Azərbaycan Hava Yolları” qsc milli Aviasiya Akademiyası “Aviasiya Meteorologiyası” kaedrası



Yüklə 153,57 Kb.
səhifə1/3
tarix21.03.2022
ölçüsü153,57 Kb.
#114927
  1   2   3
Əhmədov Rövşən serbest verifikasiya


Azərbaycan Hava Yolları” QSC

Milli Aviasiya Akademiyası

Aviasiya Meteorologiyası” kaedrası

Hava proqnozlarının verifikasiyasının müasir metodlarla qiymətləndirilməsi

Mövzusunda:



Sərbəst iş1

Fakultə:Hava Nəqliyyatı

Fənn: Beynəlxalq aeronaviqasiyanın meteoroloji təminatı

Qrup:1128a

Muəllim: Qədimova İnara

Tələbə:Əhmədov Rövşən

Baki 2022

Hava proqnozlarının verifikasiyasının müasir metodlarla qiymətləndirilməsi



Verifikasiya - bir sıra şərtlər nəzərə alınarsa, müəyyən bir nəticənin baş verəcəyi barədə bir fərziyyədir. Nəticəsi təyin olunmayana qədər hər hansı bir eksperiment tamamlanmış hesab edilmir. Eyni şəkildə, proqnozun müvəffəqiyyətli, etibarlı olub-olmadığını müəyyən edənədək, bir proqnoz eksperimenti tam özünü doğrultmuş hesab edilə bilməz. Yəni bir sözlə, verifikasiya - proqnozların özünü doğrultması deməkdir.

Operativ təcrübədə proqnozların ödənişliyinə nəzarətin bir neçə metodu mövcuddur. Buna misal olaraq, Met-Alliance (Avstriya, Almaniya, İrlandiya, Hollandiya və İsveçrə), Birləşmiş Krallıq metodu, Kanada metodu, NOAA metodu və s. qeyd etmək olar. MET-Alliance metodunun təqdimatı ilk dəfə Meteorological Group / 18-in 2008-ci il iclasında keçirilmişdir. Bu metod TAF proqnozlarının standart yoxlama sxemi kimi geniş istifadə üçün təklif olunmuşdur.



1



MDB ərazisində Sankt-Peterburq Radar Meteorologiya İnstitutu (İRAM) tərəfindən hazırlanan proqram istifadə olunur. Bu metod MDB-nin bütün hava limanlarında işləyir. Ödənişliyin qiymətləndirilməsi üzrə avtomatik verifikasiya proqramı (İRAM) Sankt-Peterburq Radiometeorlogiya İnstitutu tərəfindən hazırlanıb. 9 və 24 saatlıq müddətlər üçün TAF proqnozlarının ödənişliyini qiymətləndirir.Hava proqnozlarının verifikasiya üsullarından biri də SAVAF verifikasiya saytıdır. SAVAF, təsdiqi keyfiyyətin fərqli göstəricilərini əldə etmək mümkün olan, qətiyyətli cədvəllər və nəticələrdən ibarət olan təsnifat sistemlərindən istifadə edən bir sistemdir. SAVAF, hər bir proqnoz elementi üçün xüsusiyyətlərin ehtiyat masalarını ayrı-ayrı təşkil edir.

2

Hər bir saat üçün maksimum / minimum proqnozlaşdırılan və müşahidə olunan proqnoz qruplarının (FM, BECMG, TEMPO) özünü doğrultmasını özündə cəmləyir.Hava proqnozlarının verifikasiya üsullarından bizə tanış olan bir neçə avtomatlaşdırılmış cihaz, avadanlıq və proqramlar vardır ki, bunlardan biri Sankt-Peterburq Radar Meteorologiya İnstitutu tərəfindən hazırlanan İRAM proqramıdır. Bu metod MDB-nin bütün hava limanlarında işləyir. Ödənişliyin qiymətləndirilməsi üzrə avtomatik verifikasiya proqramı (IRAM) 9 və 24 saatlıq müddətlər üçün qiymətləndirilmişdir. Heydər Əliyev hava limanında Radar Meteorologiya İnstitutu (IRAM) tərəfindən hazırlanmış avtomatik yoxlama sistemi də təqdim edilmişdir. Bu sistem Azərbaycan Respublikasının bütün aeroportlarının proqnozlarının yoxlanılmasına imkan verir.



Proqnozların ödənişliyi aşağıdakı elementlər üzrə qiymətləndirilir:

Küləyin istiqaməti (ddd)

Küləyin sürəti (ff)

Görünüş məsafəsi (VVVV)

Buludların aşağı sərhədinin hündürlüyü (hs hs hs)

Təhlükəli atmosfer hadisələri (ОЯП)

Yağıntılar

Yekun ödənişlik (%)

TAF proqnozunun (İCAO – a uyğun olaraq) kriteriyaları

Meteoelement

Proqnozun dəqiqliyi

Ödənişlik (%)

Küləyin istiqaməti

±20°

80% hallarda

Küləyin sürəti

±10 km/saat (5düyün, 3 m/s)

80% hallarda

Küləyin şiddəti

Kriteriya yoxdur

80% hallarda

Görünüş məsafəsi

800m-ə qədər ±200 m

800-dən 10km-ə qədər ±30%



80% hallarda

Atmosfer hadisəsi

Hə, yox

80% hallarda

Buludluğun miqdarı

BKN və ya OVC

450 m- 3000 m



70% hallarda

Buludun hündürlüyü

300 m-ə qədər ±30 m

300m-dən 3000 m-ə qədər ±30%



70% hallarda

Ayrı-ayrı halların tədqiqatı zamanı, müşahidə edilən şərait, proqnozlaşdırılan şəraitdən daha pis (buludların aşağı sərhəddinin hündürlüyü və proqnozlaşdırılandan aşağı görünüş, proqnozlaşdırılandan yuxarı küləyin sürəti və s.) olarsa, vəziyyəti öyrənmək üçün, buraxılmış hadisələrin tezliyi (ehtimalı) - Nmiss hesablanır:


Yüklə 153,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin