Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının əsərləri, 2014, XII cild



Yüklə 0,71 Mb.
səhifə4/10
tarix01.01.2022
ölçüsü0,71 Mb.
#105964
1   2   3   4   5   6   7   8   9   10
Şək.1. Quercus castaneifolia C.A.Mey.
Fagaceae. Quercus castaneifolia C.A.Mey. – Şabalıdyarpaq palıd bütün dağ qurşaqlarında geniş yayılmışdır. Ənənəvi təbabətdə qabığı və qozaları daha çox istifadə olunur. Aşı maddələrinin miqdarı qabığında 16-25%, qozalarında 14-19% (müt. quru mad.) təşkil edir. Qabığının dəmləməsi mədə-bağırsaq xəstəlikləri vaxtı, katar, qarınişləmə və qarın ağrıları, zəhərlənmələr vaxtı antiseptik vasitə kimi istifadə edilir [4]. Qozalarının, qabığının və yarpaqlarının dəmlənməsi dəri yanıqlarında, qozalarından hazırlanmış surroqat dizenterya zamanı yaxşı nəticə verir. Floemasının şirəsinin tərkibində B1, B2, C, H vitaminləri, panoten turşusu vardır.

Hamamelidaceae. Parrotia persica (DC.) C.A.Mey. – Dəmirağac. Düzən və dağətəyi qurşaqda geniş yayılmışdır. Ənənəvi təbabətdə yarpağı istifadə olunur. Yarpaqları təzə əzilmiş şəkildə yara sağaldır. Meyvələri təbii yağ mənbəyidir [2].

Juglandaceae. Pterocarya pterocarpa (Michx) Kunth. – Qanadmeyvə yalanqoz. Adətən çay qıraqlarında yayılmışdır. Təbabətdə mədə xəstəlikləri, skorofulez və difteriya vaxtı [3] qabığının və yarpaqlarının cövhərindən və suda dəmlənməsindən istifadə olunur.






Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin