Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


Düşüncənin məkani hüdudları arasında



Yüklə 1,81 Mb.
səhifə175/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   171   172   173   174   175   176   177   178   ...   188
Düşüncənin məkani hüdudları arasında
Mədəniyyət millətin özünəməxsus cizgidə inkişaf edib pərvazlanmasında baş vuracağı önəmli bir qaynaqdır. Millətin adab davranışının ahəngi və istiqa­məti ilə mədəni başlanğıcının durulması arasında hər zaman sıx bir münasibət mövcud olmuşdur. S.Rzasoy bir çox mülahizə və təhlillərində haqqla batilin arasında qalır. Bu isə onun islami biliklərinin hələ təsəvvüfi düşüncə ilə çulğaşmasından irəli gəlir. Knışdan gətirdiyi sitatda hal məqamından bəhs edir. Knış da, Milça da, Nəsrəddin Xan da və onlarca bu səpkidə yazanlar hal, həvalə və təvəssülün sıradan birinə aid olma­masını bilirlərsə belə, dilə gətirmirlər. Sadalanan məqamlar yalnız peyğəm­bər­lə­rə və məsumlara xas ola bilər.

Amma..., amma S.Rzasoy etnosistemin psixologi­ya­sın­dan daha çox onun semantik estetikasına diqqət yetirir ki, bu da nəticədə etnosun mədəni təfək­kü­rünü müstəviyə çıxarır. Bütün mediasiyalarda, qurulan və incələnən mətn-sxem­lərdə alim yeni baxışlar sərgiləyir. Yəni indiyə qədər yazılan üslub və sis­tem­lərdən tam halı ilə fərqli, düşündürən, hədəfə niyyətli elmi kom­pleks qarşı­mız­dadır. “Şaman arxetipi” yeni yanaşmadır. Burada alimin illərlə topladığı el­mi bilgilərlə yanaşı, fəhm və intuisiyası da iştirak edir. Kitabı oxuduqca təkcə “ölü mətni” deyil, keçmiş adətləri, mədəniyyəti köksünə yığmış “müdrik qo­ca”nın canlı danışığını duyursan. “Kitab” elementi özü bunu diktə edir. Bilgilər bir sistem olaraq elmi baxışların məcmusudursa, təhkiyə, nəql, axıcı üslub danışanın, yəni müdrik qocanın interpretasiyasıdır.

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin