Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə69/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   65   66   67   68   69   70   71   72   ...   238
III mətn

Şıx Həsənin evinin damı idi. Onun üsdündə iki-üş nəfər oturmuşdu. Bir kotançı sancılanır. Sancılananı biri dalına alır gətirir evə. Özü gələ bilmir. Bunnar da üş nəfər oturmuşmuş. Şıx Həsən gülür. Güləndə yanında oturannar deyir ki, Həsən kişi, niyə güldün?

Deyir:

– Heç, elə-belə.



Deyillər:

– Yox ey, burda üş nəfərih, bizə gülürsən?

Deyir:

– Yox ey, sizə gülmürəm. Ölü dirini dalına alıf aparır, ona gülürəm.



Aradan üş gün keçir, həmən sancılanan dirilir, onu dalına alıf aparan ölür.
IV mətn

Bir gün [Şıx Həsən] arvadına deyir ki, yazı yazan gəlifdi. Tez böyüh qazanı gətir maa. Arvad gedir, gej gəlir. [Yazı yazan] kürə­yinə yazıf gedir. Qazanı gətirəndə deyir:

– Lazım döyül, qaytar apar. Gej gətirdin, yazdı kürəyimə.

Əgər o qazana yazsaymış onun bütün nəsli-kökü şıx olajeymiş.


V mətn

Onun sınanmış bir əhvalatını danışım. Bir nəfət buna inanmır. Belə oturuf danışıllar. Deyir ki, əşi, ola bilməz. Bular da təndirə çö­rək yapırmışdar. Deyir ki, əgər onda şıxlıx varsa, bu çörək bişəndə gəlsin birinci çörəyin başınnan kəssin. Qaranlığ imiş ha. Çörək bi­şir. Onnar da dağın başında olurmuşdar. Nə qədər yoldu. O vaxdı da telefon yoxdu axı, kimsə kiməsə desin. Arada da nə qədər yol vardı. Birinci çörəyi təzəcə götürüf yerə qoyanda qapını açıf girir içəri. Həmin adam məətdəl qalır. Kəsir çörəyi, qoyur. Çıxmax isdiyəndə bu adam deyir ki, otur biznən çörək ye də. Deyir:

– Sən demədin axı çörək yesin. Dedin çörəyin birincisini kəssin. Mən onu yeyə bilmərəm, o mənə haram ola.

Bu əhvalatı görənnər çox oluf.


VI mətn

Şıx Həsən, Şıx Hüseyn mənim nənəmin dayıları oluflar. İki qardaş oluflar. Canım qurvan onun ojağına, çox sınaxlı imişdər. Ata nənəm yatmışdı. Birdən durdu ayağa. Mən də birinci uşağa hami­ləyəm. Bu arvad yuxudan durdu:

– A bala, hanı o uşax, nejoldu o uşax? Bir oğan uşağı vardı buralarda.

Dedim:


– Arvadın başı xaraf oluf, niyə belə deyir? Burda uşağ var?

Dedi ki, Şıx Həsən dayım belə ağzının lığavınnan çəkdi uşa­ğın üzünə. Nəysə, bir aydan sora mənim bir oğlum oldu. Gördük ki, bunun üzündə iki dənə para ay şəkli var. Biri beləsinədi, biri belə­sinə. Həmin oğlum indi də durur.

Apardım ojağa hərrədim. Bir kadının da uşağı olmurdu. Deyir mana gətirdi qoz verdi. Dedim ki, ay dayı, sən allah, filankəsin də uşağı olmur da. Ona da ver, aparım verim. Onun neçə illər boyu uşağı olmurdu. Ona da verdi, dedi: “Apar verginən”. Elə bil ki, bu [qadın da] uşağı aparıf qəvrin üsdünə hərriyəsiymiş. Mən də yemək qayırdım, halva çaldım. Qaynımın uşaxları vardı, onnan barabar arvad apardı onun qəvrinin üsdündə yan-yörəyə payladı.
VII mətn

Qardaşın biri rəhmətə gedir. O biri qardaş gedir qışın qarında onun qəvrinin üsdünnən bənövşə yığıf gətirirmiş. Qonum-qonşu deyirmiş ki, sən onu hardan yığmısan bu qışda? Deyir ki, qardaşım verdi. O hara gedirmişsə, ona deyirmişdər sənin kürəyində şıxlıx var.


VIII mətn

Bizim kəntdə bir nəfər oluf, adı yadımdan çıxıf. Hər gün çıxırmış ki, Şıx Həsənin qəvri üsdündə işıx yanır. Bir ay, iki ay, üç ay, axırı bu kişi dözmür, arvadına deyir. Arvadına deyənnən sora o işıx yoxa çıxır.




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin