Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə189/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   185   186   187   188   189   190   191   192   ...   300
7. ŞAH ABBAS VƏ KEÇƏL
Şah Abbas bir gün vəzir-vəkilin yığır başına. Deyir ki, vəzir, məni kim çox isdiyir? Vəzir deyir ki, şah sağ olsun, mən, mən (sinəsinə döyür də). Deyir ki, vəkil, məni kim çox isdiyir? Deyir:

– Şah sağ olsun, mən, mən.

Bu da sinəsinə döyür. Deyir:

– Yaxşı.

Axşam olur, Şah Abbas dərvişlibas olur, çıxır evdən. Gəlir vəzirin həyətinə. Görür, vallah, vəzirin evində yemək-içmək, de­mək-gülmək, qonax nə qədər. Çağırır:

– Ay ev yiyəsi, ay ev yiyəsi.

Vəzir çıxır. Deyir:

– Ay ev yiyəsi, məni bu gecə qonağ elə, Allah qonağıyam.

Deyir:

– Əşi, rəhmətdiyin oğlu, görmürsən mənim nə qədər qonağım var?



Buna çox yalvarır, üz tutuf deyir:

– Xayiş eliyirəm, yol adamıyam, bir gecəliyə məni qonağ elə.

Deyir:

– Yox, mümkün deyil.



Deyir:

– Səni and verirəm Şah Abbasın cıkqasına, məni bu gecə qonağ elə.



Vəzir Şah Abbasın cıkqasına söyür. Şah Abbas dinmir. Çıxır gəlir vəkilin həyətinə. Gəlir görür ki, vəkilin evində bir dəm-dəs­gah, demək-gülmək, qonax-qara, vəkilinki vəzirinkinnən üstün­dü. Çağırır:

– Ay ev yiyəsi, ay ev yiyəsi.

Vəkil çıxır çölə. Deyir:

– Ay ev yiyəsi, Allah qonağı istəmirsən?

Deyir:

– Əşi, rəhmətliyin oğlu, görmürsən nə qədər qonağım var.



Yalvarır buna, deyir:

– Bir gecəliyə məni qonağ elə, yol adamıyam.

Deyir:

– Yox, mümkün deyil.



Deyir:

– Onda səni and verirəm Şah Abbasın cıkqasına, məni bu gecə qonağ elə.

Vəkil də Şah Abbasın cıkqasına söyür. Şah Abbas çıxır durur obanın, kəndin ortasında. Bir o başa baxır, bir bu başa baxır, görür ki, kəndin qutaracağınnan bir işartı gəlir. Deyir, gedəcəm ora.

Gəlir görür ki, bir dənə komadı. İndi pəncərədi, nə imişsə ordan baxır, görür ki, bir keçəldi, bir dənə də qarı – qoca anasıdı. Görür keçəl əvvəlcə oxudu, sora oynadı, sora ağladı. Çağırır:

– Ay ev yiyəsi, ay ev yiyəsi.

Keçəl tez çıxır çölə. Deyir:

– Ay ev yiyəsi, Allah qonağı istiyirsən?

Deyir:


– Əşi, Allaha da qurban olum, qonağına da. Niyə istəmirəm?

Şah Abbas atı qoyur həyətdə, girir içəri. Keçəl anasına deyir ki, ay ana, bu gün pəyədən bir-iki dənə yumurta tapmışam. Deyir:

– Hə, oğlum, mən də qonşuya yun əyirmişəm, bir balaca yağ almışam. Onu bişirək qoyax qonağın qabağına.

Bunu bişirif qoyullar qonağın qabağına. Qonax deyir, yemi­yəcəm. Deyir:

– Əşi, niyə yemiyəcəksən?

Deyir:


– Mən baxdım, sən əvvəlcə oxudun, sora oynadın, sora ağ­la­dın. Sən bunun izahını mənə deməsən, mən sənin çörəyini yemiyəcəm.

Deyir:


– Əşi, sən dərviş babasan. Mən tutax ki, dərdimi sənə dedim, sən mənim dərdimə nə əlac eliyə bilərsən ki?

Deyir:


– Ay bala, nolar, de də.

O deyir, bu deyir. Keçəl deyir ki, bəs mən vəzirin qızına aşiq olmuşam. Əvvəl oxuyuram, deyirəm “can, ay can, aşiq olmuşam”, sora oynuyuram, deyirəm “əşi, alaram də”. Birdən fikirrəşirəm ki, mən keçəl, kasıb, bir dənə qarı nənəm var, vəzir mənə qız verər?

Şah Abbas da buna demişdi ki, sən sirri mənə deməsən, mən sənin evində qalmıyacam, nə də çörəyini yemiyəcəm. Keçmiş dövr­də də evdən qonağın getməsini ev yiyəsi özünə təhqir sayırmış da.

Nəysə. Bu, yeyir-içir, bunun yerini düzəldillər, yatır. İndi keçəl gedir ki, qonağın atın rahatdasın. Gedir qonağın atın götürür, aparıb pəyiyə bağlamaq isdiyəndə baxır görür ki, bu at Şah Abbasın Xoşqədəm atıdı. Atı bağlıyır, qayıdır həyətə. Bir dənə paya götürür, girir içəri. Deyir ki, ay nənə, bu qonağ nə qədər quduruf ki, gedif Şah Abbasın Xoşqədəm atını oğurruyuf gəlif bizim evdə qonax qalır. Gecəni səhərə qədər ana qoyur bala götürür, bala götürür ana qoyur, o ki var Şah Abbası döyüllər, əldən salıllar. Səhər torannıx olanda, işıqlanmax isdiyəndə bu Şah Abbası yıxır Xoşqədəm atın üsdünə, özü də sarıyır, aparır Şah Abbasa şikayətə. Bir az getdihcə hava işıxlanır axı. Sən çıxırsan qabağına deyirsən, ay keçəl, sən niyə Şah Abbası belə eləmisən? Keçəl deyir, buların başı xarav olub ey. Şah Abbasın nə işi var, bu dərvişdi. Beş-altı adam deyənnən sora birdən ağlı kəsir ki, Şah Abbasın belə də işdəhləri var axı, dərvişlibas olub obanı gəzir. Atnan Şah Abbası yolun ortasında qoyub qaçır. Asta qaçana imam qənim olsun. Gedir oturur, deyir:

– Hə, indi Şah Abbasın adamları gəlib aparıf mənim boynu­mu vuracax.

Şah Abbası aparıllar evinə. Bunun yaralarına məlhəm qoyul­lar, sağaldıllar. Geyinir çıxır taxta. Vəzirnən vəkil işlərini başa düşüllər. Bilillər ki, bu gecə Şah Abbas təğyirlibas olubmuş, dərviş paltarı geymişmiş. Soruşur ki, vəzir, kim məni çox isdər?

Deyir:

– Nə bilim, şah sağ olsun.



Deyir:

– Vəkil, kim məni çox isdər?

Deyir:

– Nə bilim, şah sağ olsun.



Əmr eliyir, deyir:

– Obanın qutaracağında bir dənə koma var, orda bir dənə ke­çəl var, bir dənə də qoca anası var. Oları gətirirsız, aparıb ha­mam­ladırsız. Anasına da gözəl libas, balasına da gözəl libas verir­sız. Anasını aparırsız xanımların içinə, özün gətirirsiz mənim sərənca­mıma. Aparıllar buları hamamladıllar. Oğlanı aparıllar Şah Abbasın hüzuruna. Şah Abbas vəzirin qızın alır buna, qırx gün, qırx gecə toy eliyir. Vəzirnən vəkili də bağlıyır atın quyruğuna, buraxır çölə. Keçəli də özünə vəzir götürür.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin