Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Hal-hazırda bu binada Azərbaycan Dövlət İqtisad Universiteti yerləşir. 3



Yüklə 0,68 Mb.
səhifə25/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   21   22   23   24   25   26   27   28   ...   96
2. Hal-hazırda bu binada Azərbaycan Dövlət İqtisad Universiteti yerləşir.

3. Bakıda 1888-ci ildən fəaliyyət göstərən sənət məktəbi 1896-cı ildə orta texniki məktəbə çevrildikdə H.Z.Tağıyev bu iş üçün 3500 rubl ayırdı; belə ki, şəhər rəh­bərliyi məktəbin qulluqçularına əməkhaqqı üçün maliyyə nəzərdə tutmamışdı. 1897-ci ildən H.Z.Tağıyev məktəbin fəxri hamisi olmuş və həmin ildən mütəmadi olaraq bu məktəbə maddi yardım göstərmişdi. 1898-ci ildə orta texniki məktəbə bina tikmək üçün şəhər Duması Hacının təkidi ilə 150000 rubl ayırmışdı. 1901-ci ildə H.Z.Tağıyev təhsil müəs­sisəsinin ehtiyacları üçün 6600 rubl vermişdi. Daha sonra o, Mur­tuza Muxtarovla birgə öz hesablarına kimya labo­ra­to­ri­yası açdırdı. Bu laboratoriya “Həqiqi mülki müşavir Tağı­yevin kimya laboratoriyası” adlandırıldı. Məktəbin bina­sında indi Azərbaycan Dövlət Neft Aka­demiyası yerləşir.

4. Cəfər Cabbarlı (1899-1934) – Azərbaycan şairi, yazıçısı, dramaturqu. Lirik və satirik şeirlər, sosial ədalət­sizliyi tənqid edən hekayə və pyeslər müəllifi olan C.Cab­barlı XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq sima­larından biri idi. Yazdığı əsərlərdə yazıçının yaradıcılığının başlıca mövzularından olan şəxsiyyət azadlığı və milli azadlıq idealları tərənnüm edilir.

5. Həsən bəy Məlikov (Zərdabi) (1842–1907) – alim, pedaqoq, publisist. Moskva Universitetini elmlər namizədi diplomu ilə bitirən ilk müsəlman. Maarif işinin təşkilində böyük təcrübəyə malik olan H.Zərdabi geniş pedaqoji fəa­liyyətlə məşğul idi. Bakı şəhər dumasının məktəb komis­siyasının, Mariinski gimnaziyasının Hamilər Şurasının üzvü seçilmişdir. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoy­muşdur. H.Zərdabi H.Z.Tağıyevin ictimai mövqeyinin formalaşmasına böyük təsir göstərmiş, onun xeyriyyəçilik və maarifçilik fəaliyyətinin müəyyənləşməsində mühüm rol oy­na­mışdır. Belə ki, H.Z.Tağıyevin qız məktəbinin layihəsi 1896-cı ildə H.Zərdabinin Bakı qubernatoruna təqdim etdiyi layihə əsasında tərtib olunmuşdu.

6. Qoçular – bəzi varlı azərbaycanlıların şəxsi müha­fizəçi qismində saxladığı silahlı şəxslər. Bəzi Azərbaycan ədib­ləri və tarixçiləri guya H.Z.Tağıyevin də öz yanında qoçular saxladığı və hətta onlardan öz müəssisələrində çalı­şan fəhlələrə divan tutmaq üçün istifadə etdiyi barədə əsas­sız mülahizələr irəli sürürdülər. Lakin A.Şaiqin və H.Z.Ta­ğıyevin digər müasirlərinin çoxsaylı şahidlikləri bu arqu­ment­ləri tam təkzib edir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin