Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


Materiyanın fiziki-maddi və ilahi-metafiziki hüdudları



Yüklə 1,81 Mb.
səhifə173/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   169   170   171   172   173   174   175   176   ...   188
Materiyanın fiziki-maddi və ilahi-metafiziki hüdudları
S.Rzasoyun əsərinin cövhəri onun insanı materialist düşüncədən ayırması­dır. Alimin insanı İlahi varlığın ən şərəfli yaradılışı kimi anlayaraq, bütöv bir etnosu bir varlığın – insanın timsalında təhlil etməsi yeni baxışların rüşeymi hesab oluna bilər. O, Türkü, Oğuzu daima hərəkətdə, irəliləyişdə, mənəviyyata, idrak zirvəsinə yük­səlişdə təsəvvür edir. Əsərin qatları, layları çevrildikcə oğuzların həyatının məna­landırılması səhnələri diqqət çəkir. Oğuzlar təkcə gündəlik həyatın bəsit davranışları ilə yaşamamışlar. Qəhrəman arxetipi etnosun sınaqlardan çıxmış çox­əsrlik təcrü­bə­sinə, dərin mənəvi köklərə bağlı ənənəvi təsəvvürlərinə istinad edir. Oğuzları di­gər­lə­rindən fərqləndirən cəhəti araşdırıb, incələyib realizə edən müəllif buradakı evlənmə semantemini fiziki-bioloji cütləşmə deyil, eşq-ilham, intuisiya, həqiqətin ins­tink­tiv dərki kimi duyur və düşüncələrini də elmi konsept kimi dövriyyəyə ötürə bilir. Düzdür, o da hələ materialist düşüncədən tam azad ola bilmir, lakin dialektikanı ilahi mövcudiyyət daxilində görür. Bu indiyədək olan düşüncələrin tərsi və ən xeyirlisidir.

Müəllif etnosun varlığını, mövcudolma prin­­siplərini və eləcə də sosio­logiyasını, kültürünü, estetikasını, hətta politologiya­sını inanc müstəvisində araşdırır.

S.Rzasoy bir çox paradiqmalarda insan-cəmiyyət, insan-təbiət və insan-cəmiy­yət-təbiət-münasibət formullarının elmi strukturunu sərgiləyir.

“Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi, fraktallıq və təkrarlanma ilə bağlı deyilənləri ümumiləşdirib belə nəticəyə gəlir: varlıq aləmi xaosdan kosmosun əmələ gəlməsi şəklində təşkil olunmuşdur. Bu, daimi bir prosesdir: xaosla kosmos vəhdətdə olub, daim biri o birinə keçir. Bu, əbədi “yaradılış-kosmoqoniya-dünyayaratma” prosesidir. “Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi yaradılışın universal prinsipidir. Materiyanın hər bir növ, şəkil və ünsürünün mövcudluğu bu prinsip əsasında mövcud olur. Hər bir ünsür öz “bətnindəki” ilkin struktur sxemini fraktal şəkildə təkrarlayaraq, öz-özünü yenidən yaratmaqla yaşamını sürdürür”.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin