S.Rzasoyun “şaman-qəhrəman” paradiqması
Müasir dövrün folklorşünaslıq elmində hadisə sayılacaq “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” əsərinin müsbət məziyyətləri nədir?
Sualın cavabı yeni konseptual baxışla yanaşı, yeni üsulun, yeni metodun elmi piyasaya gətirilməsidir. Bu əsərlə Azərbaycan elmşünaslığında ilk dəfə dialoji əsərin təməli qoyulmuşdur. Elmi-analitik əsərlər, adətən, monoloji tipə aid olur. Lakin S.Rzasoyun adı çəkilən əsəri dialoq üzərində qurulub. İnsanın təbiətdə dialoqu bir xətdə bir neçə elmi istiqaməti ehtiva edir:
a) mif;
b) totem;
c) antropomorfizm;
d) kult;
e) ritual.
İnsanlıq tarixindən (History Humanite) məlum olur ki, mədəni nailiyyətlərə qovuşmada bütün xalqların payı vardır. Cəmiyyət təbiətdən (insan-təbiət dialoqu) faydalandığı kimi, mədəniyyətlər də biri-birindən faydalanmışdır. Toplumların təması nəticəsində mədəni ortaqlıq təmin olunmuşdur. Alimin formullarla başlayan dialoqu yeni baxışlar sistemini ortama gətirir. Bu, onun subyektiv dünyagörüşündən qaynaqlanmır, mifik təsəvvürün mahiyyətindən doğur.
Dostları ilə paylaş: |