98. NADİR ŞAH
Nadir şahın Şəki səfəri var. Nadir şah gəlir buraya. Bu, Quru dərədən yuxarı Kotan düzü var, görməmisan? Həmən Kotan düzündə çadırrarı qurdurur. Özü də Kotan düzünnən yoxuşə yekə, qəşəh bir xırman var, səfalı yerdi. İki-üş dəfə getmişəm helə unnan ötrü. Otururam, çox səfalı yerdi. Deyirsan bəs, səhnədi də dərə yuxarı gedəndə. Özü də çadırını orda tikir. Bir altı ay burda müharibə eliyəsidi, qalasıdı. Buralarda çox müharibə eliyifdi Nadir şah. Özü də qüvvəli şahdı.
Bu, yeriyir Şəkiin üsdünə. Şəkililər də “Gələsən-görəsən” qalası var, ora sığınıflar. Nadir şah adam göndərir Çələbi xanın üsdünə ki, gəlsin, görüşax. Bu da Göynüyün ağsakqallarını yığır. Deyir ki, neyniyim, gedim, getmiyim? O vaxt da hamı bir-birinnən məslahat alırmış. Bu məslahat alanda bütün ağsakqallar deyillər ki, a kişi, sən həmi məşədisən, həmi xansan. O da bir cavan oğlandı, sərkərdədi, elə bil ki, sən onun ayağına getməli dəyilsən, o gəlsin buraya. Götürür ordan məytuf yazır ki, gələrsən, görərsən. Bax, hindi “Gələsən, görəsən” var e, o ad həmən vaxdan qalıf. Nadir şah fikirrəşir ki, gessin, getməsin. Qışın elə vaxdıdı ki, çavğın dünyanı dağıdır. Göydən də elə qar yağır ki, qar çıxır insanın dizinnən yuxarı. Yeddi gün deməli, tovluya getmağa Nadir şahın çobannarı yol tapmır. Qoyun, mal-döölət hamısı ajınnan qırılır. Hamısı ajınnan qırılanda daldan arvat görür kü, uje çörəh də qurtarır, uşaxlar ajınnan batır. Ordan bir adam göndərir. Adam gəlir, Nadir şahı tapır, bilirmiş də hardadı. Orda şaha deyir ki, bəs şah sağ olsun, dalda qırğındı, bütün mal-döölət, hamı qırılıf, heş nə yoxdu. Nadir şah da hələ burda altı ay da qalasıdı ki, müharibə eləsin, bu torpaxların hamısını alsın, Azərbaycana versin. Bu səfər Nadir şah qalır ərəsətdə. Deyir:
– Ə, nolufdu? Nətəri? Düzünü danış.
Deyir:
– Şahım,
Bir qar yağıf qaşdən-qavaxdan,
Çörəh də qutarıf təhnə-tavaxdan.
Öküzdərin gönünü aldıx davaxdan,
Camışdər savaxa idrar olufdu.
Deyir:
– Malın hamısı qırılıf?
Deyir:
– Hə.
Sifdə də şərt kəsillər ki, yalan desan, boynunu vurdurejəm gedən kimi. Nə olufsa, düzünü de. Bu da düzünü deyir. Deyir:
– De görüm, bəs qoyun sürüləri nejə oldu?
Deyir:
– Qoy deyim.
Gündə biz kəsirih onun, on beşin,
Alırıx dərisin, atırıx leşin.
Allah iras salıf qərivin işin,
Yüz leşə bir köpəh sərgər olufdu.
Deyir:
– Hamısı qırılıf?
Deyir:
– Hə, qırılıf.
Deyilənə görə də, bunun bir yaxşı atı varmış, bütün döölətdən üsdün bilirmiş, Daraxyetir addı. Deyir:
– Ə, mənim atım durur, ölüf?
Deyir:
– Qoy onu da deyim.
Odu ki, deyirsən, atımdı qatır,
Gördüm kohlannar hamısı yan-yana yatır.
Kimisi şilədi, kimisi qotur,
Daraxyetir damda mındar olufdu.
Bu səfər də bu, belə deyəndə şah genə də vəzir-vəkilini – hamısını yığır yanına ki, neyliyax? Hərə bir söz deyir. Genə özü deyir ki, mal-döölətdi, qırılıf gedəndə bir dosdumnan yüz qoyun alajam, bir dosdumnan yüz inəh alajam, bir dosdumnan yüz mal alajam, hamısını düzəldəjəm. Amma bircə dənə nökərim ajınnan ölsə, ömürboyu nəslimə töhmətdi. Ona görə getməliyəm. Ordan əmir verir, yühlənillər, ordan qayıdır geri.
Dostları ilə paylaş: |