Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə176/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   172   173   174   175   176   177   178   179   ...   188
Nə görünür bu dioloji əsərdə?
Bir millətin tarixi, adəti, ədəbi və estetikası, eləcə də mübarizəsi.

Deməli, bu millətin təkcə torpağı, Vətəni deyil, hətta öz məhəbbəti uğrunda həlak olana qədər mübarizə aparmağa qüdrəti çatmışdır.

Hadisələr təkcə bir millətin xarakterindən deyil, müxtəlifliklərin təzahürün­dən qay­naqlanır. İki qarşıdurma var. Həm milli, həm də dini. S.Rzasoyun onlarla das­ta­nın içindən seçdiyi mətn də maraqlı nüansdır. Bu da alimin fəhmi ilə əlaqə­dardır. Mən inanıram ki, o, hər hansı dastanı təhlil etsəydi, yenə bu etnomədəni layları orta­ma gətirəcəkdi. Yad mədəniyyətə, özgə davranışa qəhrəmanın düşüncə­sində, qəh­rə­manın nitqində, ritmində, ahəngində cavab tapır alim. Bax, bu fəhmdir. Özü də gə­rəkli, şeytani olmayan fəhm. Problematika folklorşünaslıq olsa da, müəy­yən sosial xa­rakterləri təsbit edir, incələyir.

Şaman arxetipi”ndə özəl yanaşma metodologiyasından biri də rəvayəti təqlidi rəvayətdən fərqləndirməkdir ki, S.Rzasoya qədər bunu heç kim etmə­mişdir.

Bəzən toplumlar, cəmiyyətlər, hətta millətlər özgə (özünə yad olan) sosio­lo­giyanı həzm edə bilmir. Bizim mədəniyyətimizdə başqasının adətləri daim bizə yad təsiri bağışlayır, bəzi hallarda isə istehza yaradır, rişxəndli intonasiyalarla müşayiət olur. Ancaq alim isbat edir ki, xalq yaradıcılığı, folklor mədəniyyətlərin inteqrasiya nöqtəsini əhatə edə bilir. Mədəniyyət, etnoxarakter millətlərin bir-biriylə təması nəticəsində mədəniyyət tipi kimi bir toplumdan başqa topluma da ke­çə bilir. Ancaq bu transformasiyada milli ruh özünü heç vaxt itirməyəcək və nəticədə mədəniyyət qılafını dəyişərək özgələşəcək.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin