Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Mərdəkan bağçılıq məktəbinin tikintisi 1894-cü ildə başlamış, açılışı isə 1896-cı ildə olmuşdur. 9



Yüklə 0,68 Mb.
səhifə5/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   2   3   4   5   6   7   8   9   ...   96
8. Mərdəkan bağçılıq məktəbinin tikintisi 1894-cü ildə başlamış, açılışı isə 1896-cı ildə olmuşdur.

9. H.Z.Tağıyevin gördüyü mühüm işlərdən biri də 1901-ci ildə Bakıda Tağıyevin qız məktəbi adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılması idi. Məktəb Şərqdə müsəlman qız­lar üçün ilk dünyəvi tədris müəssisəsi olmuşdur. O, Azər­bay­canın məktəblərində işləmək üçün pedaqoq hazırlan­masının, azərbaycanlı qadınların peşə təhsilinin formalaş­ma­sının əsasını qoymuşdur.

10. H.Z.Tağıyev 1897-ci ildə özünün neft firmasını in­gilis bankiri E.Qubbardın başçılıq etdiyi qrupa 5 mln. rubla satmışdı (N.Nərimanov səhvən 5,5 mln. göstərir). Bundan sonra o, bütün bacarıq və varını böyük bir layihənin həyata keçirilməsinə - Cənubi Qafqazda yeni sənaye sahəsinin yaradılmasına yönəltmişdi. Bu məqsədlə Hacı Bakıda toxuculuq fabrikini açmaq qərarına gəlmişdir. Müəssisə 1900-cü ildə fəaliyyətə başlamışdır. Bu, Azərbaycanda təkcə qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən yeni sənaye sahəsinin yaradılması deyil, həm də minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi.

11. Peterburq Müsəlman Xeyriyyə Cəmiyyəti 1898-ci ildə yaradılmışdır. Cəmiyyətin məqsədi yoxsul müsəlman­lara yardım etmək, ehtiyacı olan şagirdlərə orta və ali məktəblərə daxil olmaq və təhsillərini davam etdirməkdə kömək göstərmək idi. H.Z.Tağıyev cəmiyyətin yaradı­cı­la­rından biri olmuş, onun şurasının fəxri üzvü seçilmişdir. O, müəssisənin fonduna toxunulmaz kapital kimi 51 min rubl köçürmüş və cəmiyyətin maliyyə bazasının möhkəm­lən­di­ril­məsi üçün xeyli işlər görmüşdür.

12. Axund Əbdüssəlam Axundzadə (1843-1907) – din xadimi, maarifçi. 1880-1894-cü illərdə Zaqafqaziya semina­riyasının Azərbaycan şöbəsində şəriət müəllimi olub. 1894-1907-ci illərdə Cənubi Qafqaz müsəlmanlarının şeyxülislamı vəzifəsini icra edib. Dinə və şəriətə dair bir sıra elmi əsər­lərin müəllifidir.

13. Rus yazıçısı Lev Tolstoyun “Əvvəlinci şərabçı” əsə­ri nəzərdə tutulur. Əsər Soltan Məcid Qənizadə tərəfin­dən Azərbaycan dilinə tərcümə olunmuş və H.Z.Tağıyevin maliyyə vəsaiti ilə çap edilmişdir. Əsər uzun müddət Tağı­yev teatrının səhnəsində oynanılmışdır.

14. Soltan Məcid Qəniyev (Qənizadə) (1866-1937) – maarif xadimi, yazıçı, alim. Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda ali pedaqoji təhsil almışdır. Həbib bəy Mah­mud­bəyovla birlikdə Bakıda ilk rus-tatar (Azərbaycan) məktəbini yaratmışdır. 1908-1917-ci illərdə Bakı quberni­yası və Dağıstan vilayəti Xalq Məktəbləri Müdiriyyətinin 2-ci rayonu üzrə müfəttiş, 1917-1918-ci illərdə isə Vilayət Xalq məktəblərinin müdiri işləmişdir. Ömrünün sonunadək maarif sahəsində çalışmışdır.

15. “Kaspi” – 1881-ci ildən 1919-cu ilədək Bakıda rus dilində nəşr olunan ictimai-siyasi, ədəbi qəzet. 1897-ci ildə H.Z.Tağıyev “Kaspi”nin sahibi olmuş, qəzetin redak­tor­lu­ğunu böyük ictimai xadim, hüquqşünas Əlimərdan bəy Topçu­başova (1863-1934) həvalə etmişdir. Məhz H.Z.Tağı­yevin və Ə.Topçubaşovun səyləri nəticəsində milli ziya­lıların qəzetin ətrafına toplaşması “Kaspi”ni mütərəqqi mət­buat orqanına, Azərbaycan cəmiyyətində gedən proses­lərin başlıca müzakirə mərkəzlərindən birinə çevirdi.

16. Məktublarının birində dövri nəşrlərə öz münasi­bətini bildirən H.Z.Tağıyev yazırdı: «Mən mətbuatı xalqın mənəvi-maarif və iqtisadi cəhətdən yüksəlişinin güclü vasi­tələrindən biri kimi görürəm, buna görə də qəzetlərə maddi yardım göstərməyi öz mənəvi borcum sayıram». XX əsrin əvvəllərində Bakıda çıxan «Həyat» qəzeti, “Füyuzat” jurnalı H.Z.Tağıyevin maddi köməyi ilə nəşr olunurdu. Böyük xeyriyyəçinin vəsaiti hesabına qəzetlər təkcə Bakıda nəşr olunmurdu. H.Z.Tağıyev Dağıstanda çıxan ilk ictimai-siyasi “Tanq çolpan” jurnalını, İranda nəşr olunan «Müzəffər» və «Gilan» qəzetlərini maliyyələşdirmiş, İran­dakı “Tərbiyəçi” və Krımda çıxan “Tərcüman” qəzetlərinə mad­di yardım göstərmişdir.

17. Bakıda ilk teatr binası 1883-cü ildə H.Z.Tağıyevin vəsaiti ilə tikilib başa çatdırıldı. 1888-ci il oktyabrın 27-də ilk tamaşa səhnəyə qoyuldu. 1890-cı ildə isə Hacı 80 min rubl xərcləyərək, teatrın binasını yenidən qurdurdu. Tea­trda parter və lojaların yarusları ilə birlikdə 578 yer var idi. Teatrın açılışı Azərbaycanın mədəni həyatında böyük ha­disə oldu. Bu münasibətlə “Kaspi” qəzeti yazırdı: “Nəhayət, Bakıda əsl teatr meydana gəldi. Bunun üçün Tağıyevə min­nətdar olmalıyıq”. Tağıyev teatrının binasında hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrı yerləşir.

18. H.Z.Tağıyev aşağıdakı orden və medallarla təltif olunmuşdur: üzərində “За усердие” (“Səyinə görə”) yazısı olan iki gümüş və üç qızıl medal, İmperator III Aleksandrın hakimiyyəti dövrünün gümüş xatirə medalı, “Qırmızı Xaç” Fərqlənmə nişanı, Müqəddəs Stanislav ordeninin III və II dərəcələri, İranın “Şiri-Xurşid” ordeninin I-V dərəcələri, Buxaranın II dərəcəli qızıl və gümüş ulduzları.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin