Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə111/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   107   108   109   110   111   112   113   114   ...   188
Nümunə 12. “Ne day boq mənə də ilişəsiniz mən sizin üçün Eynşteyn zad deyiləm”.
Bu nümunədəki ifadə tərzinin özü belə (yarı rus, yarı Azərbaycan dilində və dialekt tələffüzündə olması) folklorikdir. Eynşteynlə bağlı folklor nümunələrinin geniş yayılması, gənclər arasında söyləndiyi kimi, Eynşteyn “tema”sının populyarlaşması bu tipli faktların da ortaya çıxmasını şərtləndirmişdir.

Yaxud dünyada baş verən iqtisadi dəyişiklər zəminində Azərbaycanda yerli pulla dollar arasında nisbətin dəyişməsi, yəni dolların dəyərinin yüksəlməsi zəminində sosial medianın gündəminə gələn bu mövzu özü ilə bərabər folklorunu da doğurmuşdur. Bu prosesə müvafiq olaraq yaranan nümunələrdən birində yenə də Eynşteynlə bağlı folklorlaşma prosesinə “münasibət” bildirilir:





Nümunə 13. “Bu günnən mənim blatım qalxır. Eynşteyn kimdi ala?

Ni day boq məni söyəsiz. Hamınızı vilkalayaram” (Benjamin Franklin – dolların üstündəki oğlan)
Bu tipli müqayisələr onu göstərir ki, Azərbaycandilli virtual məkanda Albert Eynşteynlə bağlı yaranan folklor nümunələri təsadüfi fakt deyil və ənənəviləşmiş düşüncə hadisəsi, ənənəvi model və qəliblər əsasında yaranmışdır. Təbii ki, bu mövzular müvəqqəti//ötəri (“ephemeral”) olduğu qədər də ənənəvidir (4, 33). Yəni sosial medianın gündəminə gələn mövzular müvəqqəti xarakter daşısa da, onların meydana çıxma qəlibləri ənənəvidir. Çünki sosial-iqtisadi sferada yaranan “gərgin­liklər” çevik kollektiv reaksiyanın hədəfinə düşdüyü üçün kollektiv modellərin meydana çıxmasına rəvac verir. Bu baxımdan, istər Eynşteyn, istər Platon, istərsə də Benjamin Franklin haqqında Azərbaycandilli virtual məkanda meydana çıxan virtual folklor faktları ənənəvi modellər əsasında təşkil olunmuşdur.

Bəzən isə Eynşteyn müdrik bir ağsaqqal kimi çıxış edərək atalar sözü səviy­yəsində hökm irəli sürür:




Nümunə 14. “Əsas odur ki, niyyətin təmiz olsun”
Burada hədəfə alınan əsas nöqtə insanlar arasında stereotip düşüncə və dav­ranışa çevrilən adətlərdir. Zahiri, formal əlamətləri ilə hərəkətləri üst-üstə düşməyən zaman, əqidə, dini, siyasi baxışları ilə atdığı addımlar uyğun olmayan şəxslər haqqında deyilən bu fikir, əslində, bu günün ən mühüm problemidir. Bu ifadə ilə insanlar, sanki öz əməllərinə haqq qazandırırlar. Yəni atdığı addım başqa cür görünsə də, niyyəti və yaxud məqsədi elə deyil. Daha çox dini təmayüllü mahiyyət daşıyan bu ifadə, əslində, bu tipli bütün situasiyaları ehtiva etmək imkanına malikdir.

Azərbaycandilli virtual məkanda Eynşteynlə bağlı rast gəldiyimiz ən mühüm faktlardan biri də onun müəllim statusunda təsəvvür olunmasıdır. Təbii ki, bu obraz onun tarixi şəxsiyyətinə daha çox yaxındır. Lakin o, bu nümunələrdə də ciddi müəllim obrazında deyil, komik planda təsvir olunmaqla, stereotipləşmiş davranış və leksikonu ilə diqqəti cəlb edir:











Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin