Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə1/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
  1   2   3   4   5   6   7   8   9   ...   96


Azərbaycan Milli Elmlər Akademiyası

Milli Azərbaycan Tarixi Muzeyi

MÜASİRLƏRİ

HACI ZEYNALABDİN TAĞIYEV

HAQQINDA

Bakı - 2013





AMEA Milli Azərbaycan Tarixi Muzeyinin

Elmi Şurasının qərarı ilə nəşr edilir

Elmi redaktor: akademik Nailə Vəlixanlı


Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında.

Tərtib edəni: Fərhad Cabbarov


Kitabda görkəmli xeyriyyəçi-mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanmışdır. Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdirən həmin xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaqdır.

Bakı,”Ziya” NPM, 2013 206 s.

ISBN 978-9952-404-41-8








Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqı üçün böyük işlər görmüşdür. Onun xatirəsi bizim üçün çox əzizdir. Mən şəxsən onun gördüyü işlərə çox yüksək qiymət verirəm. Onun kimi şəxsiyyətlər Azərbaycan xalqını o dövrdə lazımi səviyyədə təmsil etmişlər. Əlbəttə, o, zəngin adam idi, öz zəhməti hesabına böyük maliyyə imkanlarına da nail olmuşdu. Ancaq o imkanlardan xalqın güzəranının yaxşılaşdırılması üçün istifadə etdi.

O, istəyirdi ki, Azərbaycan gəncləri oxusunlar, ağıllı, bilikli olsunlar. İstəyirdi ki, Azərbaycanda sosial məsələlər öz həllini tapsın. Öz vəsaiti hesabına böyük su kəməri çəkdirdi, məktəblər tikdirdi, kimsəsiz, kasıb uşaqları ali məktəblərə oxumağa göndərirdi. Belə görkəmli şəxsiyyətin bütün mədəni, mənəvi və maddi irsinə biz gərək hörmətlə yanaşaq. Məhz bu məqsədlə biz onun Bakıdakı evini əsaslı təmir və bərpa etdik. Orada indi Azərbaycan Tarix Muzeyi yerləşir. Amma eyni zamanda, biz onu Hacı Zeynalabdinin evi kimi bərpa etdik. Onun Mərdəkan qəsəbəsində qəbrini də o vaxt biz abad­laşdırdıq. “Pir Həsən” ziyarətgahı hələ neçə il bundan əvvəl bizim təşəbbüsümüzlə abadlaşdırıldı. Mən bir daha demək istəyirəm ki, o, Azərbaycan tarixində ən görkəmli simalardan biridir. Onun xeyriyyəçilik missiyası Azərbaycan xalqının inkişafına xidmət edib”.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

MÜNDƏRİCAT
Ön söz 7

Hacı Zeynalabdin Tağıyevin ilk bioqrafı 13

Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halının

yazılmasına daha bir təşəbbüs 39
Nağı bəy Şeyxzamanlı “millət atası” haqqında 61

Ziyalılar Hacı Zeynalabdin Tağıyev haqqında 80

H.Z.Tağıyev xeyriyyəçiliyinin və maarifçiliyinin

zirvəsi – qız məktəbi 108
H.Z.Tağıyev - Mərdəkan bağçılıq məktəbinin

yaradıcısı 139
H.Z.Tağıyev toxuculuq fabriki fəhlələrinin gözü ilə 146

Bakı sakinlərinin xatirələri 158

Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş şeirlər 172

Son söz əvəzi 198

Adlar göstəricisi 199

ÖN SÖZ
Hacı Zeynalabdin Tağıyev haqqında sağlığında da, adının yasaq olunduğu və əsasən mənfi çalarla çəkildiyi sovet illərində də, yenidən müstəqillik qazandığımız dövrdə də çox yazılıb və çox deyilib. Yaşadığı zamanda “millət atası” adını qazanmış, şəksiz nüfuza və hörmətə malik, xey-riyyə işləri ilə Azərbaycandan çox uzaqlarda şöhrətlənmiş bu insanı tanımayan azərbaycanlını çətin ki tapmaq olar. Maraqlıdır ki, müqəddəs həcc ziyarətinə gedən minlərlə həmvətənimizin olmasına baxmayaraq, bu günün özündə də “Hacı” deyəndə əksəriyyətimiz məhz onu – Azərbaycanın böyük oğlu Hacı Zeynalabdin Tağıyevi xatırlayırıq.

H.Z.Tağıyev milli sahibkarlığın təməlini quran­lar­dan biri, XIX əsrin sonu–XX əsrin əvvəlləri dövrünü təcəssüm etdirən parlaq, koloritli şəxsiyyətdir. Azər­baycanın o dövr-kü tarixində elə bir mühüm hadisə olmayıb ki, o, orada ya birbaşa, ya da dolayısı yolla iştirak etməsin. Diqqəti çəkən məqam budur ki, dövlət xadimi, məşhur siyasətçi və ya ziyalı olmayan bu insan XIX–XX əsrin əvvəlləri tarixinin təsvir olunduğu kitab və dərsliklərdə öz müasirlərindən da-ha çox xatırlanır.

H.Z.Tağıyevin populyarlığını çoxları anlamağa çalı-şıblar, çünki xalqın içindən çıxmış, zəhməti hesabına sərvət sahibi olmuş, lakin var-dövlətini bütə çevirməyərək həmvə-tənlərinin xoş güzəranına sərf etmiş, özü təhsil almasa da millətinin savadlanması üçün pul əsirgəməmiş bu insan hə-qiqətən bir fenomendir. Həmin fenomen hələ uzun müddət marağa səbəb olacaq və araşdırılacaq. Ancaq yüz il əvvəl “Баку” qəzetində Hacıya verilən qiymət bu feno­menin qis-mən də olsa anlaşılmasına kömək edər: “Tağıyev bütün Qafqaz müsəlmanlarının fəxri idi. Onun adı hörmət və məhəbbətlə əhatə olunmuşdu. O, müsəlmanların məxfi hökm­ranı idi. Nədir sirri bu hökm və əzəmətin, bu böyük popul­yarlığın? Var-dövlətmi? Amma müsəlmanlar arasında ondan da qat-qat zəngin adamlar var və olublar. Lakin onlar deyil, məhz Tağıyev Qafqazda müsəlmanlar üçün mərkəz olmuş­dur. Başqası yox, məhz o, könüllü olaraq onların başçısı qə­bul olunub. Bəlkə intriqanlıq, biclik, gözə kül üfürmək iste­dadı, kütləni, onun ruhunu incəliklə duymaq bacarığı? Ola bilər ki, bu da olub. Lakin təkcə bununla cənab Tağıyevin özünə yaratdığı mövqeni qurmaq mümkün deyil. Şübhəsiz, onda nə isə elə bir şey var idi ki, xalq kütlələrinin rəğbətini oyadırdı, Tağıyevin adı və cazibədarlığı onları valeh edirdi. İntriqalar və bicliklə uzun müddət xalqı aldatmaq və onu öz təsiri altında saxlamaq olmaz. Bu adi bənna, savadsız tatar (azərbaycanlı – F.C.) xalqın içindən, onun lap aşağılarından çıxmış və zirvəyə ucalmışdır. H.Z.Tağıyev – nəhəng, parlaq, orijinal simadır. Böyük zəka, böyük enerji sahibidir”.1

Bu gün Bakıda Hacıdan qalan çoxlu yadigar var: qız məktəbinin, ilk teatrın binaları, Mərdəkan məktəbi, toxucu-­luq kombinatı və s. Onlardan ən möhtəşəmi Hacı Zey­nal­abdin Tağıyevin vaxtilə yaşayış mülkü olmuş bina – indiki Milli Azərbaycan Tarixi Muzeyidir. 2005-2007-ci ildə əsaslı təmir-bərpa işlərindən sonra açılan bu mədəniyyət ocağında H.Z.Tağıyevin xatirə muzeyi də fəaliyyətə başlayıb. Milli Azərbaycan Tarixi Muzeyinin elmi tədqiqat işlərinin mü­hüm istiqamətlərindən birini H.Z.Tağıyev irsinin öyrə­nil­məsi, onun Azərbaycan və digər xalqlar qarşısında gördüyü xeyirxah işlərin təbliği təşkil edir. Bununla əlaqədar muzey­də H.Z.Tağıyevə və onun ailəsinə məxsus maddi nümunələr toplanır və ekspozisiyada nümayiş olunur, elmi əsərlər yazı­lır, beynəlxalq və respublika səviyyəli tədbirlər təşkil olu­nur. Oxucuların diqqətinə təqdim edilən bu kitab görülən işlər sırasında növbətidir. Kitabda H.Z.Tağıyevin müasirləri olmuş müxtəlif insan­ların – dövlət və ictimai xadimlərin, yazı­çıların, müəllim­lərin, həkimlərin, fəhlələrin onun haq­qın­da yazıları və xatirələri toplanıb.



Hacı o qisim insanlardandır ki, onlar haqqında sağ­lıq­­larında yazıblar. 1900-cü ildə Azərbaycanın böyük şəx­siy­yəti Nəriman Nərimanov, daha sonra 1903-cü ildə bir ano­nim müəllif H.Z.Tağıyevin tərcümeyi-halını yazıb çap etdiriblər. 1904-1906-cı illərdə Bakıda çıxan “Himəm ər-ri­cal” (“Kişilərin himməti”) adlı ikicildlik kitabda “millət atası”nın xeyriyyə işlərini əks etdirən sənədlər, məktublar, ona həsr edilmiş şeirlər toplanmışdır. Bu nəşrlərin həm o dövrdə, həm də indi böyük əhəmiyyəti var. Təkcə ona görə yox ki, onlar əsasında biz H.Z.Tağıyevin həyat və fəaliy­yətini öyrənə bilirik. Əsasən ona görə ki, həmin əsərlərdə rast gəlinən faktlar Azərbaycan tarixinin Hacı Zeynalabdin Tağıyev səhifəsinin zənginliyini və parlaqlığını, xeyriyyəçinin fitri istedadını, bacarığını, vətənpərvərliyini, insansevərliyini əyani nümayiş etdirir. N.Nərimanov yazırdı ki, “...Hacı kimi dövlətli müsəlmanlardan mini qara torpağa gedibdir və gedəcəkdir, amma vətənə və millətə Hacı edən xidmətlərin mindən birini etməyiblər”. Deməli, müəlliflər H.Z.Tağıyevin tərcümeyi-halını yazmaqla onu başqalarına bir nümunə kimi göstərir və onları da millət üçün xeyirli işlər görməyə çağırırlar. İllər keçib, amma indiki zamanımızda da H.Z.Tağıyev yeganə nümunədir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev Щ.З.Таьыйеви bu günün sahibkarlarına örnək kimi göstərir: “...Mən müasir dövrün sahibkarları ilə dəfələrlə görüşürəm və onlara da dövlət tərəfindən dəstək verilir. Mən istəyirəm ki, sahibkarlıq inkişaf etsin, insanlar daha da zəngin olsunlar. Hər dəfə onlara tövsiyə edirəm ki, sosial məsuliyyət məsələlərinə də diqqət göstərsinlər. İmkanlı, varlı adam elə etməlidir ki, kimin imkanı yoxdursa ona əl uzatsın, ona kömək göstərsin. Bu, onun Allah qarşısında da, vicdan qarşısında da xidməti olacaqdır”.1

Azərbaycanın 1920-ci ildən başlayaraq bütün sovet dövrü ərzində millətin bir çox layiqli insanları kimi, Hacının da adı rəsmi ideologiyanın sərt qadağasına məruz qalmış-dır. Sovet ideologiyası H.Z.Tağıyevin şərəfli adını unutdur-mağa, ləkələməyə çalışdığı vaxtda bununla mübarizə apa-ran, həqiqəti bərpa etməyə çalışan yeganə insan Hacının qızı Sara xanım Tağıyeva-Sarayeva (1899-1991) idi. İosif Stalinin ölümündən sonra SSRİ-də cərəyan edən “mülayim-ləşmə” dövründə Sara xanım bəzi məşhur şəxslərdən, atası ilə ünsiyyətdə olmuş insanlardan H.Z.Tağıyevlə bağlı xatirələri toplamağa başladı. Uzun illər boyu H.Z.Tağı-yevin adının rəsmi bəraəti uğrunda çalışan Sara xanım öz xatirələrində qeyd edirdi ki, onun mübarizəsi bir övladın atasının bəraət alması uğrunda deyil, H.Z.Tağıyev kimi böyük şəxsiyyətin ictimai fəaliyyətinin obyektiv işıqlandı-rılması uğrunda idi. Keçmiş Sovet İttifaqının arxivlərindən sənədlər, Hacının köməyi ilə təhsil alan insanlardan, ziya-lılardan xatirələr toplayan Sara xanım buna görə hökumət orqanları tərəfindən təqiblərə məruz qalmış, gözünün nuru-nu itirmişdir. O, bu sənədlərlə partiya məmurlarının, alimlə-rin, ədiblərin qapılarına düşərək, həqiqətə nail olmağa və ədaləti bərpa etməyə çalışırdı. Təqiblər nəticəsində sənəd-lərin itməsindən qorxan Sara xanım onların bir neçə nüsxə-də surətini çıxarmışdı. Həmin sənədlər və onların surətləri sonralar bir çox tədqiqatçılar tərəfindən istifadə olunmuş-dur, lakin bu sahədə birincilik yazıçı Manaf Süleymanova məxsusdur. Məhz onun 1987-ci ildə çıxan “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında bu xatirələrin bir qismi ilk dəfə dövriyyəyə gətirilmiş və Azərbaycan oxucu-sunu Hacının tam fərqli, əsl obrazı ilə tanış etmişdir.

Sara xanımın topladığı və bu kitabda işıq üzü görən xatirələr Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda və S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncə­sənət Arxivində saxlanılır. Muzeydə qorunan həmin xatirə­lərin fotosurətləri Tarix Muzeyinin qocaman əməkdaşı, Sara xanımı şəxsən tanıyan Musa Nəsirov tərəfindən çəkil­mişdir. Xatirələrin digər bir nüsxəsini Sara xanım görkəmli ziyalı Vəli Məmmədova vermiş, Vəli müəllimin vəfatından son­ra isə həyat yoldaşı Xalidə xanım Əlizadə onları Ədəbiy­yat və İncəsənət Arxivinə bağışlamışdır.

Kitab doqquz müstəqil bölmədən ibarətdir. Birinci və ikinci bölmədə 1900 və 1903-cü illərdə, yəni Hacının yaşadığı dövrdə yazılan iki bioqrafik oçerk təqdim olunub. Üçüncü bölmədə Xalq Cümhuriyyətinin görkəmli xadim-lərindən Nağı bəy Şeyxzamanlının 1957-ci ildə, mühacirətdə olarkən H.Z.Tağıyev haqqında yazdığı xatirələr verilib. Sonrakı bölmələrdə artıq S.Tağıyeva-Sarayeva tərəfindən 1956-1957-ci illərdə yığılan xatirələr toplanıb. Sonuncu bölmədə Hacıya həsr olunmuş şeirlər yer alıb. Bölmələr quruluşlarına və mövzularına görə fərqlənsələr də, onları H.Z.Tağıyevlə ünsiyyətdə olan, onu görən və tanıyan müa-sirlərinin bu böyük insana ehtiram və sevgisi birləşdirir.

Kitaba daxil olan materialların tərtibi zamanı onların üslubunun və dilinin ilkin variantda, dəyişilməz saxlanıl-ma­sına cəhd edilmişdir. Yalnız bəzi hallarda sənədlərin ümumi məzmununa toxunmadan mətndə orfoqrafik və stilistik dəyişiklik aparılmasına yol verilmişdir. S.Tağıyeva-Sarayevanın topladığı sənədlərin əksəriyyəti rus dilində idi. Onların Azərbaycan dilinə tərcüməsi mətnin əsas məzmu-nuna toxunulmadan sərbəst, bəzi ixtisarlarla təqdim edilib.

Китабын щазырланмасы заманы дяйярли мяслящятляриня эюря тарих цзря фялсяфя доктору Фирдовсиййя Ящмядовайа тяшяккцрцмц билдирирям.

Kitabda aşağıdakı ixtisarlar qəbul olunub:
ARDƏİA – Azərbaycan Respublikası S.Mümtaz

adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi


f. – fond
MATM NF – Milli Azərbaycan Tarixi Muzeyinin

Neqativ fondu


MATM SMF - Milli Azərbaycan Tarixi Muzeyinin

Sənədli mənbələr fondu


s. – siyahı
s. v.saxlama vahidi
v. – vərəq



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin