz­dərinnən kəcavədə əyləşdirdilər. Bu zaman Mustafa xan və ba­şının adamları Xamuy xan və Xanbalıx əhli ilə görüşüf Cadı şə­hərinə tərəf yola düşdülər. Bular qavırsannığın yanınnan ke­çən­də Vaysa qarı hilə yolunnan:

– Ay camaat, Gülşatın anası təzə öldüyünnən onun qavrını zi­­yarat eləməy istiyir. Hərgah irazı olsanız mən aparım ziyarət elə­­sin, genə özümnən baravar gətirim.

Mustafa xan can-başnan aparmağa irazı oldu. Bu zaman Vay­­­sa qarı Gülşatnan baravar gümbəzə gəldi, dərhal Gülşatın pal­­­tarını Məhəmmədə, Məhəmmədin paltarını da Gülşata gey­di­­rif, Gülşatı güm­bəzdə qoydu. Məhəmmədin isə başını, gözünü ör­­tüf cama­ha­tın içinə aparıf kəcavədə əyləşdirdi. Mustafa xana “Allah gəlinini boya-başa çıxartsın” deyif oları Cadı şəhərinə yo­la salıf, özü də öyü­nə gəldi. O yannan Vaysanın qızının pal­ta­rında təzək yığa-yığa Vaysanın öyünə gəldi. Bu vaxt Moğum şahnan Gülşat Vay­sa­nın öyündə keyfə-damağa məşğul oldularsa da, əmbə Mə­həm­­mə­din intizarını çəkirdilər. O tərəfdən Mustafa xan başının at­dılarınnan gejə-gündüzə salıf bir müddətdən sora Cadı şəhərinə ye­tişdilər. Adətləri üzrə Məhəmmədi toy otağına apardılar və ax­şam olan kimi Mahmıt xan toy otağına girdi.

– Ay nazənin Sənəm, sənin üstündə nə qədər zəhmət, mə­şəq­­qət və eşq bəlası çəkmişəm. Gəl bir qol-boyun olax.

Məhəmməd bu sözü eşidif üzünü-gözünü bürümüş ağlaya-ağlaya:

– Mənim anam təzə ölüf, özüm də yol yorğunuyam. Hələ ma­­­na yaxın gəlmək olmaz, yox hərgah yaxın gəlsən o zaman yə­qin bil ki, əlimdəki zəhərnən özümü həlak edərəm.

Mahmıt xan gərək, sən diləyinə nail olmax üçün mənim də ürə­­yim şad ola, onu bil ki, iş-işdən keçif, daha mən səninəm, əm­­­­bə savır eləməy lazımdı. Nejə ki, atalar deyir: “Savırnan hal­va pişər ay qora sənnən, bəsdəsən atlas olar tut yarpağınnan”. Sən bir böyük mahalın xanısan, gərək hər qəlbidan xavardar ol­san, nədənsə o mərtəvə səndə yoxdu. Bu sahat mən bilmirəm yər­­dəyəmmi, göydəyəmmi. Bu halda sən “keçi can qayğısında, qəs­səf piy axdarar” sayağı məni incidərsən.

Mahmıt xan Məhəmməddən bu sözdəri eşidif naəlaj onun de­diklərin qavıl elədi.

– Mən on günün seyahatına gedərəm. Sən həm anayın yasını tut, həm də yol yorğunnuğunu al, gələndə ray verməlisən – dedi.

Məhəmməd söyünüf irazı olmağını ərz elədi.

Mahmud xan bajısı Səlminaza Məhəmmədi tapşırıf bir neçə at­­dıynan on günün seyahatına çıxdı. Səlminaz qardaşının tapşı­rı­ğı­na görə hər gejə əmbə onda heç bir qız hərəkəti görmürdü. Gə­nə həmişəki qaydaynan bir gejə Məhəmmədnən yatanda bu sirri bil­­­mək üçün Məhəmmədi yuxuya verib, onun bütün bədə­nini yox­­­luyanda nə gördü, qız nə gəzir. Bir oğlandı ki, görəsən: xəd­di xalı bənəfşə kimi, boyu sərv ağacı, yəni on yeddi-on sək­kiz ya­­şına yenijə girif. Səlminaz halı belə görəndə dəli divana bir yan­nan ağlar, bir yannan gülər, qəlbli bu dillərnən Məhəm­mədi yu­xudan oyadır:


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin