Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutunun 2015-ci IL üçün hesabat I



Yüklə 3,97 Mb.
səhifə16/20
tarix22.03.2020
ölçüsü3,97 Mb.
#102343
1   ...   12   13   14   15   16   17   18   19   20

MULTİMEDİA MƏRKƏZİNİN FƏALİYYƏTİ



  • AMEA və İnstitutda keçirilən müxtəlif tədbir və konfranslarda yüksək keyfiyyətli video çəkilişlər aparılmış, video materiallar hazırlanmış və nəşriyyat işləri həyata keçirilmişdir.

  • İnstitut kompüter qrafikası, animasiya və dizayn sahəsində dünya standartlarına uyğun ən müasir rəqəmsal mətbəə avadanlıqlar və proqram təminatı ilə təchiz olunmuş və müxtəlif poliqrafiya işləri görmüşdür.

  • Dünyada və institutda informasiya texnologiyaları sahəsində baş verən yeniliklərin toplanması və İNFO TV–də nümayiş olunması işləri həyata keçirilmişdir.

  • AMEA-nın “Elm TV” İnternet televiziyasının fəaliyyəti təşkil edilmiş və kontentlə təmin edilmişdir.

  • AMEA-nın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən və zəngin bazaya malik olan foto, video materialların istifadəsinin təşkili üçün Multimedia qalereyası yaradılmışdır.

  • İnstitutun əməkdaşlarının 13 kitab, tədris materialı və metodik vəsaiti çap edilmişdir.

  • İnstitutun “İnformasiya Texnologiyaları Problemləri” və ”İnformasiya Cəmiyyəti Problemləri” adlı iki jurnalı nəşr olunur.





  1. BEYNƏLXALQ ELMİ ƏMƏKDAŞLIQ



  • İnstitut GEANT Assosiasiyasına daxil olan 45-dən çox təşkilatla elektron elm sahəsində intensiv əməkdaşlıq edir.

  • İnstitut Avropa Komissiyasının EaPConnect layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən regional elm və təhsil şəbəkəsinin yaradılmasında iştirak edir. Avropa Komissiyasının maliyyə dəstəyi və GEANT Assosiasiyasının koordinasiyası ilə reallaşdırılan EaPConnect layihəsinin əsas hədəfi Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm və təhsil şəbəkələri infrastrukturu yaratmaq və Pan-Avropa yüksək sürətli elm və təhsil şəbəkəsinə qoşulmaqdır.

  • İnstitut 50-dən çox ölkə və 100-dən çox təşkilatla əməkdaşlıq edir.

  • Keçirilən görüşlərdə 4 ölkədən 15 alim və mütəxəssis iştirak etmişdir.

  • İnstitutun 15 əməkdaşı 12 xarici quruma səfər etmişdir.

  • İnstitut 2 xarici təşkilatla yeni əməkdaşlıq müqaviləsi bağlamışdır.


Xarici təşkilatlarla birgə keçirilən görüşlər
Böyük Britaniyanın “MTİ” şirkətinin “TransTech Capital” (TTC) fondunun baş partnyoru Simon Robeson, icraçı partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid Livesli Mahmud Sinoplu ilə görüş keçirilmişdir (10.03.2015)

“Elsevier” beynəlxalq elmi bazasının Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ayhan Akanay Saracoğlu və Rusiya, Ukrayna və Belarus üzrə nümayəndəsi Marat Fatkhoulline ilə görüş keçirilmişdir. (02.06.2015)

Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzinin rəhbəri, Moskva Fizika-Texniki İnstitutunun “Paylanmış hesabla-malar” kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Aleksandr Afanasyev ilə görüş keçirilmişdir. (01.09.2015)

İslam Əməkdaşlıq Ölkələrinin Yüksək Texnologiyaların İnkişafına Dəstək Assosiasiyasının sədri Məcid Zənquyi ilə görüş keçirilmişdir (10.09.2015)


Xarici təşkilatlarla bağlanmış müqavilələr


  • Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu

  • GEANT Assosiasiyası

  • Elektronika və Telekommunikasiya Araşdırma İnstitutu, Koreya

  • Belarusiya Milli Elmlər Akademiyası Birləşmiş İnformatika Problemləri İnstitutu, Belarusiya

  • Avrasiya Milli Universitetinin İnformasiya Texnologiyaları fakultəsi, Qazaxıstan

  • Cənub-Qərb Dövlət Universiteti, Rusiya

  • REA Sistemli Analiz İnstitutu, Rusiya







  1. Yüklə 3,97 Mb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin