Toxtamış xan
Madyan soyub, bal qoydu,
Yıravların1 yığdırdı,
Tüklü çadır qurdurdu,
Törə böyüklərin yığdı,
Böyük dağın başında,
Böyük dəfnə altında,
Hamısı da yayma altın,
Hər tərəfi bağlı altın,
Ətəyinin saçaqları pırtlaşıq,
Xan əyəm2 sonda dedi:
Minin Bolat batırı,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
Yüzün Noqay batırı,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
Onun Buqan batırı,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
Əslin doğma bildiyim,
Eli ilə birgə yürüdüyüm,
Naymanın Kasay batırı,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
İsunun Nukay batırı,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
Yamacları göy evli
Buyrabastın Talış oğlu,
Yanmuxanbet batırı,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
Kubşağın Kuba batırı,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
Kanlıdın Qara Bayısı Bayış,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
Konqıratın Uzun Aydarı,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
Şırınnın Qul Mambeti,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm,
Uzun-uzadı məsləhət verməyə,
Yoxdu mənim ixtiyarım.
Manqıttın
Manka yırav,
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Kubuqulun nəslini
Mən bilmirəm, xan əyəm.
Yoxdu mənim ixtiyarım.
Yoxdu mənim ixtiyarım.
Keneges oğlu Ker Yanbay,
Kenesden artıq bəy Yanbay,
Bəhərli torpağın otusan,
İlxıçılıqda bilgilisən.
Kinli qaynananın əlindən süd içmisən,
O tonavşı1 mənim analığımdı.
İndi bu gün
Keneges oğlu Ker Yanbay,
Xeyir-duayla kartımsan2.
Kubuqulun nəslini
Bilirsənmi? – deyə sordu.
Balası ölən dəvənin,
Bozlay verəndən sonra
Yanbay danışdı.
Qulunu ölən sağılan ata.
Samur3 verib.
Onda Yanbay danışdı.
Mən yıravam, yıravam,
Bərəkətli yerdə yataq quraram4.
Dayım mənim,
Qara yırav gələndə
Mən səcdəyə duraram,
Dayım Qara yırav
Gələndən sonra
Qol qaldırıb, diz büküb,
Diz altına börk salıb,
Onu tacım edərəm.
Yüz səksən yaşınacan
Azı dişi boşalan5
Dayım Qara yırav, bu gün də
O bilməsə, kim bilər?
Çöllərə çovdar əkdirib
Yomxerlep yelkən qaldırıb,
Gümüşdən təkər qoydurub
Kerbetten ülgüc taxdırıb,
Gələnlərə qoşulub,
Teleqenin bərabər tutub,
Atəşini çox edib,
Arasına altı qara at qoşub,
Ətəyinə yeddi kəhər at alıb,
Ayırlığa1 girmədən,
Ağ-boz atla çaparaq
Gəlib çatdı Sıbıraqa.
Arbaqa minən o Sıbıraqın
Ağlı yox,
Ata minən halı yox.
Yakların verdiyi zəhərlə
Zəhərlənib,
Dişlərini təbii
Düzdürüb,
Dəvə balasının belində
Əmr verərək,
Qoluna əsa dayayaraq
Yorulmadan çalışdı.
Yalan dedi, yalan danışdı.
İnancına şəhadət gətirib,
Altınlı böyük köşkə
Mindirib
Gətirdi Sıbıraqı.
Sıbıraqa ən başda
Yer verdi,
Sıbıraqın kartı yırav,
Sən danış, – dedi.
İrəliyə atıldı, Sıbıraq yırav
Ayağa qalxdı,
Danışım, deyib baxdı.
Deməyə səsi çatmadı.
Söyləməyə dili gəlmədi.
Bunu görən Toxtamış
Üç tostakay2 bal verdi,
Sıbıraq balı içdi,
Bal böyrəyə çatanda,
Böyrək baldan şişəndə,
Ağzın-burnun turşudub
Sıbıraq sonda danışdı:
Ay Toxtamış, ay balam,
Mən gördüyümü deyim,
Ay altında bir göl var,
Ay fırlanır.
At çapdırsan, faydasız.
Ortasında bitən
Kuqa1, cil2, qamış, söyüd var,
Əylənənlər, azarkeşlər
Qaban qovur, kəməndsiz.
Yaxasında oram3 bitən dal da var,
Əylənənlər, azarkeşlər
Qaban qovur, kəməndsiz.
Başda sənin dövlətin var,
Nələr versə, faydasız.
Yıyınında4 sənin bir hakim var,
Nələr etsə, faydasız.
Kubuquldu bu, sən, ay balam, Toxtamış.
Bilib-bilmədən deyirsən.
Ay Toxtamış, ay balam,
Əski xandаn otuz xan,
Yeni xandаn on beş xan,
Toplasan, bu da olar
Qırx beş xan.
Allah bilir, mən özüm də
Bir xeyli qocalmışam.
Kubuqulun nəsli də
Artıq onu unudub.
Qoy deyim ki, biləsən, Karasanın5
Təpələri altın papaq geyinir.
Orada Toreli6 Alşanır adlı
Bir xan var.
Allah bilir, mən özüm də
Bir xeyli qocalmışam.
Kubuqulun nəsli də
Artıq onu unudub.
Əziz xanlar gələndə,
Allah bilir, mən özüm də
Bir xeyli qocalmışam.
Kubuqulun nəsli də
Onu artıq unudub.
Anav1 xanıdı bu xan,
Dünyaya boyun əyməyən
Kutay xan,
Bu dünyanın donuzu
Ötkən xan.
Allah bilir, mən özüm də
Bir xeyli qocalmışam.
Kubuqulun nəsli də
Onu artıq unudub.
Kükrəyib güclü, yavaş,
Palvan Soltan Berke xan.
Allah bilir, mən özüm də
Bir xeyli qocalmışam.
Kubuqulun nəsli də
Onu artıq unudub.
Yaxalığı qızıldan,
Ətəyi bütün qızıl,
Əzbərinə söyləyim2, Karasan
Min damazlıq qurşanıb
Xan Yanıbəy xan olub.
Allah bilir, mən özüm də
Bir xeyli qocalmışam.
Kubuqulun nəsli də
Onu artıq unudub.
Dabanları təmiz qızıl
Dinibəy3 də xan olub.
Allah bilir, mən özüm də
Bir xeyli qocalmışam.
Kubuqulun nəsli də
Onu artıq unudub.
Nardın4 boyun qısa kəsən5
Berdibəyi6 görmədim.
Kubuqulun nəsli də
Onu artıq unudub.
Zənginin başı özbək altını,
Tərliyi pullu1 altın,
Yəhərinin qaşı altın,
Yüyənninin başı altın,
At sarğısının buxtası altın
Xan Özbək xan oldu,
Allah bilir, mən özüm də
Bir xeyli qocalmışam.
Kubuqulun nəsli də
Onu artıq unudub.
Bildirçin, canavar,
Tək başına o özü,
Kalmık adlı torpaqda
Şaqan adlı bir xan var.
Allah bilir, mən özüm də
Bir xeyli qocalmışam.
Kubuqulun nəsli də
Onu artıq unudub.
Bir dəstə boyu tobılqı2,
Dəstə yığıb, yay çəkib.
Sənin atan Toykoja3,
Toykojanın oğlu Toxtamış,
Keçib getmiş günlərdə,
Yalın ayaq, yalın baş,
Buzovlara baxan dəyərsizin biri idin,
Birdən gəlib xan oldun,
Səni görüb dözmürəm,
Öldürə də bilmirəm,
Öldürsəm, mənim günüm qaradı.
Axirət evinə varmaram.
Cənnət evinə girmərəm.
Cənnətin lap hömətli yerində
Olmaram.
Kubuqul kolında4 yeriyəndə,
Xalq çöllərə çıxır,
O batırı yadelli bildin,
Öz istədiyini etdiyin gün,
Günlərin bu günündə,
İstədiyini etdiyin gündən ötən gün,
İndi məndən, xan əyəm,
Kubuqulu nə deyə soruşursan?
O biri elin bərisi,
Bəri elin o tərəfi,
Ortadakı ətli boyunlu1,
Quş burunlu Kubuqulun nəsli
Səni artıq unudub.
Arxaya çönüb baxsan,
Əslinə tay tapılmayan
Kubuqul!
Təpəyə dırmaşıb baxan,
Tərkindəkinə tay tapılmayan
Kubuqul!
Onda Edigey danışdı:
Edigey dedi, ər dedi,
Edigey də Anavda
Ər Duqajı özü dedi:
Belinə çıxıb baxırsan,
Tərkimdəki kimdi deyə sorursan?
Ay ağsaqqal, ağsaqqal,
Oğul, oğul deyib durursan,
Sənin oğlun mən deyiləm.
Oğul, oğul dedin, yetmədi?
Oğul, oğul deyincə,
Edigey Anavda
Ər Duqajı öz oğlumdu
Desən, olmazmı?
Əssalamu Aleykum,
Ay kasıb, kimsən? – deyəndə
Mən kasıbam deyərəm.
Kasıb, sən kimsən? – deyəndə
Qureyşiyəm2 deyərəm.
Əzizdən doğulan çox yalqız,
Bala, özümdən deyirəm.
Əbubəkr Sıddıkdan,
Fayda olmaz.
Nurdan ustadan almaz.
Sənin atan Toykoja,
Toykojanın oğlu Toxtamış,
Əslim Alşanqır deyib öyünmə.
Əslin Alşanqır olsa, nə olar?
Duqaji Mahmun Keremet,
Keremetin oğlu Anşıbay,
Anşıbayın oğlu Birperie,
Birperienin oğlu Barkaya,
Mən Barkayanın oğlu Anavda
Kutlu-kaya oğluyam.
O zamanlar, o vaxtlar,
Sıbıraq deyib danışdı:
Ay Toxtamış, ay balam,
Quruyan gövdədə1 dad olmaz,
Qu quşunun baldırında yağ olmaz,
Qocanın dediyi söz sanalmaz.
Quruyan gövdədə dad olsa,
Qu quşunun baldırında yağ olsa,
Qoca kişi də betər olsa,
Qocanın dediyi söz sanalsa,
Kubuqul, bu gün də sən,
Ay balam,
Bilib-bilmədən danışırsan,
O zamanlar, o vaxtlar,
Sıbıraq deyib danışdı,
O biri elin bərisi,
Bəri elin o tərəfi,
Ortadakı quş burunlu Kubuqulun
Beləcə baxarsan,
Nurdan fayda görəndə.
Yay dartmağa qolu uzun,
Mergin2 olar Kubuqul,
Erni nazik, yağı ətsiz,
Söyləməkdə natiq olar Kubuqul.
Kubuqulu sən bu gün də,
Kubuqul deyərək korlama,
Maytağam deyib çox zorlama.
Kubuqulu Kubuqul adlandırıb korlasan,
Maytağam deyib zorlasan,
Bir ilxısı
Böyürtkən koluna ilişib qalsa,
Sizin yayda istədiyiniz Kubuqul!
İllər ötüb gələndə3,
Qumda bitən kuba dal,
Kurık çöllərində Kubuqul.
Kubalı çöldə sənin çox ilxını,
Qovaram, deyər Kubuqul.
Qovub yetər nartına
Qum qapdırar Kubuqul.
Bir yerə yığıb xalqını
Şömişə4 tokər Kubuqul.
Əsəbləşər, iki gözün qızardıb,
Kutatay boynun sızladıb,
Elindən səni ayırıb,
İndi bu gün belə
Bu iş sənin xeyrinədi.
Görəcəksən, Kubuqul.
Başı burma,
Sarı altın taxdığın
Dartıb alar Kubuqul.
Ətli biləyi saf altın,
Söyləyəndə
Hər bir sözü min altın,
Qanın töküb
Gözün sulandırıb
Qənimət yığar Kubuqul.
Doqquz kerey5 babası
Dolu yurdun əyəsi,
Toxtamışla sizləri
Qırxa qovar Kubuqul.
Bütün çirkinliklərdən
Basar keçər Kubuqul.
Şıqarakdan6 çıxıb
Qaçar gedər Kubuqul,
Bağrın yarıb qaytarar,
Sözü olsa, bu gündə
Kuba düzdə, quş çöldə
Axırda sənin xeyrinədi,
Görər cəsur Kubuqul.
|
|